b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fbfhg.jpg

Məhkəmənin hökmü ilə həbs olunan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyası ətrafında siyasi şou davam edir.

Azərbaycan daxilində və xaricində fəaliyyət göstərən təxribatçı qruplar yaranan vəziyyətdən öz xeyirləri üçün istifadə etməyə çalışırlar. İstədikləri odur ki, T.Yaqublu aclıq aksiyasını dayandırmasın və onun səhhəti daha da ağırlaşsın. Çünki bu, onların işinə yarayır. Tofiq Yaqublunun həyatı bahasına siyasi oyunlar oynayanlar Azərbaycanı hədəf göstərmək, imicini ləkələmək üçün məkirli planlar qurublar. Onlar Yaqublunun ölməsini istəyirlər ki, hay-küy qaldırsınlar, Beynəlxalq təşkilatlarda Azərbaycanı qaralamaq üçün bəhanələri olsun.

Tofiq Yaqublunun ölümü ilə divident qazanacaqlarını düşünürlər. Onun həyatı, ailəsinin durumu heç kəsi maraqlandırmır. Bəs Dövlət təxribatçı qrupların, siyasi şou ustalarının məkirli niyyətlərinin baş tutumaması üçün hansı addımları atdı?

Diqqət edək:

1. T.Yaqublu daim həkim nəzarəti altındadır – bütün lazımı tubbi dəstək tədbirləri təxirə salınmadan həyata keçirilir;

2. Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri “City Hospital”da Tofiq Yaqubluya baş çəkib, onun səhhəti ilə maraqlanıblar;

3. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin T.Yaqublu ilə görüşünə şərait yaradılıb.

Dövləti Tofiq Yaqublunu özünün və həkiminin istədiyi xəstəxanaya yerləşdirməklə böyük humanistlik nümayiş etdirdi. Əlbəttə, dövlətin Tofiq Yaqublu ilə bağlı verdiyi humanist qərarlar xaricdə və daxildə vəziyyəti gərginləşdirmək istəyənlərin marağına uyğun deyil. Onların istəyi T.Yaqublunun komaya düşməsi və hətta ölməsidir. Yaqublu ətrafında siyasi şou yaradanların niyyətini artıq onun yaxınları da anlamağa başlayıblar.

Onun həkimi Adil Qeybulla MeydanTV-yə müsahibəsində deyib ki, “bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, T.Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər, Bu, açıq aydın hiss olunur”.

Tofiq Yaqublunu həqiqətən sevən, onun xilas olmasını istəyən hər kəs aclıq aksiyasını dayandırmasını istəyər. Amma baş verənlər göstərir ki, o, aclıq aksiyasını davam etdirməyə təhrik olunur. Həkim Adil Qeybulla “Musavat TV”yə müsahibəsində bu məsələyə toxunub və bildirib ki, Sevinc Osmanqızı verilişində çıxış edənləri də bu istiqamətə yönləndirir ki, şou yaratsın: “Oraya yığışan adamlar, Arif Məmmədov, Amerikadakı Aleks - bütün enerjilərini sərf edirlər ki, Tofiq Yaqublu aclığı davam etdirsin”.

Tofiq Yaqublu ətrafında oynalınan oyuna Real Partiyasının sədri İlqar Məmmədov da səssiz qalmayıb: “Daha bir fəalın həyatını xərcləyib üzərindən siyasət qurmaq istəyənlərin xidmətində duran Sevinc Osmanqızı, Arif Məmmədov, Aleks (Ələsgər) Raufoğlu - bu millətə norma kimi sırımaq istədiyiniz vicdansızlıqla, eləcə də sistemli və sistemsiz yalanlarınızla birgə rədd olun, necə ki olunmusunuz”.

Siyasi hoqqabazlar bundan əvvəl də analoji kampaniyalarla ölkəmizin imicinə zərbə vurmağa çalışıblar.

Məsələn, blogger Mehman Hüseynovun həbsi ətrafında qurulan siyasi oyun çoxlarının yadından çıxmayıb. Uzun müddət ölkə gündəmini məşğul edən bu hadisə zamanı da Azərbaycan dövləti humanistlik nümayiş etdirmiş və bloggerin aclıq aksiyası, səhhətinin pisləşməsi ətafında şou düzəldənlərə layiqli cavab vermişdi. Hüquqşunas Oktay Gülalıyevin taksi sürücüsü tərəfindən avtomobillə vurulması hadisəsində də Azərbaycana qarşı eyni ssenari cızılmışdı. Həmin vaxt dövlət öz üzərində düşən vəzifəni yerinə yetirdi və hələ də Oktay Gülalıyev Türkiyədə - Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə olunur.

Neftin qiymətinin dünya bazarında aşağı enməsini, pandemiyanın ölkə iqtisadiyyatına ziyan vurmasını bayram edənlər, eynən Mehman Hüseynov olayında olduğu kimi, növbəti dəfə insan həyatını siyasi alətə çeviriblər. Onlar öz istəklərini yerinə yetirmək üçün istənilən rəzilliyə hazır olduqlarını açıq şəkildə nümayiş etdirirlər... Amma bu dəfə də alınmayacaq. Dövlət Tofiq Yaqublunun ölümünü gözləyənlərin arzusunu gözlərində qoyacaq.

Missiya.Az


26 Oktyabr 2020 Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub
26 Oktyabr 2020 Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilində bilməlisən” - FOTO
26 Oktyabr 2020 Prezident yeni azad olunan kəndləri elan etdi
26 Oktyabr 2020 “Münaqişənin dayanmasını istəyirsizsə, ermənilərə silah verməyin!” - Prezident
26 Oktyabr 2020 Prezident: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”
26 Oktyabr 2020 “Ermənistanın atəşkəs rejimini pozması, Azərbaycanı məcbur edir ki, adekvat tədbirlər görsün” – Ramin Əhmədov
26 Oktyabr 2020 Ermənistan müstəqillik tarixinin ən ağır dövrünü yaşayır – Ölkə fəlakətə sürüklənir - ŞƏRH
26 Oktyabr 2020 İmran Xan “Facebook”u anti-islam məzmunlu fikirləri bloklamağa çağırdı
26 Oktyabr 2020 Düşmən Ermənistan ərazisindən Gədəbəy, Tovuz və Daşkəsəni atəşə tutdu - RƏSMİ
26 Oktyabr 2020 Ermənistan Laçında Azərbaycan Ordusunu atəşə tutur - RƏSMİ
25 Oktyabr 2020 Kəlbəcər rayonunun da bir hissəsi işğaldan azad edilib - Prezident açıqladı
24 Oktyabr 2020 Düşmənin bir neçə dayaq məntəqəsi dağıdıldı: Ordumuz vacib yüksəklikləri azad etdi - RƏSMİ
23 Oktyabr 2020 Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olunub
23 Oktyabr 2020 Qubadlının 4 kəndi işğaldan azad edilib
23 Oktyabr 2020 Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO
23 Oktyabr 2020 Milli Birliyimizi pozmaq cəhdi: Paşinyanı qorumaq tapşırığı alanların hiyləgər planları baş tutmayacaq
23 Oktyabr 2020 MN: Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur
23 Oktyabr 2020 Əli Əhmədov Dmitri Medvedyevə məktub ünvanlayıb
23 Oktyabr 2020 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı
23 Oktyabr 2020 “İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir? - VİDEO