b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ggfhhghghhghhhh.jpg
"Azərbaycanda islahat təşəbbüsləri həmişə olub, amma son dövrlərdə bu təşəbbüslər xüsusi vüsət alıb. Azərbaycan müstəqillik qazandıqdan sonra keçmiş sovet ittifaqı ölkələri arasında ən dərin ressesiyaya məruz qalmış bir ölkə idi".
 
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi "Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov deyib.
 
O qeyd edib ki, bunun obyektiv səbəbləri var idi: "Ölkə hərbi təcavüzə məruz qalmışdı, ölkənin dövlətçiliyi, suverenliyi təhdid altında idi. Azərbaycanda iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı və qısa bir zamanda öz nəticəsini verdi və ressesiya aradan qaldırıldı".
 
E.Hüseynov deyib ki, indiyə qədər Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib: "Prezident İlham Əliyev silsilə fərmanlar imzalayıb. Aparılan tədqiqatlar göstərir ki, əhalinin böyük bir hissəsi Prezident tərəfindən aparılan islahatları dəstəkləyir. Aparılan islahatları insanların maddi durumuna müsbət təsir göstərir. 2015-ci ildə neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsi nəticəsində ölkədə ikiqat devalvasiya baş verdikdən sona əhalinin real gəlirləri azalmışdı. 2016-cı ildə inflyasiya iki rəqəmli səviyyədə idi, 2017-ci ildə də bu tendensiya davam etdi. Amma buna baxmayaraq, hökumət bu illərdə çox konservativ fiskal siyasət yürütdü. Əsas məqsəd makroiqtisadi sabitliyin bərpa olunması idi. Sözsüz ki, bu hədəfə nail olundu. Artıq 2019-cu ildə biz inflyasiyanın çox aşağı səviyyəsini müşahidə edirik. Real əməkhaqlarının artım tempi infilyasiyanı iki-üç dəfə üstələyir. Digər tərəfdən insanların gəlirləri artdıqca bu, biznes üçün gəlir mənbəyidir ki, bu da növbəti dövrlərdə də iqtisadi artıma müəyyən təkan verəcək effektə malik olacaq".
04 Dekabr 2019 İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış oldular
03 Dekabr 2019 Sergey Lavrovdan Qarabağ açıqlaması: "Kompromis üçün imkanlar var”
02 Dekabr 2019 Prezident Dilarə Seyidzadəyə orden təqdim edib - FOTO
28 Noyabr 2019 Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır! - Əli Həsənovun yazısı
25 Noyabr 2019 "Müstəqil Azərbaycanda böyümüş gənclər komandası var" - Mehriban Əliyeva
22 Noyabr 2019 Ədliyyə Nazirliyi: "Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"
19 Noyabr 2019 Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı - Türkiyə mətbuatı
18 Noyabr 2019 Aİ rəsmisi: "Şərq Tərəfdaşlığına dair yeni təkliflər irəli sürüləcək"
14 Noyabr 2019 Prezident Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni təqdim etdi
13 Noyabr 2019 Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib
12 Noyabr 2019 Milli Məclisdə 8 deputat yeri boşdur
08 Noyabr 2019 Bayrağımız - milli qürur mənbəyimiz - Əli Həsənov yazır
06 Noyabr 2019 “Əli İnsanov insanları işdən qovurdu, “qanun mənəm” deyirdi” - Siyavuş Novruzov
05 Noyabr 2019 Rəcəb Tayyib Ərdoğan: "Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər"
04 Noyabr 2019 ABŞ Azərbaycanın güc strukturlarına “5” qiyməti verdi
01 Noyabr 2019 Nazirlik bu şəxslərin pensiya artımları ilə bağlı məlumat yaydı
30 Oktyabr 2019 İslahatlara qarşı çıxanlar cəzalandırılacaq - Əli Həsənov
29 Oktyabr 2019 Rəsmi Bakı David Tonoyanı “xəstə” adlandırdı
28 Oktyabr 2019 Prezidentdən yeni - SƏRƏNCAM
25 Oktyabr 2019 İlham Əliyev Bakıdan dünyaya səsləndi: “Qarabağ əzəli Azərbaycan torpağıdır” - VİDEO