b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_dsfdfdgd.JPG

Laçın Rayon Polis Şöbəsinin əməkdaşı, Qarabağ müharibəsi veteranı, polis mayoru Zöhrab Alıyev vəfat edib.

Missiya.Az xəbər verir ki, o, koronavirusa yoluxduğuna görə ötən gün Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

53 yaşlı Z.Alıyev bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, Alıyev Zöhrab İbrahim oğlu 1967-ci il mayın 22-də Laçın rayonunun Mişni kəndində anadan olub. 1973-1982-ci illərdə Mişni kənd orta məktəbində, sonra isə Bakı şəhərində yerləşən Texniki Peşə məktəbində qaynaqçı-quraşdırmaçı ixtisası üzrə təhsil alıb.

1983-1985-ci illərdə müxtəlif rayonlarda həmin ixtisas üzrə iş fəaliyyətini davam etdirib. 1985-1987-ci illərdə Qazaxıstan SSR-də hərbi xidmətdə olub.

1988-1989-cu illərdə Rusiya Federasiyasına gedərək fərdi əməklə məşğul olub. 1989-cu ildə Laçın rayonuna qayıdaraq Keşlə Maşınqayırma zavodunun Laçın rayon filialında öz ixtisası üzrə fəaliyyətə başlayıb və 1992-ci il aprel ayına qədər həmin filialda çalışıb.

1992-ci il 10 iyunda könüllü olaraq Azərbaycan Milli Ordusunun 713-saylı batalyonunda hərbi xidmətə başlayıb. Laçın rayonunun işğaldan azad edilməsi istiqamətində aparılan döyüşlərdə iştirak edib. 19 oktyabr 1992-ci ildə Hoçaz dağı uğrunda gedən döyüşlərdə yaralanıb, 12 dekabra qədər hərbi hospitalda müalicə olunub. 15 dekabr 1992-ci ildən Laçın rayon Polis batalyonunda hərbi xidmətini davam etdirib. 1993-cü ildə Laçın RPŞ-nin şəxsi heyəti döyüş fəaliyyətini Füzuli ərazisində davam etdirib. Z.Alıyev döyüşlərdə xüsusi igidlik göstərib. 1993-cü ildə Prezident Heydər Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Z.Alıyev 1994-1999-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil alıb. Laçın Rayon Polis Şöbəsinin əməkdaşı idi.

Ailəlidir, iki qızı, bir oğlu var.

Allah rəhmət eləsin!

“Report”



12 Avqust 2020 Vilayət Eyvazov bu rayona yeni DYP rəisi təyin etdi
12 Avqust 2020 ABŞ-da 800 uşaq COVID-19 şübhəsi ilə karantinə alındı
12 Avqust 2020 Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır
12 Avqust 2020 18 yaşlı gənc Tibb Universitetindən imtina edib, arzularının dalınca getdi - VİDEO
12 Avqust 2020 Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yaydı
11 Avqust 2020 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb - FOTO
11 Avqust 2020 “Karabakh Is Azerbaijan” platforması erməni yalanları ilə mübarizəyə başladı
11 Avqust 2020 Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
11 Avqust 2020 Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 84 yeni yoluxma
11 Avqust 2020 Oğuza istirahətə gedənlər cərimələndi
11 Avqust 2020 Tanınmış aparıcıya nazirlikdə vəzifə verildi - FOTO
11 Avqust 2020 Bu gündən “Gənclik” metro stansiyasının vestibülü açıq olacaq
11 Avqust 2020 Prezidentin tənqidindən sonra AZAL-da təmizləmə əməliyyatı başladı
11 Avqust 2020 Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama
11 Avqust 2020 Bill Qeyts dünyanın koronavirusdan qurtulacağı tarixi açıqladı
11 Avqust 2020 Nəvələrinə ad günü keçirən babalar saxlanıldı
10 Avqust 2020 İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi
10 Avqust 2020 Azərbaycanda 1 həftəyə koronavirus belə azalıb
10 Avqust 2020 Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib
10 Avqust 2020 Lukaşenkonun rəqibinin neçə faiz səs topladığı açıqlandı