b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_gghghghghjgjjghjgh.jpg

Azərbaycanda 50-dən artıq siyasi partiya var və bu partiyalardan 40-dan yuxarısı parlament seçkilərində iştirak edəcək.

Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycanda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, yaradıcı insanlar, incəsənət xadimləri var: “Bu insanlar da seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat veriblər, xüsusən gənclər, o cümlədən xaricdə təhsil alıb gəlmiş gənclər böyük həvəs göstərir. Yəni namizədliklərini irəli sürmək üçün çox insanlar var. Bir yanlış informasiya cəmiyyətə sırımaq istəyirlər ki, guya Milli Şura seçkidə iştirak etməsə bu seçki qeyri-demokratik olacaq və s. dünyanın heç bir yerində, heç bir beynəlxalq hüquq normasında, Azərbaycan Respublikasının Konstitusiyasında, Seçki Məcəlləsində elə bir müddəa yoxdur ki, hansı təşkilat iştirak etdi, hansı təşkilat iştirak etmədi. Söhbət alternativlikdən gedir. Yəni bir yerə iki namizəd varsa artıq burada alternativlik təmin olunub və orada seçki keçirmək mümkündür. Ona görə də kimin iştirak edib-etməmək hər kəsin öz hüququdur”.

YAP funksioneri qeyd edib ki, Milli Şuranın qaldırdığı məsələlərin hər biri Seçki Məcəlləsində var: “Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun. Onlar ya Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da oxuyub insanlara düzgün təqdim etmirlər və insanları aldatmağa çalışırlar və seçkilərin üzərinə kölgə salmaq istəyirlər. bunların sosial bazası, elektoratı yoxdur, bilirlər ki, seçilməyəcəklər. Çünki xalq bunlara etimad göstərməyəcək və bunların irəli sürməyə namizədləri yoxdur. Bu baxımdan da seçki prosesinin üzərinə kölgə salmaq, özlərinin zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər”



25 Yanvar 2021 Azərbaycan XİN rusiyalı deputatın adını "qara siyahı"ya salıb
25 Yanvar 2021 Azərbaycan və İran XİN başçılarının görüşü başlayıb
25 Yanvar 2021 Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
25 Yanvar 2021 Qarabağdakı rusiyalı hərbçilər antiterror təlimi keçirlər
23 Yanvar 2021 Eldar Quliyev “İstiqlal” ordeni ilə təltif edilib
23 Yanvar 2021 Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzalayıb
23 Yanvar 2021 Nazirlik: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub
22 Yanvar 2021 Nazir ali məktəblərdə pullu təhsilin ləğv ediləcəyi barədə fikirlərə münasibət bildirib
22 Yanvar 2021 Azərbaycanda fevralın 1-dən məktəblər açılır - QƏRAR
21 Yanvar 2021 Azərbaycan və Türkmənistan arasında memorandum imzalandı
21 Yanvar 2021 Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb
21 Yanvar 2021 Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
21 Yanvar 2021 Bakıya qar yağır
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub
20 Yanvar 2021 İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 2021 Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı
19 Yanvar 2021 Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzaladı
19 Yanvar 2021 Nazirlə TƏBİB rəhbərinə vaksin vurulmaması iddialarına - Rəsmi cavab
18 Yanvar 2021 Prezident Sumqayıtda iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
18 Yanvar 2021 Oqtay Şirəliyev və Ramin Bayramlıya koronavirus əleyhinə peyvənd vurulacaq