b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fdsdsfffsdsd.jpg
Azərbaycanın döyüş meydanında əldə etdiyi uğurlar Ermənistanda həm iqtisadi, həm siyasi, həm də hərbi sferada gərginliyin yaranması ilə nəticələnir. Aydın məsələdir ki, müharibə aparmaq böyük maliyyə tələb edir. Ermənistanın isə müharibə aparmaq üçün nə kifayət qədər canlı qüvvəsi, nə də vəsaiti var. Bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyan havadarlarından siyasi və hərbi dəstək almaq üçün dəridən-qabıqdan çıxır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı açıq şəkildə bəyan etdi ki, döyüşlər Ermənistan ərazisində getmir və təşkilatın münaqişəyə hərbi müdaxilə etməsi gündəmdə deyil. Həmçinin Paşinyan Rusiya prezidenti Vladimir Putindən də gözlədiyi dəstəyi ala bilmədi. Putin balanslı davranır, Dağlıq Qarabağın sonsuza qədər işğal altında qala bilməyəcəyini bəyan edir.

Fransa müharibə başladığı ilk vaxtlarda Azərbaycana qarşı qərəzli mövqe sərgiləsə də, rəsmi Bakının sərt reaksiyasından və Prezident İlham Əliyevin Makronla telefon danışıqlarından sonra  Parisin mövqeyində müəyyən dəyişikliklər yarandı. Fransanın Azərbaycandakı səfiri mətbuata açıqlamasında qeyd etdi ki, “Gərginlik dövrü bitdi, o səhifə bağlandı”. ABŞ isə tərəfləri atəşkəsə səsləməklə kifayətlənir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dfdfdfdg.jpg

Ermənistan hakimiyyəti müharibəyə başlayanda dünya birliyindən belə reaksiyanın gələcəyini proqnozlaşdırmamışdı. Çünki Paşinyan hakimiyyətinin uzunmüddətli strateji xətti yoxdur. Sadəcə Dağlıq Qarabağla bağlı verdiyi sərsəm bəyanatlarla daxili auditoriyanı ələ almaq istəyirdi. Ermənistan hakimiyyəti təxribatlar törədərkən və Dağlıq Qarabağla bağlı qəbuledilməz şərtlər irəli sürərkən düşünürdü ki, Azərbaycan 90-cı illərin əvvəllərindəki gücdədir və rəsmi Bakı bu tərxibatlara, sərsəm bəyanatlara qarşı heç bir adekvat tədbir görməyəcək. Amma əksini gördülər... İrəvan 30 illik müstəqillik tarixinin ən ağır dövrünü yaşayır və Azərbaycanın həm siyasi, həm də döyüş meydanındakı manevrləri qarşısında aciz olduqlarını etiraf edirlər. Məsələn, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan deyib ki, biz uzun illər ərzində Azərbaycandan hərbi xərclərdə çox geri qalmışıq: “Onlar çoxlu pul xərcləyiblər, biz isə çox az. Beləliklə, bugünkü problemin səbəbi çoxillik prosesin nəticəsidir. Azərbaycanın Ermənistan ordusuna qarşı istifadə etdiyi PUA-lar hazırda qarşısıalınmazdır. Düşmən dronlarının tam ram edilməsi hələ dünyanın heç bir ordusuna nəsib olmayıb”.

Ermənistan rəsmilərinin ordudakı reallıqları etiraf etməsi qarşı tərəfdə ciddi ruh düşgünlüyü yaradır. Nikol Paşinyanın və digər rəsmilərin “Geri çəkilirik!”, “İtkilərimiz çoxdur!” tipli müraciətləri Ermənistan cəmiyyətində ciddi təşvişlə nəticələnir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_ffggfgfgddf.jpg

Artıq erməni analar övladlarını başqasının torpağında döyüşə göndərməmək üçün qeyri-adi metoda əl atıblar. Onlar övladlarını ordudan yayındırmaq üçün həkimlərə rüşvət verirlər və COVİD-19 testinin “müsbət” yazılmasını istəyirlər. Valideynlər bunun üçün 1000-2000 dollarlarından keçmək məcburiyyətindədirlər. COVİD-19-a yoluxma sayının artması fonunda Ermənistan ordusundə əsgər çatışmazlığı, həmçinin Paşinyanın xalqına “30 nəfərdən ibarət könüllü dəstələr yaradın” müraciəti pulla “müsbət” test iddialarının doğru olduğunu sübut edir.  Bu o deməkdir ki, əhali müxtəlif yollarla döyüşdən yayınır, ön cəbhəyə göndərməyə əsgər yoxdur.

Döyüş meydanında böyük məğrubiyyətə uğrayan Ermənistanda sosial-iqtisadi vəziyyət daha da ağırlaşmağa başlayıb. İqtisadçıların hesablamalarına görə, müharibə uzansa, Ermənistanın maliyyə sistemi tam iflas edəcək.

Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında bildirilir ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində Ermənistan iqtisadiyyatında 6,4 faizlik azalma qeydə alınıb. Həmçinin ilin 8 ayı ərzində ixrac və idxalın həcmləri də geriləyib.

Rəsmi İrəvan demək olar ki, özünümüdafiə qabiliyyətini itirmək üzrədir. Çünki Azərbaycanla müharibə nəticəsində Ermənistanın 2 milyard dollarlıq hərbi texnikası məhv edilib. Bu isə Ermənistanın müdafiə qabiliyyətini azaldır. İrəvan xarici hərbi təhdidlərdən qorunmaq üçün mütləq hərbi arsenalını yeniləmək məcburiyyətindədir. Amma ölkə iqtisadiyyatının iflic vəziyyətə düşməsi Ermənistana bu istəyini reallaşdırmağa imkan verməyəcək. Həmçinin səfərbərlik nəticəsində 210 min vətəndaşını cəbhəyə göndərən Paşinyanın aktiv işçi qüvvəsi də azalmış olur. Hazırda Ermənistanda 913 min nəfər iqtisadi fəal əhali var və onların təxminən 210 min nəfəri hazırda döyüşlərdə iştirak etmək üçün Dağlıq Qarabağa göndərilib.  

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fgfffddfgfgfgfgf.JPG

Hərbi xərclərin artması, işçı qüvvəsinin azalması və cəbhədəki ağır məğlubiyyət 2020-ci ilin IV rübü ərzində Ermənistanın Ümumdaxili Məhsulunun həcmini 1 milyard dollar azalda bilər. 2019-cu ildə Ermənistanın ÜDM-i təxminən 13,7 milyard ABŞ dolları olub. Bir sözlə, diasporun yardımlarının və beynəlxalq dairələrin ianələrinin ümidinə qalan Ermənistanda 2021-ci ildə iqtisadi vəziyyət 2020-ci ilə nisbətən daha da ağırlaşacaq.

Əlbəttə ki, sosial-iqtisadi vəziyyətin gərginləşməsi Paşinyanın rəqiblərinin əlini gücləndirir. Devrilən “Qarabağ klanı” siyasi qarşıdurma üçün məqam gözləyir. Sadəcə müharibə davam edir və cəmiyyətin fikiri cəbhə xəttindədir, hələ ki, əhali siyasi-iqtisadi məsələlərə maraq gösətərmir. Buna baxmayaraq, Paşinyanın rəqibləri əhalini hakimiyyətə qarşı qaldırmaq və indiki hakimiyyəti devirmək üçün sistemli iş aparır. Məsələn, onların əsas hədəfi ilk növbədə müharibənin gedişində idarəçilikdən Paşinyanı uzaqlaşdırmaq və komandanlığı ələ keçirməkdir. Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və həmçinin Qarabağın keçmiş qondarma rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan baş nazir Nikol Paşinyana təklif ediblər ki, müharibə ilə bağlı bütün idarəçiliyi onlara versin və özü kənarda dursun. Əlbəttə ki, Paşinyan onların niyyətini yaxşı bilir və ona görə də təkliflə razılaşmayıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dgfghfhfhfhf.jpg

Hazırda Sarkisyan-Koçaryan cütlüyü erməni cəmiyyətinə Paşinyanın uğursuz siyasətçi və Azərbaycanla yeni uğursuz müharibənin səbəbkarı kimi təbliğ edir. Proseslər göstərir ki, müharibənin uzanması Paşinyan hakimiyyətinin əleyhinə işləyir. Bundan başqa, ağır itkilərə məruz qalan ordu Ermənistan cəmiyyətində ruh düşkünlüyünün yaranmasına, həmçinin məğlub xalq imicinin formalaşmasına zəmin yaradır. Bir sözlə, Ermənistanın hərbi-siyasi elitasına rəhbərlik edən Paşinyan-Torayan cütlüyü erməni xalqını fəlakətə sürükləyir.

Missiya.Az


24 Noyabr 2020 Türkiyə əsgərləri də Qarabağda partul xidməti aparacaq - Hulusi Akar
24 Noyabr 2020 Ermənilər Ağdamdan çıxmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib - VİDEO
24 Noyabr 2020 Ermənilərin əsir götürdüyü Bayramla bağlı atasından AÇIQLAMA - VİDEO
24 Noyabr 2020 Azərbaycanlılar Xankəndiyə gedən yolda göründü: Ermənilər qorxuya düşdü
24 Noyabr 2020 "Əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır" - İlham Əliyev
24 Noyabr 2020 Millət vəkilləri bu məsələlərə görə toplaşır - SİYAHI
23 Noyabr 2020 İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb - FOTO
23 Noyabr 2020 İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam məscidində olublar - FOTO
23 Noyabr 2020 İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərinə gedib - VİDEO
23 Noyabr 2020 “PolitRussia”: İlham Əliyev BBC-nin təhdid üzərində qurulmuş siyasətini darmadağın edir - VİDEO
23 Noyabr 2020 SON DƏQİQƏ: Ermənistan tərəfdən Qarabağda döyüşmüş Yunan idmançısı Ordumuz tərəfindən məhv edilib
23 Noyabr 2020 Kiyev şəhərində “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırılıb
23 Noyabr 2020 Naxçıvan cəbhədən zəfərlə qayıdan hərbçiləri izdihamla qarşıladı - VİDEO
22 Noyabr 2020 Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi
22 Noyabr 2020 O, bütün dünyanı öz iradəsinə tabe etdirdi – Ağdam, Kəlbəcər və Laçın həqiqəti
22 Noyabr 2020 Azərbaycanda daha 24 nəfər koronavirusdan öldü: 3196 yeni yoluxma
22 Noyabr 2020 Ermənilərdən qənimət götürülən tanklar Bakıya gətirilir - VİDEO
21 Noyabr 2020 Lavrovla Paşinyanın fotosu müzakirələrə səbəb oldu
21 Noyabr 2020 Hulusi Akar: "Mehmetcik ən qısa zamanda Azərbaycana gedəcək”
21 Noyabr 2020 Banklar əsgər ailələrinə niyə qənim kəsilib? - VİDEO