b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1572943223_625dc-1572877263.jpg
Bu il sentyabr ayının 29-da kütləvi informasiya vasitələrində Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin "facebook” sosial şəbəkəsində "Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılıb.
 
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Missiya.Az-a daxil olan birgə məlumatda bildirilib ki, "Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi "facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə E.Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib. Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanılaraq zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
 
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilib və o, saxlanılıb. Yaşadığı evə baxış zamanı oradan 1 ədəd tək lüləli yivsiz ov tüfəngi və "Makarov” tipli tapançaya aid 4 ədəd patron aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı F.Quliyev qonşusu Əvəz Muxtarovun 2017-ci ildə 50 manat pulunu alıb qaytarmadığına görə qisasçılıq zəminində onun adına saxta profil açaraq həbsinə nail olmaq üçün qeyd olunan məzmunda paylaşım etdiyini etiraf edib.
 
Nərimanov rayon Məhkəməsinin qərarı ilə F.Quliyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.
 
Həmin şəxsin saxlanıldıqdan sonraki videosunu təqdim edirik:

18 Fevral 2020 İlham Əliyevdən BNA rəhbərinə parkinqlə bağlı irad: "Qanun qarşısında hər kəs bərabərdir"
18 Fevral 2020 Azərbaycanda bank rəhbərinin oğlu 17 yaşında dünyasını dəyişdi - FOTO
18 Fevral 2020 “Sədərək” ticarət mərkəzi yanır - VİDEO
17 Fevral 2020 Elza Seyidcahan: 'Məni taxta ilə döyürdülər" - VİDEO
17 Fevral 2020 Seçkidə ikinci olan namizədin xalqını birinci görmək arzusu
17 Fevral 2020 “Prezidentimiz vətəndaşlara qürur hissi yaşatdı” – Ramin Əhmədov
15 Fevral 2020 Tanınmış televiziyaçıdan aparıcılara sərt irad - VİDEO
14 Fevral 2020 Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb - FOTOLAR
14 Fevral 2020 Gürcüstanda sərnişin qatarı yanıb - VİDEO
14 Fevral 2020 Bu gün AzTV-nin yaranmasından 64 il ötür
14 Fevral 2020 Bu xəbər ermənilərin kefinə soğan doğrayacaq - "Xankəndi-Aze" gəlir
14 Fevral 2020 Hadi Rəcəbli Milli Məclisdəki kabinetini boşaltdı
13 Fevral 2020 Rauf Arifoğlunun da nəticələri ləğv edildi
13 Fevral 2020 Bu dairədə seçki nəticələri ləğv edildi - RƏSMİ
13 Fevral 2020 İlham Əliyev Mikayıl Cabbarova yeni müavin təyin etdi
12 Fevral 2020 Prezident Kürdəmirə səfər etdi
12 Fevral 2020 Seçkidə qanunsuzluğa əl atan müəllimlərlə bağlı ölçü götürüləcək - RƏSMİ
11 Fevral 2020 Elza Seyidcahanın döyülməsi ilə bağlı DİN-dən AÇIQLAMA
09 Fevral 2020 Səsvermə başa çatdı
09 Fevral 2020 Səs verənlərin sayı 2 milyonu keçdi - AÇIQLAMA