b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_vcgcgvhgfhgfh.jpg
Təhsil eksperti Kamran Əsədov deputat Erkin Qədirlinin parlamentdəki çıxışı ilə bağlı diqqətçəkən status paylaşıb. 

Missiya.Az təhsil ekspertinin yazdıqlarını olduğu kimi təqdim edir:  

"Milli Məclisin deputatı Erkin Qədirli parlamentin dünənki iclasında səsləndirdiyi bəzi fikirlərə münasibət bildirməyi məqsədəuyğun hesab elədim.

Deputat çıxışında qeyd edir: "Bildiyiniz kimi, universitetlərdə ikinci semestrdə və məktəblərdə üçüncü və dördüncü rüblərdə dərs olmadı". Deputatın nəzərinə çatdırım ki, ölkədə orta məktəblərdə rüb uzun müddətdir ki, ləğv olunub. Tədris ili orta təhsil bazasında 1-ci (I) və 2-ci (II) yarımillikdən ibarətdir. Deputat yenədə qeyd edir: "ali məktəblərdə və digər ödənişli təhsil xidməti göstərən müəssisələrdə vətəndaşların təhsil haqları ən azından yarıbayarı azaldılmasını təklif edirəm". Bu publikaya işləyən ifadədir. Bəli, insanların gəlirləri aşağı düşüb. Amma ali təhsil müəsisələri təhsil haqlarını azaltsalar onda 50 faiz işçiləri işdən azad etməlidirlər. Çünki ali təhsil müəssisələrinin yeganə gəliri təhsil alanların ödədikləri təhsil haqlarındandır. Bundan başqa maliyyə ilində ali təhsil müəssisələri bütün xərclərini məhz cari ilin gəlirləri üzərində qurublar. Deputat Erkin Qədirli təhsil haqlarının ən azından yarıbayarı azaldılmasını və hətta üzvü olduğu REAL partiyasının təklifləri sırasında ali təhsilin pulsuz olmasını təklif edirlər.
 
Qeyd edim ki, 2017-2018-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin, sadəcə, 36,3 faizi təqaüd alırdı. 2000-ci ildə bu göstərici 45 faiz olub. 2015-2016-cı tədris ilində isə təqaüd alanlar 37,3 faiz təşkil edib. 2000-2001-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 119,7 min, 2015-2016-cı tədris ilində 161,2, 2016-2017-ci tədris ilində isə 163,8 min nəfər təşkil edib. 2018-2019-cu tədris ili üzrə ali məktəblər üçün 45 159 yer ayrılmışdı və onun 13 mini dövlət sifarişli ixtisaslar, 32 mini ödənişli ixtisaslar idi. Hazırda 47 min plan yerinin 21 mini dövlət sifarişlidirsə, 2020-ci ildə dövlət sifarişli yerlərin sayı 25 min olacaq. Yəni 2020-ci ildən etibarən ali təhsil müəssisələrinin plan yerlərinin azı 50 faizi pulsuz olacaq. Bundan başqa bir çox kateqoriyalar üzrə tələbələr ödənişli əsaslarla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olsalar da, onların təhsil haqları dövlət büdcəsindən ödənir ki, bir qəbul ilində bu imtiyazdan azı 7 min nəfər yararlanır. Digər tərəfdən də pandemiyadan zərər çəkmiş ailələrin övladlarının təhsil haqlarının ödənməsi üçün büdcədən 40 milyon manat vəsait ayrıldı və bu layihə çərçivəsində 20 min tələbənin 2 semesterlik təhsil haqları büdcə vəsaiti hesabına ödəniləcək.

Amma bir məqam var, ali təhsilin tamamilə ödənişsiz olması rəqabət qabiliyyətini aşağı salacaq və ədalət prinsipini pozacaq. Belə ki, 150 bal toplayan da ödənişsiz təhsil almaq imkanına malik olacaq, daha çox çalışıb, əziyyət çəkib 500-600 bal toplayan da ödənişsiz oxuyacaq ki, bu ədalətli deyil.

Deputata təklif edərdim ki, növbəti çıxışlarında ali məktəblərin əmək bazarının tələbinə uyğun kadr hazırlamamasına, ölü - gələcəkdə ehtiyac olmayan ixtisaslar üzrə qəbul aparılıb kadr hazırlığının həyata keçirilməsinə, universitetlərin beynəlxalq reytinq məsələlərinə diqqət ayırsın".

Missiya.Az

25 Sentyabr 2020 Suriyadan Qarabağa 250 erməni yaraqlı gəlib - VİDEO
25 Sentyabr 2020 Azərbaycanda karantin yenə sərtləşir? - TƏBİB-dən açıqlama
24 Sentyabr 2020 Prezident fəxri adlar verdi - SİYAHI
24 Sentyabr 2020 Nazirlikdən övladı məktəbə gedən valideynlərə MÜRACİƏT
24 Sentyabr 2020 İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
23 Sentyabr 2020 Türk ekspertdən HƏYƏCAN TƏBİLİ: "Azərbaycan və Türkiyə buna imkan verməməlidir, yoxsa..." - YENİ TƏHDİD
23 Sentyabr 2020 Prezidentin vətəndaşlarla səmimi görüşü - VİDEO
23 Sentyabr 2020 Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? - RƏSMİ
23 Sentyabr 2020 Millət vəkili: “Məmur övladlarının sürdüyü bahalı "cip"lər də toplanılacaq"
23 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı – RƏSMİ
22 Sentyabr 2020 Ərdoğan Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib
22 Sentyabr 2020 "Məsuliyyətsiz paylaşımlar Ordumuzu təhlükə qarşısında qoya bilər" - Ramin Əhmədov
22 Sentyabr 2020 Mehriban Əliyeva Şağanda uşaq bağçasının açılışında - FOTO
22 Sentyabr 2020 Koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ
22 Sentyabr 2020 Paşinyanın yalançı "staxanovçuluğuna" inananlar üçün sözün bitdiyi məqam və uğursuz Günnüt qisasçılığı... - Aydın QULİYEV yazır
22 Sentyabr 2020 Bakının bu hissəsində su olmayacaq
21 Sentyabr 2020 Şəhid atası: "Oğlumun qısasının alınacağı günü gözləyirəm"
21 Sentyabr 2020 Cəbhədən həyəcanlı xəbərlər gəlir: Əsgərimiz yaralandı
19 Sentyabr 2020 SOCAR Qaraçuxur qəsəbəsində neftçilərə yeni mənzillərin orderlərini təqdim etdi - FOTO
19 Sentyabr 2020 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu”