|
|
![]() |
Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə tədbir keçirilib.
Missiya.Az xəbər verir ki, “İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair əhalinin məlumatlandırılması” adlı layihə çərçivəsində Bakı şəhəri Nəsimi rayon 8 saylı tam orta məktəbdə "Geni dəyişdirilmiş Orqanizmlərin zərərli nəticələri haqqında" mövzusunda elmi nəzəri praktik konfrans təşkil olunub.
Tədbirdə məktəbinin müvafiq struktur rəhbərləri, müəllim və şagirdləri, GVİB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 8 saylı tam orta məktəbin direktor müavini S. İbrahimli, tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib.
O qeyd edib ki, GEN mühəndisliyi genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir. Bu təcrübədə insan təbiətdən daha qabağa gedərək genləri yalnız eyni növlər daxilində deyil, həm də müxtəlif növlər arasında köçürməyi bacarmışdır. Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır. Məktəb direktoru A.Baxışova bildirdi ki, GMO qida məhsullarla bağlı ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirləri gücləndirmək lazımdır.
Layihə rəhbəri M. Əliyev layihənin məqsəd və vəfələrindən danışdı. O bildirib ki, indi dünyanın ən inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Çin, Yaponiya və s.) ərzaq məhsullarının, meyvə və tərəvəzlərin 70%-dən çoxunun tərkibində transgen inqredentlər var. Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”.
Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında maarifləndirici buklet və təsvirli köynəklər paylanmışdır.
Tədbirdə, eyni zamanda bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər edilməsinin, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb.
GVİB-n mətubat və informasiya şöbəsi