b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_62234558_614084569077825_2328146289050517504_n.jpg
“15 iyun 1993-cü il Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Çünki xalq həmin tarixdə öz xilaskarına qovuşdu. Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə iyunun 15-də Naxçıvandan Bakıya gəldi və ölkəmizi qardaş qırğınından, xaosdan xilas etdi. Heydər Əliyev Bakıya gələndə xalq artıq yorulmuşdu, qan ağlayırdı, imdad diləyirdi, mübarizəyə gücü qalmamışdı. Ümummili Lider vətəndaşın imdadına yetdi, ona yeni ruh verdi. Ulu öndər Azərbaycanı parçalanmaqdan, müstəqilliyini, bayrağını itirməkdən xilas etdi”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov 15 İyun Milli Qurtuluş Günü ilə bağlı verdiyi açıqlamada deyib. O qeyd edib ki, Heydər Əliyev Bakıya gələnə ölkədə hərcmərcilik hökm sürüb: “Həmin dövrdə yerindən duran 10-15 cinayətkarı ətrafına toplayıb özünü siyasətçi, lider elan edirdi. Sərhədlərimizdəki təhlükəsizlik sıfır səviyyədə idi. Şimalda, cənubda və qərbdə müxtəlif xarici qüvvələr öz siyasi təsirlərini artırırdılar. Nəticədə isə Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə qalırdı”. 

YAP rəsmisi bildirib ki, 1993-cü ilin iyununa qədər ölkənin hüquq-məhkəmə sistemində, idarəetmədə tam bir intizamsızlıq müşahidə olunub: “Cinayət hadisələri baş alıb gedirdi. Qanunsuz silahlı birləşmələr ölkənin hər yerində at oynadırdılar. Nə məhkəmə var idi, nə də səni müdafiə edə biləcək gücdə olan hüquq-mühafizə sistemi. O zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində Gəncədə Sürət Hüseynovun qiyama qalxması ilə isə ölkədə vətəndaş qarşıdurmasının təməli qoyuldu. Xaos günü-gündən dərinləşdi, ölkə tamamilə idarəolunmaz hala gəldi. İnsanlar günlərlə çörək, şəkər, un növbəsində dayanırdılar. Oğurluq halları pik həddə çatmışdı. Ölkədə iqtisadi vəziyyət o qədər bərbad idi ki, günün günorta çağı küçənin ortasında adam soyurdular. Bir sözlə, Azərbaycan uçurumun bir addımlığına gətirilmişdi”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_63110484_2313495425529568_6184581197742473216_n.jpg

R.Əhmədov vurğulayıb ki, o zaman xalq Heydər Əliyevi Bakıya çağırmasaydı, Azərbaycan dövlət kimi mövcudluğunu da itirəcəkdi: “Heydər Əliyev doğrudan da Azərbaycanı xilas etdi. Zaman keçdikcə bu gerçəkliyi daha aydın şəkildə dərk edirik”.

Ümummilli Liderin hakimiyyəti illərində Azərbaycanda təhlükəsizliyin, iqtisadi rifahın və ictimai-siyasi sabitliyin təmin edildiyini deyən, R.Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev mürəkkəb tarixi şəraitdə qəbul etdiyi prinsipial qərarlarla Azərbaycanı zülmətin caynağından alıb işıqlı sabahlara aparan yola istiqamətləndirib: “Bu böyük insan qısa müddət ərzində ölkəni böyük hədəflərə çatdırdı. Dünənə qədər mövcudluğunu itirmək təhlükəsi yaşayan ölkə nəhəng transmilli layihələrin əsas iştirakçısına çevrildi. Az bir müddətdə Orduda genişmiqyaslı islahatlar aparıldı. Ökədəki ictimai-siyasi proseslərin tənzimlənməsi ilə yanaşı, xarici siyasətdə də böyük uğurlar əldə edildi”.

R.Əhmədov vurğulayıb ki, Ulu Öndərin qoyduğu ideoloji, iqtisadi və siyasi xətt indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycan Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacaq. Biz buna əminik və bu yolda Prezidentimizlə birgə addımlamaqdan şərəf duyuruq”.


01 İyun 2020 Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi
01 İyun 2020 Nikol Paşinyan koronavirusa yoluxub
01 İyun 2020 Azərbaycanda buraxılış və qəbul imtahanlarının keçiriləcəyi tarix məlum oldu
31 May 2020 "Sosial şəbəkələrdə xaosun qarşısı alınmalıdır" - Ramin Əhmədov
31 May 2020 “Palmali Holding" müflis elan edilib
31 May 2020 Milli Məclisdən 190 manatla bağlı - YENİ TƏKLİF
31 May 2020 Sosial şəbəkələrlə bağlı yeni dövr - Ölkələr söyüş və terror qruplarına müharibə elan edir
29 May 2020 “Mall”arın fəaliyyəti bu tarixdən bərpa edilir – RƏSMİ AÇIQLAMA
29 May 2020 Azərbaycanda Əməkdar artist koronavirusa yoluxdu
28 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
27 May 2020 Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı
27 May 2020 Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi
27 May 2020 Emmanuel Makron İlham Əliyevə təbrik məktubu göndərdi
27 May 2020 Azərbaycanda 21 nəfərin yoluxduğu kənddən YENİ XƏBƏR - VİDEO
26 May 2020 Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ
23 May 2020 Azərbaycanda əməkhaqqı kartlarının yoxlanılmasına başlanıldı
22 May 2020 Maliyyə şəffaflığı və “kölgəsiz” iqtisadiyyat – İnkişafa aparan yol