b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1582109358_qizilca_050418.jpg
Ağdaş rayonunun Abad kəndində əhali arasında kütləvi şəkildə qızdırma halı baş verib, uşaqlar və böyüklər qrip və suçiçəyinə yoluxub.
 
Missiya.Az xəbər verir ki, Abad kənd icra nümayəndəsi Lətif Mustafayev APA-nın yerli bürosuna bildirib ki, 10 gün əvvəl kənddə bir neçə adam qripə yoluxub. Fevralın 9-da qar yağandan sonra xəstələnən şəxslərin sayı xeyli artıb. Əsasən uşaqlar qrip və suçiçəyinə yoluxub, qızdırmadan əziyyət çəkirlər.
 
İcra nümayəndəsinin sözlərinə görə, Abad kənd tam orta məktəbinin 300-dən çox şagirdi var, indiyədək 100-dən çox uşaq ötən 10 gün ərzində ayrı-ayrı vaxtda xəstələndiyi üçün dərsə getməyib:
 
"Uşaqların hamısı eyni vaxtda xəstələnməyib. Xəstələnən uşaqlar 2-3 gün ərzində müalicə olunduqdan sonra yenidən dərsə davam ediblər. Hazırda 40-dan çox uşaq xəstə olduğu üçün evdə müalicə olunur.
 
Məktəb bir gün də olsun fəaliyyətini dayandırmayıb. Lakin bir çox valideynlər uşaqlarını xəstələnməmələri üçün məktəbə göndərmirlər. Hazırda mənim iki nəvəm qripdir, evdə müalicə olunurlar. Qonşumun uşaqları isə suçiçəyi olduqları üçün məktəbə getmirlər".
 
Lətif Mustafayev bildirib ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkim briqadası bu gün Abad kəndinə ezam olunub.
 
Həkimlər orta məktəbdə oxuyan şagirdləri müayinə ediblər. Sonra tibb işçiləri evlərə gedərək xəstələndiyi üçün dərsə gələ bilməyən uşaqları müayinə ediblər:
 
"Uşaqlarla yanaşı, böyük adamlarda da soyuqdəymə, qrip və qızdırma halları mövcuddur. Həkimlər insanlara narahat olmamağı və kənddə qorxulu virus olmadığını deyiblər".


25 Yanvar 2021 Fərman İsmayılovun nəşi Vətənə nə vaxt gətiriləcək? - Çavuşoğludan AÇIQLAMA
25 Yanvar 2021 Fransa mediası: "Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyasını qurur"
25 Yanvar 2021 "Qapını “laqunda” ilə 7 saata kəsdilər..." - Kapitan gəmiyə dəhşətli hücum anından danışdı - FOTO
25 Yanvar 2021 Ticarət obyektlərinin fəaliyyəti bərpa olundu
22 Yanvar 2021 "Erməni lobbisinin gücü ABŞ-ın dövlət maraqları ilə toqquşduğu yerdə bitir" - Bayden kimin tərəfində olacaq?
22 Yanvar 2021 Ermənilər Rusiyanın Ermənistandakı səfirindən narazıdırlar
21 Yanvar 2021 Azərbaycan əhalisi üçün niyə məhz "Sinovak" vaksini seçildi?- Missiya Müsahibə
21 Yanvar 2021 Bakıda 3 milyonluq "kupçalı" obyektin sökülməsinə görə məsuliyyəti kim daşıyır? - FOTO
21 Yanvar 2021 “Azərbaycan əsgərləri Kərki kəndində sərhəd xəttini müəyyənləşdirir” – Erməni deputat
21 Yanvar 2021 "Ermənistanda siyasi vəziyyət gərginləşir, Paşinyan müxalifətə təzyiqləri artıracaq" - Ramin Əhmədov
20 Yanvar 2021 Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri – VİDEO
20 Yanvar 2021 Putinin Monako dövlətindən 39 dəfə böyük sarayı - Navalnı görüntülər yaydı - KREMLDƏN REAKSİYA
20 Yanvar 2021 İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 2021 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı
19 Yanvar 2021 İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etdi - FOTO
19 Yanvar 2021 Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi - FOTO
18 Yanvar 2021 “Paşinyan Moskvaya getdi və İlham Əliyevin qarşısında diz çökdü” – Erməni deputat "Böyük Turan" proqramından danışdı
18 Yanvar 2021 "Qarabağ müharibəsi Ərdoğana "Turan Ordusu" qurmaq üçün perspektivlər açdı" - İranlı ekspert
18 Yanvar 2021 Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyevə koronavirus əleyhinə peyvənd vurulub
18 Yanvar 2021 Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır