b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020__ena_936337f2bfcd773761fb9878b_o.jpg

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında rəsmi İrəvanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatla bağlı sərt bəyanatlar səsləndirib. Ölkə başçısı çıxışı zamanı Ermənistanın sərhəddə dəfələrlə təxribat törətdiyini qeyd edib.

Prezidentdən sitat: “İyulun 12-də Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribatı ilk hadisə deyil. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində Azərbaycan hərbçiləri, mülki şəxslər həlak olmuşlar. Dünən qəflətən Azərbaycan hərbi bölmələrinin postuna artilleriya atəşinin açılması nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb.Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir”.

Ölkə başçısı bildirib ki, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb, Azərbaycan öz dövlət sərhədini qoruyub və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər.

Ötən dövr ərzində də Azərbaycan-Ermənistan dövlət sərhədində silahlı toqquşmalar qeydə alınıb. Hər təxribatın sonunda Ermənistan tərəfi ciddi itkilər verərək geri çəkiliblər. Bu dəfə də Ermənistan ordusunun ciddi itkilərinin olduğunu deməyə əsaslarımız var. Azərbaycan ordusunun mövqelərinə təşkil olunan xain artileriya hücumundan sonra Silahlı Qüvvələrimiz dərhal cavab tədbirləri görüb. Azərbaycan ordusu təxribata ağır silahlarla cavab verib. Müdafiə Nazirliyinin yaydığı əməliyyat videosundan aydın olur ki, Azərbaycan tərəfinin artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib. Əlbəttə ki, hərbi hissənin ərazisində canlı qüvvə olub və Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində hərbi hissə ərazisində olan şəxsi heyyət zərərsizləşdirilib. Amma Ermənistan tərəfi ölkə əhalisini və beynəlxalq ictimaiyyəti yenə aldadır, itkilərin sayını açıqlamır.

Prezident də Ermənistanın rəsmi orqanlarının yaydığı yalan məlumatlara toxunub. Ölkə başçısı qeyd edib ki, bütün hücumlar Ermənistan tərəfindən həyata keçirilir.

İlham Əliyevdən sitat: “Artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri, video-foto sənədləri var. Azərbaycan bütün təxribatlara adekvat cavab verir. Ermənistan məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyir. Halbuki bütün müstəqil ekspertlər təsdiq edə bilərlər ki, heç bir əsas olmadan Azərbaycanın hərbi postuna artilleriya zərbəsi endirilib. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən hərbi postlara atəş açsınlar. Bununa onlar bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_dfdgdgfhfh.jpg

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Ermənistanın təxribatının qarşısının qətiyyətlə alındığını və baş verənlərə görə rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını qeyd edib.

Prezidentdən sitat: “Sərhəddə gərgin vəziyyət davam edir. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Ermənistan bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur.Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq. Düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq”.

İlham Əliyev dünyanın yeni növ koronavirusla mübarizə apardığı bir vaxtda Ermənistanın belə təxribata əl atmasının səbəblərini də açıqlayıb. Prezident bildirib ki, Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə çatması onları bu çirkin əməllərə sövq edib.

Prezidentdən sitat: “Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edib. Artıq hamı başa düşür ki, Ermənistan hakimiyyətinin vəd etdiyi dırnaqarası çiçəklənmə xülyadır, yalandır”.

Həqiqətən də, Ermənistan baş naziri Nikol Paşinyanın “məxməri inqilab” zamanı verdiyi sözləri yerinə yetirməməsi xalq arasında onun olan-qalan nüfuzunu da ayaqlar altına sərir. Həmçinin pandemiya dövründə əhalinin sosial vəziyyətinin ağırlaşmaması üçün heç bir paketin icra olunmaması erməni xalqını qıcıqlandırmaya bilməz.

Paşinyan artan etirazlar fonunda 2 xilas variantına əl atmaq məcburiyyətində qalır:

1.Daxildə müxalif fikri susdurur və rəqiblərinə qarşı represiyaya başlayır; 

2.Cəbhə xəttində və Azərbaycan-Ermənistan dövlət sərhəddində təxribat törətməklə ictimai fikiri ölkədəki ağır iqtisadi vəziyyətdən yayındırmağa cəhd edir.

Ola bilər ki, Paşinyan daxildə rəqiblərinə qarşı həyata keçirdiyi repressiv siyasətlə müxalif fikiri bir müddətlik susdurmağı bacarır. Amma Azərbaycana qarşı yol verdiyi təxribat xarakterli əmrlərlə öz sonunu yaxınlaşdırmış olur.

Ermənistan ordusu son təxribatı ilə nəyə nail oldu?

Əminliklə deyə bilərik ki, çox saytda itki verdi və geri çəkilmək məcburiyyətində qaldı. Yəni təxbirat cəhdi uğursuzluqla nəticələndi. Belə uğursuz əməliyyatlar isə heç şübhəsiz Paşinyan hakimiyyətini daha da laxladır. Xalq görür ki, Paşinyan hər addımında uğursuzluğa düçar olur.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_1564743418682-qa.jpg

Prezident İlham Əliyev də çıxışında rəsmi İrəvanın çox zidiyyətli siyasət apardığını qeyd edib və bildirib ki, bu siyasət Ermənistan üçün çox böyük təhlükə mənbəyidir.

Ölkə başçısından sitat: “Bu çirkin əməllər Ermənistanın təcavüzkar siyasətinin təzahürüdür. Bu çirkin əməllər Ermənistanın təcavüzkar siyasətinin təzahürüdür. Ermənistanın siyasətini məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və Ermənistan üçün böyük təhlükə mənbəyidir. Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq”.

Ermənistanın təxribata əl atmasının bir səbəbi daxildəki acınacaqlı iqtisadi və siyasi vəziyyətdən fikir yayındırmaqdırsa, digər səbəbi Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurları həzm edə bilməməsidir. Ölkə başçısı rəsmi İrəvanın əldə etdiyimiz uğurlardan narahat olduğunu və uğurlarımızın onlarda paxıllıq hissi yaratdığını da vurğulayıb.

Ölkə başçısında sitat: “Azərbaycanın son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurub. Mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar onların təbliğatını alt-üst edir”.

Prezident xüsusilə vurğulayıb ki, artıq bütün dünya Dağlıq Qarabağın əzəli tarixi Azərbaycan torpağı olduğunu bilir və bunu təsdiqləyən kifayət qədər sənədlər var: “Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Əlbəttə ki, prezidentin dəfələrlə beynəlxalq tribunalardan Ermənistanın işğalçı siyasətini düynaya bəyan etməsi, rəsmi İrəvanın beynəlxalq arenada bütün dayaqlarını itirməsi ilə nəticələnir.

Prezidentdən sitat: “Azərbaycanın təşəbbüsü ilə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə qərar qəbul edilib. Azərbaycanın təşəbbüsünü 130-dan çox ölkə dəstəkləyib. Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb edir, Ermənistan isə bunun əleyhinə çıxır. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib”.

Həm hərbi sferada, həm də beynəlxalq aləmdə ard-arda məğlubiyyətlərə uğrayan işğalçı Ermənistdan nəhayət anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin uzanması onun bir dövlət kimi tarix səhnəsindən silinməsi ilə nəticələnəcək. Çünki beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və rəsmi Bakı hər il hərbi gücünü artırır. Ermənistanın ideoloqları real vəziyyəti anlamalı və danışıqlar masası arxasına əyləşməlidirlar. Danışıqlar masası arxasında Dağlıq Qarabağ münqişəsinin dövlətimizin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı qərarlar qəbul edilməlidir. Prezidentin də qeyd etdiyi kimi, nəticəsiz danışıqlar sonsuza qədər davam edə bilməz! Ermənistan rəhbərliyi anlamalıdır ki, zaman rəsmi İrəvanın əleyhinə işləyir.  Azərbaycan xalqı Ali Baş Komandanın əmrini gözləyir. Tarixi əmr hər an verilə bilər!

Missiya.Az

 



03 Avqust 2020 Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb - VİDEO
03 Avqust 2020 Bu qadağalar avqustun 31-dək qüvvədə qalır - SİYAHI
03 Avqust 2020 Sanki mübarək partlayışa hazırlıq gedirdi - Azərbaycan Diasporunun qalibiyyət sirri
01 Avqust 2020 Bir gündə 53 nəfərin koronavirusa yoluxduğu məhəllədə son vəziyyət - VİDEO
31 İyul 2020 Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb
31 İyul 2020 Azərbaycanda bayram namazı qılınıb - CANLI YAYIMDA
30 İyul 2020 Bələdiyyə sədri və keçmiş icra nümayəndəsi rüşvəti belə alırmış - VİDEO
30 İyul 2020 Təhsil Nazirliyinə iki milyon manat vəsait ayrıldı - SƏRƏNCAM
30 İyul 2020 Azəriqaz” bayram günləri gücləndirilmiş rejimdə çalışacaq
30 İyul 2020 İlham Əliyev general Polad Həşimovla bağlı MÜHÜM TAPŞIRIQLAR VERDİ
30 İyul 2020 Şəkidə də modul tipli xəstəxana açıldı - FOTO
30 İyul 2020 “Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” - Mixeil Saakaşvili
30 İyul 2020 Nyu-Yorkda Qarabağ şüarlarını daşıyan təyyarə havaya qaldırılıb
29 İyul 2020 Bu gündən Həcc ziyarəti başlayıb - VİDEO
29 İyul 2020 Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı
29 İyul 2020 Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı QƏRAR VERİLDİ
29 İyul 2020 Sosial şəbəkələrdə təhqiramiz fikirlər yazanlar cərimələnəcək - Türkiyədə
29 İyul 2020 Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında - FOTO
29 İyul 2020 İlham Əliyev İsmayıllıda təməlqoyma mərasimində - FOTO
29 İyul 2020 Prezident Qobustanda modul tipli xəstəxananın açılışında