b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1572927625_1572699220_157269035511733236305dbd59b3afe67.jpg

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının yeni tərkibi təsdiqlənib.

Missiya.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında" 2009-cu il 19 may tarixli qərarında dəyişiklik edib.

Qərara əsasən, Kollegiyanın sədri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Kollegiyanın üzvləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini və müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının rəhbəri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktorudur.

Qərar "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib. Fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi  yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının tərkibində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri daxil edilib. O cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri də Kollegiya üzvü olub. Bununla da Kollegiya üzvlərinin sayı 13 nəfərə çatıb. 

Qeyd edək ki, bu, Əli Əsədovun Baş Nazir kimi imzaladığı ilk qərardır.

APA

15 Noyabr 2019 Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib
15 Noyabr 2019 Almaniyadan Bakıya mühacir köçü başladı - Onlarla azərbaycanlı deport edildi
14 Noyabr 2019 Amerikalı senator "erməni soyqırımı" qanun layihəsini blokladı
14 Noyabr 2019 Patriarx Kirill Allahşükür Paşazadəyə orden təqdim etdi
14 Noyabr 2019 Radikal müxalifətin rəzil durumu və bitməz inqilab arzuları - Əli Həsənovun yazısı
14 Noyabr 2019 Müxalifətin mühacir biznesi Almaniyada ifşa olundu - Həbs olunanlar var - SİYAHI
13 Noyabr 2019 Dağlıq Qarabağın azərbaycanlı icması Sergey Lavrova cavab verib
13 Noyabr 2019 Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM
13 Noyabr 2019 Siyavuş Novruzov: “Nə hadisə baş verib ki, piket keçirirlər?”
12 Noyabr 2019 Ramiz Mehdiyev kadr dəyişikliyi ilə bağlı sərəncam imzaladı
12 Noyabr 2019 Nazarbayev Putinlə Zelenskini görüşdürür
12 Noyabr 2019 Bu ölkə Boliviyanın keçmiş prezidentinə sığınacaq verdi
11 Noyabr 2019 Boliviya prezidenti istefa verib
08 Noyabr 2019 Rəsmi Bakıdan Mnatsakanyana - CAVAB
08 Noyabr 2019 Prezidentin Bayraq Günü ilə bağlı paylaşımı - VİDEO
07 Noyabr 2019 Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarı dəyişdirdi
06 Noyabr 2019 İlham Əliyev Naxçıvanla bağlı sərəncam imzaladı
06 Noyabr 2019 Müsavat Partiyası mitinqi təxirə saldı
06 Noyabr 2019 BŞİH mitinq müraciətinə cavab verdi
06 Noyabr 2019 Seçkiqabağı təşviqat üçün ödənişsiz efir vaxtı ayrılan KİV-lərin adları məlum olub