b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dgfgffdererereer.jpeg

Mərkəzi Gömrük Hospitalının dörd əməkdaşı Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçməyə başlayıb. Mərkəzi Gömrük Hospitalın Ümumi cərrahiyyə şöbəsinin böyük tibb bacısı Amalya Əliyeva, Kardiocərrahiyyə və qadın doğum şöbəsinin böyük tibb bacısı Ətayə Novruzova, Anesteziologiya, reanimasiya, intensiv terapiya şöbəsinin tibb qardaşı Simran Məmmədov və Angiologiya, radiologiya şöbəsinin texniki Cəfər Cəfərov bir ay müddətinə Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupuna ezam olunub. Əsas məqsəd tibbin müasir metodlarını, yeniliklərini öyrənmək, praktiki, nəzəri biliklərini təkmilləşdirmək və qabaqcıl beynəlxalq təcrübəni Mərkəzi Gömrük Hospitalında tətbiq etməkdir.

Həmin əməkdaşlar iyulun 8-dən avqustun 3-nə qədər olan müddətdə Türkiyə Florence Nightingale Xəstəxanalar Qrupunda öz sahələri üzrə işləyərək beynəlxalq təcrübə qazanacaq, eyni zamanda Dəmiroğlu Bilim Tibb Universitetinin Orta Tibb işçiləri fakültəsində dərslər keçərək nəzəri biliklərini artıracaqlar.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ddfgffgg.jpeg

Qeyd edək ki, sözügedən təkmilləşdimə kursu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu arasında cari ilin 3 may tarixində imzalanmış memoranduma əsasən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində Mərkəzi Gömrük Hospitalın həkimlərinin, tibb personalının müntəzəm olaraq Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kurslarında iştirak etməsi, qarşılıqlı elmi-praktiki tədbirlərin, müştərək elmi-tədqiqat işlərin və tibbi araşdırmaların keçirilməsi nəzərdə tutulub.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_2.jpeg

 

 

19 İyul 2019 Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr yaradılıb
19 İyul 2019 Bakıda inanılmaz hadisə: dənizdə boğulub "ölən" gənc ayıldı
19 İyul 2019 “FaceApp” haqqında yayılan iddialara cavab verdi
19 İyul 2019 Bakıda bu şəxslər 500 manat cərimələnəcək - Polisdən XƏBƏRDARLIQ
17 İyul 2019 Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
17 İyul 2019 Baş prokurorluq Elinanın ölümü ilə bağlı açıqlama yaydı
17 İyul 2019 Bakıda bu məktəblər söküləcək
16 İyul 2019 Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO
16 İyul 2019 Bakı metrosunda siqaret çəkən şəxs saxlanıldı - VİDEO
16 İyul 2019 Sabirabad bazarındakı dəhşətli yanğının təfərrüatı
15 İyul 2019 Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
15 İyul 2019 “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” - VİDEO
14 İyul 2019 Budağı qırılan Xan çinarın tarixi - Gövdəsi 7.3, hündürlüyü 34 metr...
12 İyul 2019 "Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda intibah mərhələsi başladı" - Ramin Əhmədov
12 İyul 2019 Masallıda baş verən dəhşətli qəzanın tükürpərdici məqamları - VİDEO
11 İyul 2019 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
11 İyul 2019 Prezident Rəsulzadənin nəvəsini təltif etdi
10 İyul 2019 Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı olub - VİDEO
10 İyul 2019 İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü
10 İyul 2019 “Pişik sıçanla oynayır və hər an udmağa hazırdır” - Saakaşvili