b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_10-milyon-liralik-vurgun-uc-cocugu-ve-esini-12183409_7440_amp.jpg

Türkiyədə iş adamı İbrahim B. 10  milyon lirəlik (2 milyon 943 min manat) dələduzluq edərək azərbaycanlı sevgilisi ilə birlikdə ölkədən qaçıb.

Missiya.Az xəbər verir ki, hadisə Aydın şəhərində baş verib.

Ailəli, 3 uşaq atası İbrahim B. 5 il əvvəl süd və süd məhsulları istehsal edən ferma qurub. Satışları yaxşı olan iş adamı fəaliyyətini genişləndirib və özəl banklardan birindən 3 milyon liralıq kredit götürüb. Həmin pulla Germençik qəsəbəsində yerləşən məhlələrdən birində 50 hektarlıq ərazidə əvvəlkindən daha böyük ferma qurub. İş adamı 200 inəyin yetişdirildiyi fermaya aftomatik süd sağma maşınları quraşdırıb. Həmin vaxt onun işləri daha da yaxşılaşmağa başlayıb. İbrahim B. fəaliyyətini genişləndirmək üçün müxtəlif sahələrdən 250 nəfərlə ortaqlıq müqaviləsi bağlayıb. Müqaviləni bağlayanlar arasında sadə vətəndaş, polis və kənd təsərrüfatı ilə məşqul olan şəxslər də olub. İş adamı 2018-ci ilin martına qədər heç bir ortağını narazı salmayıb. Onların ödənişlərini vaxtında verib. Mart ayından başlayaraq ortaqlarının ödənişlərini gecikdirən İbrahim B. barəsində məhkəməyə müraciət edilib. Məhkəmə qərarı ilə ortaqların pullarının bir hissəsi geri qaytarılıb.

Bir müddət sonra İbrahim B. ortaqları ilə bütün əlaqələrini kəsib. İbrahim B. dan xəbər ala bilməyən ortaqlar Aydın Cümhuriyyət Prokurorluğuna müraciət ediblər. Məlum olub ki, iş adamı 3 uşağını və həyat yoldaşını tək qoyub azərbaycanlı sevgilisi ilə birlikdə Qarabağa qaçdığı iddia olunur.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_10-milyon-liralik-vurgun-uc-cocugu-ve-esini-12183409_1080_m.jpg

Polis baş verən dələduzluqla bağlı geniş araşdırmaya başlayıb.

Qeyd edək ki, Türkiyədə bundan əvvəl də oxşar hadisə baş vermişdi. “Tosuncuq” ləqəbli Məhmət Aydın Türkiyədə qurduğu “Çiftlik Bank” vasitəsi ilə 132 min 222 nəfərdən 1 milyard 139 milyon lira alaraq, Uruqvaya qaçmışdı.



İlkin
Missiya.Az


26 May 2020 Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ
23 May 2020 Azərbaycanda əməkhaqqı kartlarının yoxlanılmasına başlanıldı
22 May 2020 Maliyyə şəffaflığı və “kölgəsiz” iqtisadiyyat – İnkişafa aparan yol
22 May 2020 AzTV işdən çıxarılan 9 işçi ilə bağlı məlumat yaydı - MƏTN
22 May 2020 Təhsil Nazirliyi koronavirusa görə şagirdlərlə bağlı mühüm QƏRAR VERDİ
22 May 2020 Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin edildi
22 May 2020 Prezident daha bir icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
22 May 2020 Ukraynadakı sabiq səfirimiz də karantinə alınıb – FOTO
22 May 2020 Azərbaycanda 8 günlük tətil başlayır – RƏSMİ
22 May 2020 Azərbaycanda koronavirusun sürətlə yayıldığı ərazilər - VİDEO
21 May 2020 Rüstəm Usubov vəzifədən azad edildi - SON DƏQİQƏ
21 May 2020 SON DƏQİQƏ! Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər saxlanıldı
21 May 2020 Qənirə Paşayeva: "Radikal müxalifət üçün ön planda dəstək aldıqları xarici güclərin maraqlarıdır"
21 May 2020 Namizəd Səfərov da Milli Şuradan istefa verdi - BƏYANAT
21 May 2020 SON DƏQİQƏ! Bakıda intihara cəhd - VİDEO
20 May 2020 Bu gün 7NEWS.az saytının 5 yaşı tamam oldu - ARAYIŞ
20 May 2020 Azərbaycanda daha bir nazirliyin əməkdaşı həbs edildi