b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dfdfdsdgfgfhhgjgj.jpg

Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa və Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Turki Al Faysal Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 

Missiya.Az xəbər verir ki, məktubda deyilir:

“Bu günlərdə Sizin barədə çox düşünürük və bəzi fikirlərimizi Sizinlə bölüşmək istərdik. Siz ölkənizin əsas milli maraqlarının son dərəcə təhlükəli şəraitdə qorunub saxlanılması kimi böyük bir çağırışla üz-üzəsiniz. Təcrübəmizdən də bilirik ki, Sizə olan bütün təzyiqlərə tab gətirəcəksiniz.

Son iki onillikdə əldə etdiyiniz uğurları, eləcə də şəxsi və milli nailiyyətləri, beynəlxalq aləmdə qazandığınız nüfuzu, həmçinin Sizin fikirlərinizi dünyaya çatdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəyərli fəaliyyətini dünyada heç nə ilə müqayisə etmək olmaz.

Geosiyasətdə zaman hər şeyi həll edir. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin 30 ilə yaxındır ki, yerinə yetirilməməsindən xəbərdarıq.

Ancaq Siz yüksək idarəetmə bacarığı və strateji baxımdan səbirli yanaşma nümayiş etdirmisiniz. Biz bu məsələni Birləşmiş Millətlər Təşkilatının diqqətinə çatdırmalı və beynəlxalq qurumları bununla bağlı lazımi təzyiq göstərməyə cəlb etməliyik.

Siz daha güclü və daha nüfuzlusunuz.

Həmsədrlərimiz Vayra Vike-Freyberqa, İsmail Serageldin və baş katibimizlə birgə işləyərək üzvlərimizin fəal dəstək vermələrini koordinasiya edirik.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq. Dualarımız Sizinlədir”.


21 Oktyabr 2020 DİN əhaliyə xəbərdarlıq etdi
20 Oktyabr 2020 Xudafərin körpüləri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salına bilər - RƏSMİ
19 Oktyabr 2020 Hikmət Hacıyev: "Ermənistan beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır"
15 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistan dinc əhaliyə qarşı terror siyasətini yürüdür”
14 Oktyabr 2020 Prezident: "İşğaldan azadetmə əməliyyatımız uğurla davam edir"
12 Oktyabr 2020 İlham Əliyevin idarə etdiyi iki müharibə - Qalib Azərbaycandır!
12 Oktyabr 2020 İlham Əliyev: "Gəncəyə hücum qərarını şəxsən Paşinyan verib"
08 Oktyabr 2020 Prezidentin köməkçisi dünya ölkələrinə müraciət etdi
07 Oktyabr 2020 Peskov: “Rusiya KTMT-yə görə Qarabağ qarşısında yox, Ermənistan qarşısında öhdəlik daşıyır”
06 Oktyabr 2020 Xameneinin müşaviri: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”
02 Oktyabr 2020 Hikmət Hacıyev Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkür etdi
01 Oktyabr 2020 Rəcəb Tayyib Ərdoğan: "Atəşkəs tələbləri yersizdir"
30 Sentyabr 2020 İlham Əliyev: "Ermənistan hökuməti şərtimə əməl edərsə, döyüşlər dayanacaq"
28 Sentyabr 2020 Komendant saatında bu şəxslər çölə çıxa biləcək - Siyahı
24 Sentyabr 2020 Rəsmi Bakı beynəlxalq qurumlara çağırış etdi: Ermənistan yeni hücuma hazırlaşır
23 Sentyabr 2020 “Qüdrət Həsənquliyev məmur olsaydı, Prezident onu vəzifəsindən azad edərdi” - Hikmət Hacıyev
22 Sentyabr 2020 DTX vətəndaşlara müraciət etdi
18 Sentyabr 2020 Azərbaycan generalları Ermənistanla sərhəddə - FOTO
14 Sentyabr 2020 İlham Əliyev: “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül qaçılmazdır”
11 Sentyabr 2020 Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq