b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dajjjjjjkqa.jpg

Milli Məclisin deputatı Zahid Oruc genişmiqyaslı hərbi əməliyyatların 3-cü günü, yəni 29 sentyabrda Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı 9-cu polkun 18-ci motoatıcı diviziyasının komandiri Artyom Poqosyanla Nikol Paşinyan arasında gedən telefon danışıqlarına dair sensasion məlumatları açıqlayıb.

Missiya.az xəbər verir ki, Z.Oruc qeyd edib ki, Azərbaycan ordusunun görünməmiş miqyasda bütün parametrlər üzrə üstünlüyünü anındaca hiss edən diviziya rəhbəri telefonla baş nazirdən xahiş edir ki, əsas zərbə nöqtəsi sayılan cənub cinahında yerdən və göydən üstlərinə yağan mərmilərin, bombaların zərbəsindən qorunmaq üçün icazə versinlər ki, onlar 2-ci müdafiə xəttinə çəkilsinlər: 

"Bununla da uşaqları qorusunlar, sonra hücuma keçmək üçün səfərbər olunarlar.

Küçə aksiyaları ilə səngəri səhv salan və döyüş əmrlərini hərbi qərargahlardan deyil, birbaşa İrəvandakı isti kabinetlərdən idarə edən hökumət başçısı Poqosyana “bir addım da geri atmaq olmaz” əmrini verir. Nəticədə diviziya tamamilə darmadağın edilir, şəxsi heyət büsbütün məhv olur, komandir yaralanır və cəmi 3 nəfər salamat qalır.

Onlar həyatını itirən yüzlərlə hərbçinin qanı üzərindən özünün reklamını quran Araik Arutyunyanın buna görə cavab verəcəklərini, taktiki geriçəkilməyə yol verilmədiyi üçün siyasi rəhbərliyin özünə qurduqları təbliğatı kəskin pisləyirlər, hesab gününün gələcəyini açıq bildirirlər və belə itaətsizliyi görən hakimiyyət orqanları Poqosyanı 5 gün İrəvanda saxladıqdan sonra MTN tərəfindən həbs etdirib. Hazırda komandir istintaq altındadır".

Z. Oruc başqa bir məlumatda erməni informasiya texnoloqlarının bu müharibəyə qatdıqları dramatizm fonunda bütün dünyaya yaydıqları simvol-savaşın erməni siması olan əsgər Albert Ovanisyanın taleyiylə bağlı məlumatları da bölüşüb. Onun sözlərinə görə, 5 oktyabr tarixindən döyüşlərdə öldürülən “əfsanə”, ağır antisanitar şəraitdə xidmət edənlərdən biri kimi səyyar qida və geyim təminatının pis olmasından daim gileylənib, məhv edildikdən sonra isə şəxsən Ermənistanın birinci xanımı sayılan Anna Akopyanın tapşırığı ilə bir neçə gün İrəvan morqunun soyuducusunda saxlanıb ki, hərbi uniformalı ledi öz səhifəsindən kədərli statuslarını paylaşıb özünə xal qazansın:

“Müəlliflər qeyd edir ki, Albert Ovanisyanın ata-anası neçə gün bütün ölkəyə axtarış verib oğlunu axtardığı halda “hakim dəlilər ailəsi” qələbə simvolu-gündən-günə itirilən torpaqların fonunda özlərinə siyasi kampaniya aparırdılar.

Digər bir xəbər, Hindistandan alınan Su-30 təyyarələrinə hər hansı raket alına bilinmədiyi üçün onların yararsız qalmasına dairdir. Maraqlıdır ki, Rusiyadan bunun üçün bütün erməni milyonçuları birləşsələr də, Suriyaya göndərildiyinə görə zavodlar abramyanların, karapetyanların tələblərini yerinə yetirməyiblər. Ona görə onsuz da çox böyük "otkat"la alınmış təyyarələr Paşinyanın çevrəsindəki antimlli və sorosyanlı komandasına milyonlarla qazandırdığı halda indi müharibədə ordunun işinə yaramır.

Vahimə və qorxunc iddialarla müşaiyət olunan informasiyalarda rəsmi İrəvanın günlərdir cəsədləri almaqdan imtinasının erməni cəmiyyətində baş verəcək kütləvi şok və ondan sonra baş qaldıracaq üsyanlarla bağlı olduğu deyilir. Bildirilir ki, rəsmi təsdiqlənən 834 nəfər fiziki itki fonunda ən azı 1550 nəfər cəsəd sərhəddə qəbulunu gözləyir.

Bəli, Ermənistan informasiya məkanına “demokratik senzura”nın tikanlı məftilləri nə qədər sərt çəkilsə də hakimiyyətin xaos və iflasın bir addımlığında olduğu, həqiqətləri gözlədə bilmədiyi göz qabağındadır.

Müharibə Paşinyanı, onun timsalında da erməni dövlətçiliyini süqutla üz-üzə qoyub”.


24 Noyabr 2020 Türkiyə əsgərləri də Qarabağda partul xidməti aparacaq - Hulusi Akar
24 Noyabr 2020 Ermənilər Ağdamdan çıxmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib - VİDEO
24 Noyabr 2020 Ermənilərin əsir götürdüyü Bayramla bağlı atasından AÇIQLAMA - VİDEO
24 Noyabr 2020 Azərbaycanlılar Xankəndiyə gedən yolda göründü: Ermənilər qorxuya düşdü
24 Noyabr 2020 "Əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır" - İlham Əliyev
24 Noyabr 2020 Millət vəkilləri bu məsələlərə görə toplaşır - SİYAHI
23 Noyabr 2020 İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb - FOTO
23 Noyabr 2020 İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam məscidində olublar - FOTO
23 Noyabr 2020 İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərinə gedib - VİDEO
23 Noyabr 2020 “PolitRussia”: İlham Əliyev BBC-nin təhdid üzərində qurulmuş siyasətini darmadağın edir - VİDEO
23 Noyabr 2020 SON DƏQİQƏ: Ermənistan tərəfdən Qarabağda döyüşmüş Yunan idmançısı Ordumuz tərəfindən məhv edilib
23 Noyabr 2020 Kiyev şəhərində “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırılıb
23 Noyabr 2020 Naxçıvan cəbhədən zəfərlə qayıdan hərbçiləri izdihamla qarşıladı - VİDEO
22 Noyabr 2020 Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi
22 Noyabr 2020 O, bütün dünyanı öz iradəsinə tabe etdirdi – Ağdam, Kəlbəcər və Laçın həqiqəti
22 Noyabr 2020 Azərbaycanda daha 24 nəfər koronavirusdan öldü: 3196 yeni yoluxma
22 Noyabr 2020 Ermənilərdən qənimət götürülən tanklar Bakıya gətirilir - VİDEO
21 Noyabr 2020 Lavrovla Paşinyanın fotosu müzakirələrə səbəb oldu
21 Noyabr 2020 Hulusi Akar: "Mehmetcik ən qısa zamanda Azərbaycana gedəcək”
21 Noyabr 2020 Banklar əsgər ailələrinə niyə qənim kəsilib? - VİDEO