b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fdfdfgfg.jpg

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Real TV telekanalının “Real İntervyu” verilişinə verdiyi müsahibəsini xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin bərpası mövzusu ilə başlayıb.

Missiya.Az xəbər verir ki, müsahibəni davam etdirən Nəzifə Mürsəlova uşaqlarını təhsil müəssəsinə göndərən valideynlərə bir neçə məsləhət verib:

“Əgər valideyn uşaqda xəstəliyin simptomlarını müşahidə edirsə, uşaq COVID-19-a görə laborator müayinədən keçmiş və nəticəsi pozitiv çıxmışdırsa, ailə üzvlərinin birində test nəticəsi pozitiv çıxıb və ya xəstələnib və sağalmışdırsa, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməmişdirsə, bu zaman valideyndən övladının təhsil müəssisəsinə göndərilməməsi tələb olunur”.

Tələbədə xəstəlik şübhəsini yaradan simptomlar haqqında danışan Nəzifə xanım deyib ki, uşaq və ya gəncdə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edilərsə və ya xəstəliyin hər hansı əlamətləri (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.) müşahidə olunarsa, təhsil müəssisəsinin rəhbəri ilk olaraq, uşağın və ya gəncin valideyninə və eyni zamanda müəssisənin tibb nümayəndəsinə bu haqda məlumat verməli və uşağın izolyasiya edilməsi məqsədilə xüsusi karantin otağında yerləşdirməlidir. Uşaqla təmasda olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün onlar fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri və baxil) istifadə etməlidirlər və karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılmalı və otaq havalandırılmalıdır.

Uşaq və ya gənc bu otağı tərk etdikdən sonra otaq 3 saat istifadəsiz saxlanılmalı və 3 saatdan sonra təmizlənib, dezinfeksiya edilməliyini vurğulayan Nəzifə Mürsəlova növbəti məsələyə keçib. Bu mövzu təhsil müəssisəsində yoluxma halları kütləvi xarakter daşısa, görülməli tədbirlərə aid olub.

Nəzifə xanım qeyd edib ki, kütləvi xəstəlik şübhəsi hallarında evakuasiya həyata keçirilməli, bu haqda əvvəlcədən təlimatlandırılmış işçi heyətinin nəzarəti altında təhsil müəssisəsində olan bütün şəxslər müəssisədən çıxarılmalı və müəssisə tamamilə dezinfeksiya olunmalıdır.

Nəzifə Müsəlova müsahibəsinin çərçivəsində təhsil müəssisələrində COVID-19 virusuna yoluxma riskini azaltmaq üçün həyata keçirilən profilaktik tədbirlər mövzusuna da vaxt ayırıb. Onun xüsusi qeyd etdiyi tədbirlər bunlar olub:

Maskalardan istifadə. 5-ci sinifdən başlayaraq təhsilalanların təhsil müəssisəsində maskadan istifadə etməsi məcburidir, 1-4 siniflərin şagirdləri isə təhsil müəssisəsində maskadan istifadəsi onun valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir.

Hərarətin ölçülməsi. Təhsil müəssisənə daxil olan hər şəxsin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, həmin şəxsin müəssisəyə daxil olmasına yol verilməməlidir.

Fiziki məsafə. Hər bir sinfə (qrupa) bütün dərs günü ərzində istifadəsi üçün bir sinif otağı və ya auditoriya ayrılır, aralarında 1.5 metr məsafə ilə yerləşdirilən partaların arxasında yalnız bir nəfərin oturmasına icazə verilir.

Nəzifə Mürsəlova Real TV telekanalının “Real İntervyu” verilişinə müsahibəsinin sonunda xüsusi karantin rejimi dövründə məktəblərdə həyata keçirilən bir neçə dəyişikliklər haqqında danışıb.

Beləliklə, onun verdiyi məlumata görə, ilk növbədə dərs qrafiki dəyişdirilib. Yəni sinifdə şağirdlərin sayı 10-12 nəfərə qədər azaldılıb, hər bir sinif şağirdləri yarıya bölünərək, növbəli qaydada (səhər/günorta) dərslərdə əyani şəkildə iştirak etməkləri nəzərdə tutulub.

Bundan əlavə, əyani formada keçirilən dərs məşğələlərinin sayı uyğunlaşdırılmış tədris planına müvafiq olaraq minimuma endirilib. Bir cox məktəblərdə “şahmat cədvəlinin” tətbiq olunması planlaşdırılıb.

Bundan sonra Nəzifə xanım dərslərarası fasilələrin vaxtının uzadılması haqqında məlumat verib. Onun sözlərinə görə, fasilələr 10 dəqiqəyə qədər uzadılıb və bu müddət ərzində şagirdlərin imkan daxilində təmiz hava alması tövsiyə olunub.

O, fasilə müddətində sinif otağında pəncərələrin (mümkün olduğu halda) açıq saxlanmalı, sinif otaqlarının havasını mütəmadi dəyişdirilməli olduğunu vurğulayıb. Həmçinin, yeməkxanaların fəalliyətinin dayandırılması da qeyd olunub.

Nəzifə xanım təhsilalanların sinif otaqlarında qidalanması, hər bir valideynin uşağını məktəbə göndərdikdə onun su və qida ilə təmin olunmasına əmin olduğunu tövsiyə edib.

Bundan başqa, kənar şəxslərin məktəbə girişinə məhdudiyyət qoyulduğunu qeyd edən Nəzifə xanım bildirib ki, təhsilalanların valideynlər və digər qanuni nüməyəndələrin məktəbə girişi tam qadağan olunub. Və Nəzifə Mürsəlovanın qeyd etdiyi sonuncu dəyişiklik mütəmadi dezinfeksiya işlərinin aparılmasına aid olub.

Onun verdiyi məlumata əsasən, gündəlik olaraq növbələrarası fasilələrdə partalar (masalar), qapı və pəncərə tutacaqlarının ilkin təmizlənməsi və dezinfeksiyası tələb olunur, həftəsonları isə təhsil müəssisəsində tam və əsaslı dezinfeksiya işləri aparılmalıdır.


29 Oktyabr 2020 30 hərbçi meyiti və iki mülki şəxs Ermənistana təhvil verildi
29 Oktyabr 2020 Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
29 Oktyabr 2020 Müdafiə Nazirliyindən Ermənistanın yaydığı saxta videoya rekasiya
29 Oktyabr 2020 "Türkiyənin hər bir azərbaycanlının qəlbində xüsusi yeri var" - Mehriban Əliyeva
29 Oktyabr 2020 Prezidentin köməkçisi: "Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb"
29 Oktyabr 2020 Müdafiə Nazirliyi: Xeyli sayda itki verən düşmən geri çəkilib
28 Oktyabr 2020 Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılır
28 Oktyabr 2020 Prezident: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq"
28 Oktyabr 2020 Ordumuz Zəngilanda düşmənin diversiya-kəşfiyyat qrupunu məhv edib – VİDEO
28 Oktyabr 2020 Düşmənin Bərdədə hədəf aldığı yerlər bilindi - SİYAHI
28 Oktyabr 2020 Bərdəyə raket atılması nəticəsində 14 nəfər ölüb, 40-dan çox şəxs yaralanıb
28 Oktyabr 2020 Paşinyan devrilərsə Qarabağ cəbhəsində nə baş verəcək? - Ermənistanda siyasi çaxnaşma - ŞƏRH
28 Oktyabr 2020 Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO
28 Oktyabr 2020 Paşinyan daha bir vəzifəli şəxsi işindən azad edib
28 Oktyabr 2020 Ermənistan ordusunda biabırçılıq - Hərbi vəzifəlilər də imtina edir
27 Oktyabr 2020 Ermənistan fərariliyin qarşısını ala bilmir - Cəzalar sərtləşdirilir
27 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistanın Bərdəyə hücumu nəticəsində 3 mülki şəxs öldü, 10 nəfər yaralandı”
27 Oktyabr 2020 “Tariximizin biabırçı səhifələrindən birini yaşayırıq” - Ermənistanın ilk Baş Naziri
26 Oktyabr 2020 Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub
26 Oktyabr 2020 Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilində bilməlisən” - FOTO