b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_qadass.jpg

Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib.

İqtisadiyyat Nazirliyindən Missiya.az-a verilən məlumata görə, qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcək.

Qeyd etmək lazımdır ki, birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqust ayının 10-dək qəbul ediləcək.

Məlumat üçün bildiririk ki, pandemiyanın biznesə təsirləri ilə bağlı avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun sahibkarlarla onlayn görüşü keçiriləcək. Görüşdə yeni şəraitdə biznesin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq, pandemiyanın sahibkarlığa mənfi təsirlərinin aradan qaldırılması yolları müzakirə ediləcək, özəl sektorun təklifləri dinləniləcək, sualları cavablandırılacaq.

Sahibkarlardan qeyd edilən məsələlər barədə təkliflərini 6 avqust saat 18:00-dək teklif@economy.gov.az elektron ünvanına göndərmələri xahiş olunur.


29 Sentyabr 2020 İlham Əliyev: Bu dəfə biz onlara növbəti dərs verəcəyik
28 Sentyabr 2020 SON DƏQİQƏ! Azərbaycanda karantin rejimi bu tarixə qədər uzadıldı
28 Sentyabr 2020 “Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib” - RƏSMİ
27 Sentyabr 2020 Erməni tərəfi böyük ərazi itkilərini təsdiqlədi
27 Sentyabr 2020 BMT Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi
27 Sentyabr 2020 İDDİA: Putin Paşinyanın tələbini rədd etdi
27 Sentyabr 2020 Azərbaycan PUA-sı Ermənistana məxsus S-300 sistemini məhv edib
27 Sentyabr 2020 Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
27 Sentyabr 2020 Ordumuz bu əraziləri düşməndən azad etdi - SON DƏQİQƏ
27 Sentyabr 2020 Yaralıların sayı və adları AÇIQLANDI - RƏSMİ
25 Sentyabr 2020 Azərbaycanda daha 101 yeni yoluxma faktı qeydə alınıb
25 Sentyabr 2020 Ceyhun Bayramov XİN başçıları şurasının iclasında iştirak edib
25 Sentyabr 2020 İlham Əliyev: “Ermənilərə beynəlxalq təzyiqin olmaması çox təhlükəli addımlara gətirib çıxarır”
25 Sentyabr 2020 Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlib
24 Sentyabr 2020 Azərbaycanda daha 19 şagird koronavirusa yoluxdu - RƏSMİ
24 Sentyabr 2020 Məleykə Abbaszadə ali məktəblərə qəbul olanlara müraciət edib
24 Sentyabr 2020 Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA
23 Sentyabr 2020 Müdafiə Nazirliyindən Paşinyanın arvadı ilə bağlı açıqlama
23 Sentyabr 2020 Yaşı 65-dən yuxarı olan müəllimlərin nəzərinə: Nazirlik qərar verdi
22 Sentyabr 2020 Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı - VİDEO