b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_vzifli.jpg

Korrupsiyaya yol vermiş vəzifəli şəxslərə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan Missiya.Az-a verilən məlumata görə, qurumun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə “UNİMARK SYSTEMS” MMC-nin təsisçisi və direktoru Rövşən Əhmədovun öz qulluq səlahiyyətlərindən sui-istifadə etməklə həmin cəmiyyətin baş mühasibi Rauf Xəlilov ilə qabaqcadan əlbir olub MMC-nin 2012-ci il üçün fəaliyyəti ilə bağlı Vergilər Nazirliyinə təqdim etdiyi mənfəət vergisinə dair bəyannamənin məzmununa bilə-bilə şişirdilmiş yalan məlumatlar daxil etdiyi kredit sifarişini öz imzası və cəmiyyətin möhürü ilə təsdiq edib 2013-cü ildə hazırda ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin “Muğan” filialına təqdim edərək bankla aralarında bağlanmış kredit müqaviləsi  əsasında 447 min manat məbləğində kredit vəsaitini götürüb “Texnikabank” ASC-yə külli miqdarda ziyan vurub qanunsuz kredit almasına, həmin kredit vəsaiti üzrə 266 min manat məbləğində pul vəsaitini qəsdən ödəməyərək, “Texnikabank” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.

R.Əhmədov və R.Xəlilov Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə R.Əhmədovun 808 min manat məbləğində əmlakı üzərinə həbs qoyulub və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

24 Yanvar 2020 Bakı polisi uşaq oğurladığı iddia olunan qadını tapdı - RƏSMİ
24 Yanvar 2020 İlkin Süleymanova işgəncə verilib? - RƏSMİ AÇIQLAMA
23 Yanvar 2020 Nərminin əmisi İlkin Süleymanovun atasına CAVAB VERDİ
23 Yanvar 2020 Dövlətdən pul almaq istəyənlərə ŞAD XƏBƏR - Prezident göstəriş verdi - VİDEO
23 Yanvar 2020 Eldar Əzizov rəhbər şəxsləri toplayıb xəbərdarlıq etdi
23 Yanvar 2020 Pul alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb - FOTO
22 Yanvar 2020 Yeni sistemə 85 minə yaxın vakansiya daxil edilib — İş axtaranlara ŞAD XƏBƏR
20 Yanvar 2020 20 Yanvar faciəsi metropolitendə yad edilib - FOTO
20 Yanvar 2020 Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var
17 Yanvar 2020 Bakıda maşından polislərə atəş açıldı
17 Yanvar 2020 Bakıda şagirdləri daşıyan avtobus qəzaya düşdü
16 Yanvar 2020 Daha bir şəhərdə “ASAN xidmət” tikiləcək - Prezident Sərəncam imzaladı
16 Yanvar 2020 AQTA “Bizim market”də 12 ton saxta kərə yağı aşkarladı - FOTO
16 Yanvar 2020 Səhiyyə Nazirliyindən yeni virusla bağlı XƏBƏRDARLIQ
16 Yanvar 2020 Prezidentin kreditlərlə bağlı xəbərdarlığından sonra yeni təkliflər hazırlandı - VİDEO
15 Yanvar 2020 Azərbaycanda bu uşaqlara pul ayrılır - RƏSMİ AÇIQLAMA
15 Yanvar 2020 Mədət Quliyev onu vəzifədən azad etdi
15 Yanvar 2020 Nizaməddin Quliyevin oğlu işdən çıxarıldı
15 Yanvar 2020 Azərbaycanda fermer elektrik lampasından görün nə etdi - VİDEO
14 Yanvar 2020 Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var - SİYAHI