b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_1594723585_mudafie-nazirliyi.jpg
İyulun 12-dən başlayaraq düşmənin Tovuz istiqamətində vəziyyəti gərginləşdirməyə cəhd göstərməsi və cəbhə xəttində yaşanan qanlı hadisələrlə bağlı Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb. 

Missiya.Az xəbər verir ki bu barədə jurnalistlərə məlumatı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbər polkovnik-leytenant Vaqif Dərgahlı verib.


Həmin bəyanatı təqdim edirik: 

"Hazırda ön xətdə şiddətli döyüşlər gedir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı ön xətdə olan general-mayor Polad Həşimov və digər hərbi qulluqçular -hərbi qulluqçuları - mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu qəhrəmancasına şəhid olublar. Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhid olan hərbi qulluqçuların ailələrinə dərin hüznlə baş sağlığı veririk. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə komandanlıq tərəfindən görülmüş cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqələri, dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib.

Qarşı tərəf həmişə olduğu kimi cəbhədə vəziyyəti gərginləşdirdikdə yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Yaşayış məntəqələrindəki mülki əhalini basqı altında saxlamağa cəhd göstərir. Azərbaycan xalqı bilsin ki, ordumuzun bu istiqamətdə olan bölmələri düşmənin hücumunun qarşısını almağa qadirdir və hazırdır. Bu istiqamətdə hazırda tədbirlər həyata keçirilir. Düşmənin dərinliyindəki atəş mövqeləri zərərsizləşdirilib və ehtiyatları vurulub. Hazırda vəziyyət gərgin olaraq qalır.

Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Xalqımızı əmin etmək istəyirik ki, Azərbaycan Ordusunun şəxsi heyəti Ali Baş Komandanın verəcəyi hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir. Həmişə olduğu kimi ordumuz müzəffər yürüşünü davam etdirəcək və onun böyük ruh yüksəkliyi ilə düşmənin başını əzməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam etdiriləcək.Təkcə hərbi qulluqçularımızın deyil, bu ərazidə yaşayan mülki əhalinin də əhval-ruhiyyəsi yüksəkdir. Azərbaycan xalqı orduya inanır və güvənir”.


07 Avqust 2020 "Cəmiyyət varsa, müəyyən problemlər də olmalıdır" - Siyavuş Novruzov
06 Avqust 2020 “Biz başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur” - Video
06 Avqust 2020 Prezident dövlət şirkətlərini tənqid etdi
06 Avqust 2020 Avqustda da 190 manat veriləcək - İlham Əliyevdən tapşırıq
06 Avqust 2020 İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”
06 Avqust 2020 "Erkin Qədirlinin xəbəri yoxdur ki, məktəblərdə rüblər ləğv olunub" - Təhsil Eksperti
06 Avqust 2020 Prezident koronavirusla bağlı müşavirə keçirdi
06 Avqust 2020 Bakıda məşhur restoranda polis əməliyyatı - Qaçan müştəri belə tutuldu - VİDEO
06 Avqust 2020 Xüsusi karantində gizli nişan keçirdilər - FOTO
06 Avqust 2020 Azərbaycanda vəzifəli şəxsə ağır itki - FOTO
05 Avqust 2020 Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs kimdir? - DETALLAR
05 Avqust 2020 Prezident Dövlət Agentliyinə vəsait ayırdı
05 Avqust 2020 Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
04 Avqust 2020 Beyrutdakı partlayışda ölənlərin sayı 30 nəfərə çatdı, minlərlə yaralı var
04 Avqust 2020 Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb - VİDEO
04 Avqust 2020 Prezident yeni parkda görüləcək işlərlə tanış oldu - FOTO
04 Avqust 2020 İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMİ
04 Avqust 2020 Fəttah Heydərov vəfat etdi - 1-ci Fəxri xiyabanda dəfn olunacaq
03 Avqust 2020 Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ
03 Avqust 2020 Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb - VİDEO