b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_nicat1d.jpg

Azərbaycan Dövlət Televiziyasının (AzTV) tarixində sədrin KİV orqanları təmsilçilərini geniş tərkibdə qonaq dəvət edərək onlarla səmimi şəraitdə görüş keçirməsi kimi təcrübəyə rast gəlinmir. Biz əvvəlki illərdə AzTV-yə rəhbərlik etmiş şəxslərin ictimaiyyətlə münasibətlər kontekstində İSTİQANLI davranışını müşahidə etməmişik. Məsələn, köhnə rəhbərlik elə hesab edirdi ki, “QAPALI SƏHMDAR CƏMİYYƏTİ” adı, sədrin də hamıdan uzaq durması anlamına gəlir. Ona görə də qapılarını həmişə arxadan möhkəm bağlayırdılar...

***

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_rovshen4.jpg

Az.TV-nin yeni sədri isə tamamilə fərqli fəaliyyət nümunələri yaratmaqda davam edir. Rövşən Məmmədovun çap və elektron media təmsilçilərini oktyabrın 12-də AzTV-də qonaq qəbul etməsi də onun cəmiyyətə təqdim etdiyi yeniliklər sırasına əlavə oluna bilər.

Sədr qonaqları elə həyətdəcə qarşıladı. Onun hər kəslə bir-bir salamlaşaraq, “Xoş gəlmisiniz” deməsi, AzTV sədrinin ictimaiyyətlə isti münasibətlər qurmaqda, dostluq əlaqələri yaratmaqda maraqlı olduğuna açıq işarə idi. Rövşən Məmmədov çıxışında da ictimaiyyətlə əlaqələrin genişləndirilməsinin zərurətindən danışaraq, AzTV-nin ölkədə fəaliyyət göstərən media orqanları ilə əməkdaşlıq şəraitində işləmək istiqaməti götürdüyünü və bütün mütərəqqi təşəbbüslərə açıq olduğunu vurğuladı. Bu isə ondan xəbər verirdi ki, yeni sədrin hədəfi təkcə efiri yeniləmək, müasir standartlara cavab verən studiyalar yaradaraq baxımlı verilişlər hazırlamaqdan ibarət deyil. Sözügedən görüş məndə o əminliyi yaratdı ki, bu gün AzTV-də aparılan islahatlar çoxşaxəlidir və kompleks tədbirlər planı üzərində qurulmuş dərin konsepsiyaya söykənir.

***

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_rovsen3.jpg

Rövşən Məmmədovun fikirlərini maraqla dinlədim və qənaətim belə oldu ki, AzTV tədricən daha ciddi uğurlara imza atacaq. Bunun üçün tələb olunan amillər bu gün dövlət televiziyasının gözlə görünən reallıqlarını təşkil edir: Yaradıcı mühit, dinamik fəaliyyət. çağdaş televiziya standartlarına uyğunlaşmaq həvəsi, texniki təminat, inzibatçılıqdan uzaq, enerji ilə dolu intellektual rəhbər... Bütün bunların hamısı dünənə qədər AzTV üçün nağıl kimi görünsə də, bu günün gerçəkliyidir və şübhə etmirəm ki, hazırkı imkanlar dövlət televiziyasını uzun illər uzaq düşdüyü POPULYARLIQ CƏDVƏLİNDƏ yüksələn xəttini də təmin edəcək.

 ***

Görüşdə diqqətimi çəkən həm də o oldu ki, AzTV-nin bügünkü görünüşü barədə fikirlərini açıqlayanların hamsı konkret misallar göstərir, yeni verilişlərin demək olar ki, hamısının adını çəkir, həmin verilişləri izlədiklərindən xəbər verən detallara toxunurdular - Televizordakı kanallar sırasından “delete” edilmek kimi faciəvi halla üzləşmiş AzTV üçün ciddi nəticədir. Hər halda yeni rəhbərliyin qısa müddətdə intellektual kəsimin diqqətini cəlb edən layihələr ortaya qoyması balaca məsələ deyil.

***

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_rovshen.jpg

AzTV-də yeni yaradılmış studiyalarda da olduq. Deyim ki, 90-cı illərin standartlarından o tərəfə keçə bilməyən qaramat dekorasiyalardan əsər-əlamət qalmayıb. Studiyalar tamamilə müasir dövrün tələblərinə uyğun şəkildə qurulub.  Rəqəmsal texnologilayara üstünlük verilməklə, işıqlandırıma sistemləri, çəkiliş avadanlıqları yenilənib. Bir sözlə, nəticə heyrətamizdir - Az müddətdə çox böyük işlər görülüb ki, bunun da nəticəsini bu gün hamımız AzTV efirindən maraqla seyr edirik.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_rovshen4.jpg

Qərəz, getdik, gördük və bir daha əmin olduq ki, atalar təsadüfən deməyib: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”

Odur ki...

Bizə ancaq dəstək vermək qalır. İş görmək istəyən, inkişafa xidmət edən nümunələr yaradaraq daha böyük hədəflərə doğru addımlamağa çalışan adamların əməyindən bütövlükdə cəmiyyət qazanacaq. İstədiyimiz də elə bu deyilmi?

 
Nicat Dağlar

18 Noyabr 2019 Məşhur türk iş adamı Azərbaycanı Dirçəliş Günü münasibəti ilə təbrik etdi - FOTO
16 Noyabr 2019 Döyüldüyünü iddia edən Güləli Fərziyevlə bağlı rəsmi açıqlama - "Qanunazidd tələblər irəli sürür"
16 Noyabr 2019 İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında - FOTO
16 Noyabr 2019 Prezident: Savadsız bir demaqoq müdafiə naziri, xırda alverlə məşğul olan biri baş nazir olmuşdu
15 Noyabr 2019 Prezidentdən Bilal Əliyevin yubileyinə hədiyyə: 3 otaqlı ev
15 Noyabr 2019 APA 15 illik yubleyini qeyd edir
15 Noyabr 2019 “Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı nə danışdığını bilmir" - Tacir - VİDEO
15 Noyabr 2019 Polislər uşaqları yanmaqdan belə xilas etdi - TƏSİRLİ FOTOLAR
15 Noyabr 2019 Şeyx dünənki ziyafətə oğlu və nəvəsi də qatılıb - FOTO
14 Noyabr 2019 Siyasi mühacir kələfində “alman düyünü” - Jalə Mütəllimovanın yazısı
14 Noyabr 2019 Gəncənin klassika heyranlığının FƏXRİ zirvəsi - REPORTAJ (FOTOLAR)
14 Noyabr 2019 Prezident: Qarabağ Azərbaycanın tərkibində qalmalıdır
14 Noyabr 2019 "Söyüş müxalifəti"nin təmsilçisi Fransada həbs olundu - Deportasiya ediləcək
13 Noyabr 2019 Bakıda vətəndaşlara hücum edən yarıçılpaq kişi tutuldu - VİDEO
13 Noyabr 2019 Mirqafar Seyidova ağır itki
13 Noyabr 2019 Bakıda yarıçılpaq kişi insanlara hücum etdi - VİDEO
13 Noyabr 2019 Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir olunur - VİDEO
12 Noyabr 2019 Türkiyədə Bayraq günü ilə bağlı silsilə tədbirlər keçirilib
12 Noyabr 2019 Yasamal rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
12 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO