|
![]() |
Hər çıxışı ələ salınan Ermənistanın baş naziri Nikol Paşinyan yenə də biabır olub.
Missiya.Az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin iştirakı ilə videokonfrans şəkilində keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putin sözü Nikol Paşinyana verib.
Elə ilk cümlələrində anormal hərəkətləri ilə diqqət çəkən Paşinyan Azərbaycan və Türkiyə ilə bağlı danışmağa cəhd edir. Elə bu anda onun qarşısında olan mikrofonun səsi xışıldamağa başlayır və birdəfəlik itir. Həmin anları özündə əks etdirən videogörüntüləri bütün dünya canlı izləyib.
Bundan sonra o mikrofonu özü düzəltməyə cəhd edir. Həmin vaxt anormal jest və mimikalar edən baş nazir bir neçə dəfə mikrofonu söndürüb yandırsa da, səsdə yenə problem qalıb.
O, texniki problem yarandığına görə üzr istəyir. Putin isə Paşinyana, "eybi yox, biz səni dinləyirik" deyir.