b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_FFGFGHFGHG.jpg
İyulun 19-da paytaxtın Xətai rayon sakini 1981-ci il tarixli Əkbər Nuriyevin itkin düşməsi barədə ailə üzvlərinin müraciəti Xətai rayon polis idarəsinə daxil olub.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, həmin müraciət əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilmiş gizli cinayətin "isti izlər"lə açılması təmin edilərək itkin düşmüş Əkbər Nuriyevin Lerik rayonu ərazisində qəsdən öldürülməsi müəyyən edilib.
 
Araşdırmalarla 1960-cı il təvəllüdlü Akif Rzayevin kürəkəni Əkbər Nuriyevi iyulun 19-da Lerik rayonuna aparmasına, orada ailə daxilində baş verən narazılıqlar səbəbindən aralarında yaranmış mübahisə zamanı küt alətlə baş nahiyəsinə zərbələr endirməklə qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti yandıraraq basdırmasına əsaslı şübhələr müəyyən edilib.
 
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, meyit gizlədilmək məqsədi ilə basdırılmış yerdə yanmış vəziyyətdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Akif Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.
 
09:53
 
Lerik rayonunda qətl hadisəsi baş verib.

Hadisə iyul ayının 20-də, günorta saatlarında rayonun Çayrud kəndindəki meşəlik ərazidə qeydə alınıb.
 
Əslən Lerikdən olan, Bakının Xətai rayon sakini - 1960-cı il təvəllüdlü Akif Yədulla oğlu Rzayev ailə münaqişəsi zəminində kürəkəni - 1981-ci il təvəllüdlü Əkbər Məmmədəli oğlu Nuriyevi qətlə yetirib. O, meyiti yandıraraq, meşədə dəfn edib və paytaxta qayıdıb.
 
Hadisədən iki gün sonra Ə.Nuriyevin itkin düşməsindən narahat olan qohumları bu barədə əlaqədar qurumlara müraciət ediblər. Şübhəli şəxs qismində saxlanılan Akif Rzayev qətli törətdiyini etiraf edib.
 
Dünən axşam saatlarında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən A.Rzayevin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Meyit basdırıldığı yerdən çıxarılaraq, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil verilib.
 
Qeyd edək ki, Əkbər Nuriyev üç ildən çoxdur Akif Rzayevin qızı ilə ailə həyatı qurub. Ailədaxili münaqişələrə görə qayınatanın kürəkəni ilə birlikdə Bakıdan Lerikə yola düşməkdə məqsədinin onu öldürmək olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.


30 İyul 2020 DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi
30 İyul 2020 Azərbaycanda dəhşətli qəza: Ər-arvad maşında yanaraq öldü
30 İyul 2020 Masallıda ata və oğulu güllələyən şəxs tutuldu
29 İyul 2020 757 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi
29 İyul 2020 Bakının mərkəzində 29 yaşlı şəxs başından bıçaqlandı
28 İyul 2020 Bakıda azyaşlı qaynar süd qazanına düşərək öldü
27 İyul 2020 Bakıda altı yaşlı uşağı avtomobil vurdu
27 İyul 2020 Azərbaycanda 27 yaşlı kişi dəhşət saçdı: Bir qohumunu öldürdü, birini yaraladı
24 İyul 2020 Bakıda 33 yaşlı qadın intihar edib
23 İyul 2020 “Şeron” qrupunun üzvü vəfat etdi - VİDEO
23 İyul 2020 ABŞ polisi Azərbaycanın şikayətin təmin etdi: Ermənilər həbs olundu
23 İyul 2020 Azərbaycanda daha bir tələbə qəfil öldü - FOTO
22 İyul 2020 Bakıda ana uşaq dünyaya gətirdikdən sonra öldü
20 İyul 2020 Bakıda oğurluq edən və silah gəzdirən şəxslər ələ keçdi - FOTO
20 İyul 2020 Azərbaycanda 25 yaşlı qadın əri tərəfindən qətlə yetirildi
20 İyul 2020 Sumqayıtda 25 yaşlı gənc amansızlıqla qətlə yetirildi
17 İyul 2020 Azərbaycanda məşhur supermarketlər şəbəkəsinin gənc müdiri qəfil öldü - FOTO
17 İyul 2020 İmişlidə ağır qəza: Yaralılar Bakıya göndərildi
17 İyul 2020 Sosial şəbəkələrdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşan şəxslər saxlanıldı
16 İyul 2020 Bakıda 27 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb