b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75456974_991786934508704_3165434881912078336_n.jpg
                                                                                           
                                                                                              Ceyhun Musaoğlu


Əvvəl adamlar olub, dövləti də onlar yaradıb, bayrağı da, himni də. Adamların müqəddəs olduğunu Allah deyib, bayrağısa müqəddəslik zirvəsinə insanlar çıxarıb. Əvvəl insanı sevəcəksən, onu bayraq kimi uca tutacaqsan, sonra insanları simvollaşdırıb bayrağa çevirəcəksən.


Dövlət və bayraq insanların cəmidir. Əlbəttə seçilmiş insanların. Bu gün tək bayrağımızın günü deyil, müqəddəsliyində qalsın deyə, o bayrağı necə sevmək lazım olduğunu dəqiqliklə təlqin edən, bu sevgini beynimizə söz-söz əkən, sözlərin daim nazını çəkən, hərflərdən heç biri incik düşməsin deyə, onları nöqtə-nöqtə oxşayan İradə Tuncayın günüdür.

Bayraqları bayraq yapan üstündəki qan deyil, həm də haqqındakı yazılardır. Mürəkkəbin qandan qiymətli olduğu artıq çoxdan sübut olunub. İradə Tuncay hər yazısıyla bu həqiqəti yenidən təsdiqləyir. Bayraq hədiyyə deyil, onu insan yaradıb. İnsansa hədiyyədir. İradə Tuncayın "İNSAN" adlı yazısı da var - Heydər Əliyevə həsr edib. Kimsə bizə hədiyyə göndərilən bu dahi şəxsiyyət haqqında belə yaza bilməzdi. Təkcə ad seçimi müəllifin xalq üçün tapıntı olduğunu sübuta yetirir. Böyük hərflərlə "İNSAN" yazdı. Minlərlə bəlağətli çıxışların bayraqdarı olan bu ad və o yazı ancaq İradə Tuncay qələmindən çıxan bilərdi. "Sarı odalar" kitabının da müəllifi İradə Tuncay cəsarətinə, İradə Tuncay istedadına, İradə Tuncay qələminin şirinliyinə malik olmalıydı. O "Yol romanı"nı da ancaq yazan gedər. O yol roman deyil, İradə xanımın yazdığı romanlar yoldur. İradə xanımın yazdığı statuslar romandır.

İradə xanımla işlədiyim günlərin bütün saatlarını ömrümün qazancı hesab edirəm. Fenomen yaddaşa malik olan BAYRAQ ADAMLA üz-üzə oturmağın özü belə ali məktəb bitirməyə bərabərdir.

Ruhunun qarşında baş əyirəm, SƏNİN Fəxri Xiyabandakı heykəlinin əllərindən öpürəm, dəfələrlə öpmüşəm, yenə təkrar edirəm, ilahi varlıq olan Məmməd Araz, bizə kimi bəxş etdiyini bir bilsəydin... Böyük şair, yaradıcılığına görə onsuz da xatirən önündə əbədi baş əymişik, ancaq İradə Tuncaya görə hər gün ziyarətinə gəlmək, ruhunla həmsöhbət olmaq belə, azdır. Onu Allah yerə göndərdi, bizə SƏN verdin, İradə Tuncay özü oldu.

Varlığınız mübarək, İradə xanım. Sizə həmişə mənəvi cəhətdən borclu olduğumun fərqindəyəm. Yazdığınız bütün yazıları sətir-sətir oxuyuram, hələ əzbərlədiklərim də var. Hər yazınız bayraq kimi rənglənib: türkçülük, müasirlik, islamçılıq məfkurəsi yazılarınızı oxucuların bayrağına çevirib. Bu bayraq, o bayraqla daim qoşa dalğalansın. Bayraqları bayraq yapan onun barəsində yazan insandır. O insanların nümunələrindən biri də İradə Tuncaydır.

Siz rusların təmsilçisi olsaydınız, paxıllıqdan ürəyim partlayardı. İndisə rahatam. Xalqımı həm Bayraq Günü, həm də İradə Tuncay varlığının günü münasibətilə təbrik edirəm. Sən xoşbəxtsən, Azərbaycan - BAYRAĞIN DA VAR, İNSANIN DA.
 
14 Noyabr 2019 Siyasi mühacir kələfində “alman düyünü” - Jalə Mütəllimovanın yazısı
14 Noyabr 2019 Gəncənin klassika heyranlığının FƏXRİ zirvəsi - REPORTAJ (FOTOLAR)
14 Noyabr 2019 Prezident: Qarabağ Azərbaycanın tərkibində qalmalıdır
14 Noyabr 2019 "Söyüş müxalifəti"nin təmsilçisi Fransada həbs olundu - Deportasiya ediləcək
13 Noyabr 2019 Bakıda vətəndaşlara hücum edən yarıçılpaq kişi tutuldu - VİDEO
13 Noyabr 2019 Mirqafar Seyidova ağır itki
13 Noyabr 2019 Bakıda yarıçılpaq kişi insanlara hücum etdi - VİDEO
13 Noyabr 2019 Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir olunur - VİDEO
12 Noyabr 2019 Türkiyədə Bayraq günü ilə bağlı silsilə tədbirlər keçirilib
12 Noyabr 2019 Yasamal rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
12 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
11 Noyabr 2019 Prezident və xanımı ağacəkmə aksiyasında - FOTO
11 Noyabr 2019 Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq
11 Noyabr 2019 Rusiyada qəza: Azərbaycanlı qadınlar yaralandı
09 Noyabr 2019 İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – FOTO
09 Noyabr 2019 Dadaş Dadaşlinski kimdir? - Bütün suallara cavab verdi - VİDEO
08 Noyabr 2019 Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi
07 Noyabr 2019 Amaliya Pənahovanın abidəsi ucaldıldı - FOTO
07 Noyabr 2019 Fuad Muradov: Diaspor sahəsində 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb
07 Noyabr 2019 Sevinc Osmanqızının daha bir yalanı ifşa olundu - FOTO