b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_sddssdssdfffdf.jpg

Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov Ermənistanın işğal altında olan ərazilərimizdə erməni vandallarının törətdiyi cinayətlərlə bağlı açıqlama ilə çıxış edib. Açıqlamada, Ermənistanın Azərbaycan ərazisində dağıtdığı məbədlər, evlər, binalar, abidələr barədə geniş məlumat verilib. Səfir Qüdsi Osmanovun erməni vəhşiliyindən bəhs edən açıqlaması  Moldovanın nüfuzlu media orqanlarında geniş şəkildə işıqlandırılıb.  

Missiya.Az 
Qüdsi Osmanovun Moldova mətbuatına verdiyi açıqlamanın tərcüməsini təqdim edir: 

Onlar 30 il Azərbaycan ərazilərində qanunsuz yaşayıblar. Onlar 30 il məscidləri, məbədləri, qəbiristanlıqları, evləri, binaları və abidələri dağıdıblar. Onlar 30 ildir ki, Azərbaycanın təbii sərvətlərini oğurlayıb, qiymətli ağac növlərini kəsib, Qarabağın meşələrini və tarlalarını yandırıblar. Hər zaman belə olacağını düşünüb, amma yanılıblar. Qalib gəlmiş Azərbaycan ordusuna işğal etdiyi torpaqları geri qaytarmaq və Ermənistanın ölkəmizin mədəni və təbii irsindən sui-istifadə etməsinə son qoymağa 44 gün kifayət etdi. İndi digər bir vacib dərs verilməlidir: "Hər şeyə cavab verməlisən."

İlk növbədə, Prezident İlham Əliyev Azərbaycanın Ermənistanı maddi məsuliyyətə cəlb edəcəyini bildirib. Xüsusilə, o, işğaldan azad edilmiş ərazilərin 99%-nin bütün binalarının - yaşayış binalarını, məktəbləri, xəstəxanaları, ictimai binaları, tarixi abidələri, əcdadlarımızın qəbirləri və məscidlərimizin dağıdıldığına diqqət çəkib.

"İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər." – deyə dövlət başçısı bildirib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_qudsi-osmanov-1280x720.jpg

Ermənilərin artıq bütün dünyanın öyrəndiyi kimi qiymətli ağac növlərini kəsməklə yanaşı, bu illər ərzində qanunsuz olaraq işğal altındakı ərazilərdəki qiymətli metalları, xüsusən də qızılı Ermənistana ixrac etdiklərini xatırlatmaq lazımdır. Ermənistanda işləndikdən sonra Azərbaycanın qızıl ehtiyatları üçüncü ölkələrin bazarlarına çıxarılıb və orada satılıb. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Məcəlləsinə uyğun olaraq qanunsuz sahibkarlıq fəaliyyəti faktları ilə uzun müddətdir ki, erməni mənşəli xarici vətəndaşlara qarşı 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işləri açılıb. İstintaq orqanı tərəfindən beynəlxalq axtarışa verilən “Vallex Group”un maliyyə investorlarına, İsveçrə vətəndaşı Vartan Sirmakes, “Vallex Group”un rəhbəri Valeri Meclumyan və “Base Metals”ın icraçı direktoru Artur Mkrtumyana qarşı ittihamlar irəli sürülüb. Qeyd etmək lazımdır ki, Vartan Sirmakes istehsalında qanunsuz olaraq qızıldan istifadə edildiyi dünyaca məşhur İsveçrə saat markası “Franck Muller Group”un qurucusu və baş icraçı direktorudur. İsveçrə və Fransada bir çox layihəyə sponsorluq edir. Bu ölkələrin erməni lobbisində nüfuzu var. Buna görə də, bir çox Avropa ölkəsi, Azərbaycanın milli sərvətinin talan edildiyini bilərək susublar və Ermənistana qarşı heç bir tədbir görməyiblər. Bütün dünyanın bir ölkənin cinayət əməllərini bilməsi və hamının göz yumması necə ola bilər? Yeri gəlmişkən, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın fərmanı ilə Sirmakes Fransadakı baş konsul təyin edilib və Vətənə xidmətlərinə görə təltif edilib.

Əlbəttə ki, hər kəs zərərin miqdarı ilə maraqlanır, lakin bu gün dəqiq birinin adını çəkmək mümkün deyil. Hələ 2018-ci ildə Azərbaycan Ermənistanın Azərbaycana vurduğu zərərin miqdarını qiymətləndirmək üçün istintaq fəaliyyəti həyata keçirib. Məhkəmə ekspertizası aparılıb. Nəticədə 296 şəxsin günahkar olduğu sübut edilib. Həm ölkəyə, həm də vətəndaşlara dəyən zərərin miqdarı 818 milyard 880 milyon dollar təşkil edib. Bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin müdiri Emil Tağıyev deyib.

Ancaq bu, İkinci Dağlıq Qarabağ müharibəsindən 2 il əvvəl idi. Ermənistan və onun vətəndaşlarının bölgədəki bütün şəhərləri və kəndləri darmadağın etdiyini və Gəncə, Bərdə kimi cəbhə bölgələrindən uzaq şəhərlərin ballistik raketlərlə atəşə tutulması nəticəsində evlərə və infrastruktura ciddi ziyan dəyməsini xatırlayırıq. Meşələrin böyük ərazilərini yandırıb, yaşı 150-dən çox olan bir çox ağacları kəsiblər. Əminliklə deyə bilərik ki, təzminat məbləği 1 trilyon dollardan çoxdur.

Əlbətdə ki, Ermənistanın öz iradəsi və vicdanı ilə dəymiş zərəri ödəməsinə ümid yoxdur. Canlı təbiətlə bu qədər amansızlıqla darvranırlarsa və indi oradan çıxaraq bunu etməyə davam edirlərsə, hansı vicdan haqqında danışa bilərik? Rəsmilər səviyyəsində olsa da, Ermənistan yenə də Azərbaycana borclu olduğunu qəbul edir. Beləliklə, Ermənistanın keçmiş Baş prokuroru və ölkənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsində keçmiş nümayəndəsi Gevork Kostanyan Moskva sülh sazişinə dair fikirlərini bildirərək vurğulayıb ki, sənədə görə Ermənistan “bu razılaşma ilə təkcə əraziləri vermədi, eyni zamanda Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur, bu pulları biz və gələcək nəsillərimiz Azərbaycana ödəməli olacaq." G.Kostanyan hesab edir ki, Baş nazir Paşinyan bu sənədi 10 noyabrda imzalayaraq əslində Ermənistan Respublikasının öhdəliyin subyekti olduğunu təsdiqləyib və bu xüsusda, ziyanı ödəməyə borcludur.

Ancaq bunlar hamısı sadəcə sözlərdir. Aydındır ki, Ermənistan məcburiyyət olmadıqda heç nə ödəməyəcək. Əlbətdə, bu beynəlxalq təşkilatlar tərəfindən edilməlidir. Qanuna əsasən Ermənistanın vurduğu ziyanın tam və dəqiq qiymətləndirilməsindən sonra borcun qaytarılmasının bütün şərtlərini, habelə ödəmədiyi təqdirdə ona tətbiq ediləcək sanksiyaları özündə birləşdirən sənəd yaxın gələcəkdə hazırlanmalıdır. Bununla əlaqədar olaraq, Azərbaycan artıq beynəlxalq təşkilatlara, xüsusən də BMT və Dünya Bankına müraciət edib. Bu yaxınlarda keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu barədə danışıb. Əlbətdə ki, dövlət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müvafiq bir iddia qaldıracaq, bütün lazımi dəlillər təmin ediləcək.

Vəkil Qaya Əliyev qeyd edib ki, müxtəlif beynəlxalq hüquqi aktlarda bu cür hallarda nə edilməli olduğu olduqca yaxşı təsvir edilib və onların hamısı Azərbaycanın tərəfindədir. Zərərin ödənilməsi məsələlərinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində, 1950-ci il İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasında əks olunduğunu izah edib. Haaqa və Cenevrə Konvensiyaları beynəlxalq humanitar hüququn və müharibə qaydalarının pozulması nəticəsində tərəflərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məsələlərini tənzimləyir.

Avropa Konvensiyası nöqteyi-nəzərindən vəkil bildirib ki, Ermənistan bir dövlət olaraq və onun ayrı-ayrı vətəndaşları vurulan zərərə görə məsuliyyət daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsinin mexanizmləri də buna imkan verir. Beynəlxalq humanitar hüquq, Haaqa və Cenevrə Konvensiyaları dövlətlər olmasa da, vəzifəli şəxslərin və ayrı şəxslərin mühakimə olunmasına əsas verir. Ermənistanın Azərbaycanın itkilərini ödəməkdən imtina etməsinə gəlincə, Q.Əliyev bildirib ki, Avropa Məhkəməsinin qərarları varsa, Ermənistan icra etməkdən yayına bilməyəcək. Məsələ ondadır ki, onların sadəcə ödəmək imkanı yoxdur.

İqtisadçı ekspert Natiq Cəfərli bu barədə sosial şəbəkədəki səhifəsində yazıb və bu doğrudur: “Ermənistan, təbii ki, inkar edəcək, razılaşmayacaq, on milyardlarla dollar ödəməyə heç imkanı da olmayacaq, amma doğru və hüquqi hazırlanmış sənəd daim onların başı üzərində ”Domokl qılıncı" kimi asılmalıdır, hər fürsətdə həm danışıqlar masasında, həm də beynəlxalq siyasi-hüquqi müstəvidə xatırladılmalıdır. Heç bir halda bu məsələni belə qoymaq və bağışlamaq olmaz. İstənilən təcavüzkar dövlət öz hərəkətlərinə görə cavab verməlidir, əks halda planetdə cəzasızlıq mühiti hökm sürəcək".


b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_IMG-20201125-WA0021.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_IMG-20201125-WA0022.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_IMG-20201125-WA0023.jpg

Missiya.Az

 

 

 

 

 



22 Yanvar 2021 Ermənilər Rusiyanın Ermənistandakı səfirindən narazıdırlar
21 Yanvar 2021 Azərbaycan əhalisi üçün niyə məhz "Sinovak" vaksini seçildi?- Missiya Müsahibə
21 Yanvar 2021 Bakıda 3 milyonluq "kupçalı" obyektin sökülməsinə görə məsuliyyəti kim daşıyır? - FOTO
21 Yanvar 2021 “Azərbaycan əsgərləri Kərki kəndində sərhəd xəttini müəyyənləşdirir” – Erməni deputat
21 Yanvar 2021 "Ermənistanda siyasi vəziyyət gərginləşir, Paşinyan müxalifətə təzyiqləri artıracaq" - Ramin Əhmədov
20 Yanvar 2021 Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri – VİDEO
20 Yanvar 2021 Putinin Monako dövlətindən 39 dəfə böyük sarayı - Navalnı görüntülər yaydı - KREMLDƏN REAKSİYA
20 Yanvar 2021 İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 2021 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı
19 Yanvar 2021 İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etdi - FOTO
19 Yanvar 2021 Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi - FOTO
18 Yanvar 2021 “Paşinyan Moskvaya getdi və İlham Əliyevin qarşısında diz çökdü” – Erməni deputat "Böyük Turan" proqramından danışdı
18 Yanvar 2021 "Qarabağ müharibəsi Ərdoğana "Turan Ordusu" qurmaq üçün perspektivlər açdı" - İranlı ekspert
18 Yanvar 2021 Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyevə koronavirus əleyhinə peyvənd vurulub
18 Yanvar 2021 Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
18 Yanvar 2021 Rusiya Türkiyə ilə sərhəddə əlavə hərbçilər göndərib
16 Yanvar 2021 "İnanırıq ki, qardaş ölkələr tezliklə bizi tanıyacaq" - Şimali Kiprin Bakı təmsilçisi
16 Yanvar 2021 “Prezidentin Şuşaya səfəri xalqımızın qalibiyyət ruhunu daha da yüksəltdi” – Ramin Əhmədov
15 Yanvar 2021 Akopyanın Moskva səfərinin təfərrüatı: 10 silahlı mühafizəçi ilə alış-veriş edib - FOTO
15 Yanvar 2021 Mehriban Əliyeva: "İşğaldan azad olunan qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm"