b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_ffettrttrry.jpg

“Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan bu torpaqlarda yaşayıb, qurub. Qarabağ tarixini yaxşı bilirik və dünya ictimayyətinə çatdırılması üçün son illər ərzində böyük işlər görülüb. 90-cı illərin əvvəlində Azərbaycan haqqında dünyada o qədər böyük təsəvvür yox idi”.

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Prezidentin sözlərinə görə, bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi, həm də münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək, dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada biliblər:

“Məhz buna görə torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilib. Bu sanksiyalar bu günədək də qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində ABŞ Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib.

Guya Azərbaycan Ermənistana qarşı təcavüz edir. Təsəvvür edin, bu sanksiyalar bu günədək qüvvədədir. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmişdi”.

İ.Əliyev qeyd edib ki, son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq:

“Bütün bu görülən işlər bu gün bizə kömək göstərir. Artıq dünyada bu məsələ ilə bağlı da obyektiv fikir var. Biz buna yorulmaz səylərimiz nəticəsində nail olmuşuq. Mən deyəndə ki tarixi ədaləti bərpa edirik. Mən haqlıyam”.


30 Noyabr 2020 Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO
30 Noyabr 2020 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA
30 Noyabr 2020 İraq Parlamentinin Baş katibi Azərbaycan Prezidentinə məktub yazıb
30 Noyabr 2020 Azərbaycan əsgərlərini təhdid edən rahib İrəvana qaçıb - FOTO
30 Noyabr 2020 Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ
30 Noyabr 2020 Ölkədə COVİD 19-la bağlı CİDDİ TƏHLÜKƏ – Vəziyyət nəzarətdən çıxa bilər – Qorxulu gedişat
29 Noyabr 2020 Şuşaya qar yağdı, 28 il sonra ilk dəfə görüntüləndi - VİDEO
28 Noyabr 2020 Hikmət Hacıyev Ağdamda göz yaşlarını saxlaya bilmədi - VİDEO
28 Noyabr 2020 Fuat Oktay: "Başqa ölkələr kar və kor olarkən biz Azərbaycanın yanında olduq"
28 Noyabr 2020 Hikmət Cavadov Krım tatarlarının lideri ilə görüşdü - FOTO
27 Noyabr 2020 Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - Debat və müzakirələr
27 Noyabr 2020 Əsirlikdə olan Amin Musayevin yeni FOTOsu yayıldı - Vəziyyəti yaxşıdır
27 Noyabr 2020 Azərbaycanda koronavirusa yoluxma anti-rekord həddə çatdı
27 Noyabr 2020 “Ermənilərin ekoloji terrorizmi” mövzusunda seminar keçirilib
27 Noyabr 2020 Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq
27 Noyabr 2020 Sədaqət Vəliyeva: Kəlbəcərin azad olunması Azərbaycanın möhtəşəm tarixi qələbəsini bir daha təsdiq edir
27 Noyabr 2020 Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək
27 Noyabr 2020 Səhiyyə Nazirliyindən COVİD-19-la bağlı təhlükəli PROQNOZ
27 Noyabr 2020 Paşinyan bir saatda 2 dəfə Putinə zəng edib
27 Noyabr 2020 Tələbə bu görüntülərə görə BDU-dan qovuldu - VİDEO