b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_72398239_549254089149211_3379464556949536768_n.jpg

“Mühacir” adı ilə Avropa ölkələrinə sığınaraq Azərbaycan dövlətinə qarşı çirkin kampaniyalar aparanların cinayətkar xarakterli əməlləri barədə mətbuata tez-tez müxtəlif məlumatlar yayılır. Onların bəzisi Azərbaycanda dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda ziyan vuraraq ölkədən qaçıb. Amma buna baxmayaraq bu gün müxtəlif Youtube kanallarından özlərini cəmiyyətə “siyasi mühacir”, “xalqın adamı” və “demokratiya mücahidi” kimi təqdim edirlər. Məsələn, Qabil Məmmədov adlı əxlaq normalarından bixəbər, mədəniyyətdən uzaq “inqilabçı”, Ordu sıralarında zabit kimi qulluq edərkən ayrı-ayrı şəxsləri aldadaraq onlardan müxtəlif məbləğlərdə pul alıb. Məlumatlara görə, aldatdığı şəxslərin sayı onlarla ölçülür. Vətəndaşlardan böyük məbləğdə pul toplayan Q.Məmmədov aldadıldığını başa düşən insanların “pulu geri qaytar” tələbi ilə üzləşsə də müxtəlif bəhanələrlə vaxt uzadıb və nəticədə ölkədən qaçaraq Avropaya sığınıb, qısa müddətdən sonra isə Youtube kanalında “siyasi mühacir” qiyafəsində zühur edib.


Q.Məmmədov bu gün insanları “inqilaba” səsləyir. Ayrı-ayrı dövlət məmurları barədə təhqiramiz ifadələr dilə gətirir. “Qan lazımdır, Qan!” deyən bu qanacaqsız “mühacir” bəzən bir qədər də dərinə gedərək vətəndaşları polis əməkdaşları ilə silahlı qarşıdurmalara çağırır.

Çox uzatmayaq. Diqqətinizə təqdim etdiyimiz video Q.Məmədovun gerçək kimliyini çılpaqlığı ilə ortaya qoyur. Bu gün Q.Məmmədovun nağıllarına inanaraq onun tamaşaçısına çevrilənlərə də aydın olacaq ki, “alovlu inqilabçı” Azərbaycandan niyə qaçıb.

Missiya.Az-a ötürülən gizli çəkiliş Q.Məmmədovun aldatdığı vətəndaşların biri tərəfindən təşkil olunub. Q.Məmmədovun Ordu sıralarında xidmət etdiyi dövrü əks etdirən videomaterialda onun Bakıda – "20 Yanvar" Metrostansiyası yaxınlığındakı kafelərdən birində vətəndaşdan pul qoparmağa çalışdığı anlar yer alıb. Ayrı-ayrı qurumların adından istifadə edən Q.Məmmədov gizli çəkiliş zamanı əvvəlki əməlləri barədə də məlumat verir. Videoda söhbət 10 min manatlıq işdən gedir. Q. Məmmədov növbəti qurbanı kimi seçdiyi şəxsə deyir ki, 10 min manat verərsə, işi düzələr....

Baxın, görün kimlər Azərbaycanda hakimiyyəti dəyişmək istəyir...



26 Fevral 2020 AzTV-dən Xocalı soyqırımı ilə bağlı erməni dilində VİDEOÇARX
26 Fevral 2020 Azərbaycanda çay evinin sahibinin öldürülərək basdırılmasının TƏFƏRRÜATI
25 Fevral 2020 Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - VİDEO
25 Fevral 2020 Prezidentlərin təkbətək görüşü oldu - YENİLƏNİB
25 Fevral 2020 Bulvarda özünü öldürən tələbə qızla bağlı İLGİNC FAKT - Müəllimi açıqladı
25 Fevral 2020 Bakıda sevgililər özlərini dənizə atdılar - Qız öldü - TƏFƏRRÜAT
25 Fevral 2020 Sosial Tədqiqatlar Mərkəzinə yeni təyinat - FOTO
24 Fevral 2020 Prezident vəzifəli şəxsləri İranla sərhəddə GÖNDƏRDİ - FOTOLAR
24 Fevral 2020 Prezident Artur Rasi-zadəyə orden verdi - SƏRƏNCAM
24 Fevral 2020 Elçin Quliyev Biləsuvar sərhəd-keçid məntəqəsinə getdi - Koronavirusla bağlı
24 Fevral 2020 "Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu
24 Fevral 2020 DİQQƏT! Koronavirusdan qorunmaq üçün bunları bilməlisiz
22 Fevral 2020 Kreml: Rusiya və Türkiyə prezidentləri İdlib mövzusunda razılığa gəliblər
22 Fevral 2020 Valideynlərin nəzərinə - Növbəti təhlükəli oyun peyda olub – VİDEO
22 Fevral 2020 Məzahir Pənahov hərbi hissələrdəki səsvermədən danışdı
21 Fevral 2020 Türkiyəni dəhşətə gətirən hadisənin görüntüləri yayıldı - VİDEO
21 Fevral 2020 DTX Neftçalada nəyi araşdırır? – Saxlanılanların siyahısı, maraqlı detallar
21 Fevral 2020 Türkiyə şəhidlərin qisasını almaq üçün hərəkətə keçdi - VİDEO
20 Fevral 2020 Azərbaycanda daha iki vəzifəli şəxs həbs edildi - Rüşvət alarkən
20 Fevral 2020 Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO