b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1551688592_ilham-serencam.jpg

Prezident İlham Əliyev Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Missiya.Az xəbər verir ki, sərəncama əsasən yaradılan 4 İşçi Qrupundan biri də Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərliyində çalışacaq.

Bu İşçi Qrupunun vəzifəsi pandemiya şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanmasıdır.

İşçi Qrupa pandemiyanın Azərbaycan Respublikasının bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsi tapşırılıb.

Həmçinin İşçi Qrupa göstəriş verilib ki, aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:

Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi üçün həyata keçirilməli əlavə tədbirlər;

ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirlər.


10 Sentyabr 2020 Vahid Əhmədov: "Uşaq pulu məsələsinə birdəfəlik nöqtə qoymalıyıq"
01 Sentyabr 2020 Əli Əsədovdan “Beşbarmaq dağı” ilə bağlı QƏRAR
24 Avqust 2020 Dövlət Gömrük Komitəsi qalmaqallı qərarla bağlı açıqlama yaydı
19 Avqust 2020 Dövlət Vergi Xidməti sahibkarlara MÜRACİƏT ETDİ
06 Avqust 2020 Uşaq pulu ilə bağlı açıqlama - RƏSMİ
22 İyul 2020 İyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırıldı
21 İyul 2020 Gürcüstan-Azərbaycan sərhədi birtərəfli açılır
20 İyul 2020 Prezidentdən sahibkarlıq sahələrində yoxlamalarla bağlı SƏRƏNCAM
30 İyun 2020 Azərbaycanda “Aİ-95” markalı benzin bahalaşacaq
25 İyun 2020 Bağlanmış banklardakı kredit yığımlarının məbləği açıqlandı - RƏSMİ
01 İyun 2020 SON DƏQİQƏ! Azərbaycanda pullar dəyişir
04 May 2020 Bu şəxslərə şad xəbər: İnternet pulsuz ola bilər - RƏSMİ
04 May 2020 ƏDV-nizi belə geri ala bilərsiniz - QAYDALAR
28 Aprel 2020 Nazirlikdən işsizlərə ŞAD XƏBƏR: Daha 50 min...
27 Aprel 2020 Bu bankların bütün səlahiyyətləri alındı - Rəsmi açıqlama
24 Aprel 2020 Prezident İlham Əliyev açılış etdi - FOTOLAR
22 Aprel 2020 Neftin qiyməti 16 dollara düşdü
21 Aprel 2020 SON DƏQİQƏ! Neft və qazın yeni qiyməti açıqlandı
05 Aprel 2020 Azərbaycanın koronavirusla mübarizə büdcəsi 3 milyarda çatır
03 Aprel 2020 Azərbaycan neftinin qiyməti 22% yüksəlib