dsfsfdffdf.jpg

"Prezident İlham Əliyevin "Rossiya-1 telekanalında yayımlanan "60 dəqiqə" proqramındakı çıxışı dünya birliyini hazırda davam edən müharibə barədə daha geniş məlumat alması baxımından böyük əhəmiyyətə malikdir. Çünki Ermənistan döyüş meydanında uduzduğu üçün yalan xəbərlər tirajlamağa, üçüncü dövlətləri müharibəyə cəlb etməyə çalışır.  Prezidentin İlham Əliyev heyrətamiz çıxışı ilə rəsmi İrəvanın yalanlarını növbəti dəfə ifşa etmiş oldu”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədrinin müavini Ramin Əhmədov Prezident İlham Əliyevin "Rossiya-1 telekanalında yayımlanan "60 dəqiqə" proqramındakı çıxışı barədə danışarkən deyib.

Ramin Əhmədov bildirib ki, İlham Əliyev öz çıxışnda konkret faktlara əsaslanıb:   "Ermənistan istəyir ki, yalan xəbərlərlə Türkiyənin Dağlıq Qarabağ münaqişəsində tərəf olduğuna dair təsəvvürlər yaratsın. Dünya birliyinin Türkiyəni hərbi tərəf kimi tanıması döyüş meydanında tək qalan Ermənistan üçün çox vacibdir. Çünki müharibədə  Ermənistana müttəfiqlik etdiyi ölkələrin  yardım etməsinə şərait yaranır. Azərbaycan Prezidenti Türkiyənin hərbi tərəf kimi iştirak etmədiyini, Azərbaycanın güclü ordusu olduğunu sübut edən konkret arqumentlər ortaya qoydu. Prezident qəti şəkildə bəyan etdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək məqsədilə müharibə aparır və bu müharibə heç bir dövlətin ərazi bütövlüyünə təcavüz deyil. Ermən istan nümayişkəranə şəkildə Livan və Suriyadan erməni döyüşçüləri Qarabağa yığır və bunu pərdələmək üçün dünya ictimaiyyətini yalan xəbərləri ilə aldatmağa çalışır. Prezident İlham Əliyev dünənki çıxışı ilə Ermənistanın təbliğat maşınını darmadağın etmiş oldu. Dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, haqlı mövqeyimizi dünyaya açıq və sərras cavablarla bəyan etdi". 

YAP rəsmisi qeyd edib ki, Paşinyan öz xalqını aldadır, verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün müharibə variantına əl ataraq, diqqəti ölkədəki məsələlərdən yayındırmağa çalışır: “Həqiqətən də Ermənistan xalqı da yaxşı anlayır ki, müharibə onlar üçün ağır nəticələrlə sonlanacaq. Artıq müharibə başlayıb və  bu müharibə Ermənistan üçün fəlakətin başlanğıcıdır. Hələ uğurlarımız qarşıdadır. Bayrağımız Şuşada, Xankəndində dalğalananda Paşinyan ölkədən qaçmaq məcburiyyətində qala bilər. Çünki Ermənistan əhalisi uzun illər "məğlubedilməz ordu" mifi ilə aldadılıb. İndi isə ordu silahı qoyub qaçır. Prezidentimiz də dünyaya bu faktları bəyan etdi: Hücum edən, muzdlu cəlb edən, yalan xəbərlər tirajlayan, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistandır, Azərbaycan yalnız öz torqaqlarını istəyir, başqasının torpağında gözü yoxdur".

Ramin Əhmədov bildirib ki, Paşinyanın nə ölkə daxilində, nə də beynəlxalq aləmdə nüfuzu var: "Prezidentin də dediyi kimi Sorosun adamı olan Paşinyan elə bir ciddi konfrans, debat, müsahibə və iclas olmayıb ki, orda qeyri-peşəkar, siyasətçiyə yaraşmayan hərəkəti ilə yadda qalmasın. Xüsusilə də İlham Əliyevlə debatlarda özünü itirir, dili topuq vurur. "Rossiya-1 telekanalındakı proqramdakı çıxışı zamanı da bunun şahid olduq. Paşinyan əvvəldən sona qədər rabitəsiz cümlələr qurdu, siyasətçiyə yaraşmayan isterik tərz nümayiş etdirdi. Azərbaycan Prezidentinin arqumentlərinə tutarlı cavablar verə bilmədi. Bütün dünya liderləri bilir ki, Paşinyan küçə adamıdır, siyasətçi deyil. Azərbaycan Prezidenti isə rusiyalı politoloqları belə heyrətə salan çıxışı ilə qətiyyətli lider, ciddi və prinsipial siyasətçi olduğunu bir daha dünyaya nümayiş etdirdi. Qürur duyduq”.

Missiya.Az


24 Oktyabr 2020 Düşmənin bir neçə dayaq məntəqəsi dağıdıldı: Ordumuz vacib yüksəklikləri azad etdi - RƏSMİ
23 Oktyabr 2020 Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olunub
23 Oktyabr 2020 Qubadlının 4 kəndi işğaldan azad edilib
23 Oktyabr 2020 Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO
23 Oktyabr 2020 MN: Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur
23 Oktyabr 2020 Əli Əhmədov Dmitri Medvedyevə məktub ünvanlayıb
23 Oktyabr 2020 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı
23 Oktyabr 2020 “İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir? - VİDEO
23 Oktyabr 2020 Ermənistan ordusunda növbəti biabırçılıq - VİDEO
23 Oktyabr 2020 Füzuli, Cəbrayıl və Qubadlıda vacib ərazi və yüksəkliklər ələ keçirilib - RƏSMİ
22 Oktyabr 2020 Mehriban Əliyeva: "Xalq öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir"
22 Oktyabr 2020 Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
22 Oktyabr 2020 Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
22 Oktyabr 2020 Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib
22 Oktyabr 2020 İsrailin Azərbaycandakı səfiri Gəncədə - FOTO
22 Oktyabr 2020 Bu gün düşmənin 40 əsgəri məhv edilib - ETİRAF
22 Oktyabr 2020 Qarabağda gedən son döyüşlərin analitik xülasəsi - VİDEO
22 Oktyabr 2020 Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
22 Oktyabr 2020 Azərbaycanı müharibəyə məcbur edən amillər: İlham Əliyev dünyanı xəbərdar etmişdi
22 Oktyabr 2020 “Bombalar yağır, geri çəkilməyə icazə ver” - Poqosyanın Paşinyana zəngindən