b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_pensiya1.jpg Koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı növbəti addımını atıb. Bu xəstəliyin xüsusilə yaşlı insanların səhhəti üçün doğurduğu təhlükələri nəzərə alaraq Bank pensiyaçıların banka gəlmək ehtiyaclarını aradan qaldırmaq üçün "Böyüklərə hörmətlə” təşəbbüsünü elan edib.

Missiya.Az xəbər verir ki, bu təşəbbüs çərçivəsində, ilk növbədə, müddəti mart ayında başa çatan bütün pensiya kartlarından istifadə vaxtı apreldən etibarən daha 3 ay uzadılır. Bununla da pensiya kartının müddəti tamamlanmış yaşlıların kartlarını yeniləməkdən ötrü banka gəlmələrinə daha ehtiyac qalmır. Kart sahibləri yalnız Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən istifadə etmək şərtilə növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları nağdsız ödənişlər üçün də keçərlidir. Bu kartlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının POS terminallarında məhsul və xidmətlərin dəyərini nağdsız ödəmək olar.


"Böyüklərə hörmətlə” təşəbbüsünün məramına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı pensiyaya yenicə çıxmış, amma pensiya kartını hələ bankdan götürməmiş şəxslərə kartların evlərində çatdırılması, eyni zamanda ucqar yaşayış məntəqələrində yaşayan pensiyaçılar üçün səyyar ATM-lərin göndərilməsi istiqamətində də tədbirlər hazırlayır. Bu barədə əlavə məlumat veriləcək.
Azərbaycan Beynəlxalq Bankı bütün müştəriləri kimi pensiya kartı sahiblərinə də ödənişlərini mümkün qədər nağdsız aparmağı tövsiyə edir. Bu zaman onlar həm bankın yaratdığı kəşbək imkanlarından faydalanacaq, həm də dövriyyə zamanı əldən-ələ keçərək infeksiyanın yayılmasına şərait yaradan kağız pulların sağlamlıq üçün yaratdığı risklərdən qorunmuş olacaqlar.


Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 



06 Aprel 2020 Maskasız çölə çıxanlar CƏRİMƏLƏNMƏYƏCƏK - RƏSMİ
06 Aprel 2020 TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayıb
03 Aprel 2020 Bakı, Sumqayıt və Abşeronda koronavirusa yoluxanların sayı açıqlandı
03 Aprel 2020 Azərbaycanda yalnız bu şəxslər küçəyə sərbəst çıxa biləcək - SİYAHI
03 Aprel 2020 Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı artdı
03 Aprel 2020 Türk həkim: "Koronavirus peyvəndini sınaqdan uğurla keçirdik"
02 Aprel 2020 Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ
02 Aprel 2020 İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO
01 Aprel 2020 Azərbaycanda bu xidmət pulsuz oldu
01 Aprel 2020 Azərbaycanda koronovirusa yoluxanların sayı sürətlə artdı - SON DƏQİQƏ
01 Aprel 2020 Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti artırılır
31 Mart 2020 Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM
31 Mart 2020 Türkiyədən koronavirusla bağlı ACI XƏBƏR - Ölənlərin sayı kəskin artdı
31 Mart 2020 Azərbaycanlı jurnalist və 15 yaşlı qızı koronavirusa yoluxdu
31 Mart 2020 Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı
31 Mart 2020 TƏCİLİ! Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı
31 Mart 2020 İsrail mediası həmyerlimizi günün qəhrəmanı adlandırdı
30 Mart 2020 Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
29 Mart 2020 Jurnalist Ekspert Mərkəzi "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına qoşulur
29 Mart 2020 Vergilərin ödənilməsi müddəti uzadıldı