sfdgfhgjhkjgfdsadfghj.JPG

"Artıq müxtəlif pandemiya xəstəxanalarında müalicə alan 15 ağır xəstəyə 9 donordan alınan immun plazma ilə 21 dəfə Konvalesent plazma infuziyası aparılıb".

Bu barədə Missiya.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, mütəxəssislər 4 xəstədə müsbət dinamika, 3 xəstədə isə yaxşılaşma müşahidə edib: "İmmun plazma müalicəsi bir çox xəstələrdə bir neçə dəfə aparıla bilər. Donorlar 14 gün sonra təkrar plazma hədiyyə edə bilərlər".

Məlumat üçün bildirək ki, yeni növ koronavirus çox sürətlə yayılan bir virusdur. Hazırda ölkədə aparılan çox ciddi əksepidemik tədbirlərə baxmayaraq, bir çox insanın sanitar-gigiyenik qaydalara riayət etməməsi nəticəsində koronavirus xəstələrinin sayı artır.

Xatırladaq ki, koronavirus infeksiyası yaşlı, xüsusilə yanaşı xəstəliyi olan insanlarda daha aqressiv və ağır gedişatla müşahidə edilir. Lakin hətta gənclərdə də yanaşı xəstəliklər varsa, bu xəstəlik ağır gedişatlı olur və ya ölümlə nəticələnir. Virus əleyhinə aparılan müalicələr qeyd edilən şəxslərdə effektiv olmur.

Bütün dünyada ağır xəstələrə tətbiq edilən Konvalesent Plazma müalicəsi üçün istifadə edilən immun plazma ölkəmizdə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində hazırlanır. Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər. Hal-hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir.



07 İyul 2020 Ağdərənin işğalından 27 il ötür
07 İyul 2020 Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş - Baş infeksionist danışdı
07 İyul 2020 Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - Həkimdən açıqlama
06 İyul 2020 Prezident: “Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”
06 İyul 2020 Prezident “Fairmont”dakı hadisədən danışdı
06 İyul 2020 BDU-da virtual elmi seminar keçirilib - FOTO
06 İyul 2020 Prezident bu nazirliyə yeni səlahiyyət verdi
06 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
06 İyul 2020 AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxdu - FOTO
06 İyul 2020 Mirşahin Ağayev koronavirusa yoluxdu
06 İyul 2020 Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb - VİDEO
06 İyul 2020 Hovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi - VİDEO
05 İyul 2020 Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
04 İyul 2020 “Sobsan” boya fabrikində güclü yanğın - VİDEO
04 İyul 2020 Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT
04 İyul 2020 İş icazəsi ilə Qəbələyə istirahətə gedənlər cərimələndi - VİDEO
03 İyul 2020 Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
03 İyul 2020 Bakıda ekspress xətlərin fəaliyyəti bərpa olunur
03 İyul 2020 Azərbaycanda daha bir kanalın əməkdaşlarında koronavirus aşkarlandı
03 İyul 2020 DTX əməliyyat keçirdi - Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxsləri saxlanıldı