b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_ffs.jpg

Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçənin bir qrup sakini karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib.

Missiya.az xəbər verir ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həmin şəxslərlə söhbət aparılıb və onlar bu fikirlərindən daşınıblar.

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov saytımıza açıqlamasında qeyd edib ki, Yevlaxda həmin məhəllədə bir qrup sakin karantin rejiminin tətbiqinə etiraz olaraq toplaşıblar: “Son günlər ən çox koronavirusa yoluxma hallarının baş verdiyi yerlərdən biri məhz Yevlax şəhəridir. Belə ki, son günlər Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Orada giriş-çıxışa məhdudiyyətlər qoyulub. Buna səbəb yoluxma halının qarşısını almaqdan ibarətdir. TƏBİB həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları gələnə qədər həmin məhəlləyə giriş-çıxışa məhdudiyyət tətbiq ediləcək. Məhəllədə yaşayan insanlar bəziləri karantin rejimin tətbiqini pozmağa çalışaraq məhəllədən çıxmağa cəhd ediblər. Onların da qarşısı alınıb. Bu səbəbdən onlar etiraz əlaməti olaraq toplaşıblar. Polis və Daxili Qoşunların hərbi qulluqçuları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb. Bundan sonra həmin şəxslər öz evlərinə qayıdıblar”.


27 Sentyabr 2020 İlham Əliyev Azərbaycan xalqına müraciət edəcək
27 Sentyabr 2020 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə
27 Sentyabr 2020 Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb – SON DƏQİQƏ
26 Sentyabr 2020 "Bu, deyilişi asan, gerçəkləşməsi mümkünsüz məsələdir" - Aydın Quliyev
26 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı – RƏSMİ
26 Sentyabr 2020 Azərbaycandan savaş xəbərdarlığı - "Daha 25 il oturub gözləməyəcəyik"
25 Sentyabr 2020 Suriyadan Qarabağa 250 erməni yaraqlı gəlib - VİDEO
25 Sentyabr 2020 Azərbaycanda karantin yenə sərtləşir? - TƏBİB-dən açıqlama
24 Sentyabr 2020 Prezident fəxri adlar verdi - SİYAHI
24 Sentyabr 2020 Nazirlikdən övladı məktəbə gedən valideynlərə MÜRACİƏT
24 Sentyabr 2020 İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
23 Sentyabr 2020 Türk ekspertdən HƏYƏCAN TƏBİLİ: "Azərbaycan və Türkiyə buna imkan verməməlidir, yoxsa..." - YENİ TƏHDİD
23 Sentyabr 2020 Prezidentin vətəndaşlarla səmimi görüşü - VİDEO
23 Sentyabr 2020 Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? - RƏSMİ
23 Sentyabr 2020 Millət vəkili: “Məmur övladlarının sürdüyü bahalı "cip"lər də toplanılacaq"
23 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı – RƏSMİ
22 Sentyabr 2020 Ərdoğan Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib
22 Sentyabr 2020 "Məsuliyyətsiz paylaşımlar Ordumuzu təhlükə qarşısında qoya bilər" - Ramin Əhmədov
22 Sentyabr 2020 Mehriban Əliyeva Şağanda uşaq bağçasının açılışında - FOTO
22 Sentyabr 2020 Koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ