b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_azedu.az_buraxili01_296.jpg

Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.

DİM-dən Missiya.Az-a verilən xəbərə görə, Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.

İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.

İmtahanlar 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. İmtahana buraxılış vərəqəsi gün ərzində DİM-in saytında yerləşdiriləcək. 

6 və 7 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər ilə cədvəldə tanış ola bilərsiniz. Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəsonu günlərində keçiriləcək.

Qeyd edək ki, üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s.  ) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.

Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar. 



11 İyul 2020 Mehriban Əliyeva daha bir şəhid ailəsinə dəstək oldu - VİDEO
11 İyul 2020 Prezidentin köməkçisi ictimai nəqliyyatdan istifadə edir - Kartını göstərdi - FOTO
10 İyul 2020 Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır - RƏSMİ
10 İyul 2020 Real sektora qoyulan sərmayənin pandemiya dövründəki əhəmiyyəti
10 İyul 2020 İnternetin zəifliyi nə ilə əlaqədardır? - KATV1-dən AÇIQLAMA
10 İyul 2020 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
10 İyul 2020 Samir Şərifova yeni səlahiyyət verildi
09 İyul 2020 "Cavid Paşayevin sağalması istiqamətində bütün addımlar atılır" - Qənirə Paşayeva
09 İyul 2020 "Mehriban Əliyevanın çətin dövrdə həssas təbəqəyə göstərdiyi diqqət ona olan inamı daha da artırır" - Ramin Əhmədov
09 İyul 2020 Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
09 İyul 2020 Prezidentin göstərişi ilə Bakıya gələn mütəxəssislər Azərbaycandakı son vəziyyəti açıqladılar - VİDEO
08 İyul 2020 Bakıda ekspress avtobusların hərəkət qrafiki dəyişdiriləcək
08 İyul 2020 Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
08 İyul 2020 Azərbaycana çəyirtkə sürüsü hücum etdi - VİDEO
07 İyul 2020 Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır - AÇIQLAMA
07 İyul 2020 Ağdərənin işğalından 27 il ötür
07 İyul 2020 Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş - Baş infeksionist danışdı
07 İyul 2020 Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - Həkimdən açıqlama
06 İyul 2020 Prezident: “Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”
06 İyul 2020 Prezident “Fairmont”dakı hadisədən danışdı