b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1572852269_untitled-1.jpg
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrləri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılıb.
 
Nazirlikdən Missiya.Az-a verilən məlumata görə, DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi fondun Səbail və Yasamal rayon şöbələrinin, DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə Xidmətin Səbail və Yasamal Məşğulluq Mərkəzlərinin bazasında təşkil edilib.
 
Qeyd olunub ki, Azərbaycan Prezidentinin fərmanlarına uyğun olaraq, cari ilin may ayında nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - DOST Agentliyi və Agentliyin 1 saylı DOST Mərkəzi fəaliyyətə başlayıb. 1 saylı DOST Mərkəzində Bakının Səbail və Yasamal rayonlarının əhalisinə sosial müdafiə və sosial təminat, habelə məşğulluq, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi sahəsində xidmətlər göstərilir. Həmin rayonlar üzrə DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsinin və DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin yaradılması da qeyd edilən amil nəzərə alınmaqla, DSMF-nin və DMX-nin strukturunun optimallaşdırılması və yerli qurumların səmərəliliyinin artırılması məqsədinə xidmət edir.
 
Bundan sonra Səbail və Yasamal rayonları üzrə sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta və fərdi uçot məqsədləri üçün uçotunu DSMF-nin Bakı şəhər idarəsi aparacaq. Bu rayonlar üzrə müvafiq kateqoriyadan olan vətəndaşlara sosial məişət xidmətlərinin göstərilməsini, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılmasını isə 1 saylı DOST mərkəzi yerinə yetirəcək.
 
DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi isə DOST Mərkəzləri ilə əlaqəli fəaliyyət göstərərək, həmin Mərkəzlərdən daxil olan sənədlər əsasında sosial təminat növlərinin (pensiya, müavinət, Prezidentin aylıq təqaüdü və s.) təyini və ödənişi, bu məsələlərlə bağlı həmin Mərkəzlərdən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini, sosial müdafiə və təminat sahəsində digər tədbirləri görəcək.
 
Həmçinin Səbail və Yasamal rayonları üzrə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti üçün şəraitlərinin qiymətləndirilməsi işini və bu proqrama cəlb edilərək mal və materiallar formasında aktivlər verilmiş şəxslərin fəaliyyətlərinin monitorinqini 1 saylı DOST mərkəzi aparacaq.
 
1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə DOST Mərkəzləri ilə əlaqəli fəaliyyət müstəvisində aktiv məşğulluq, habelə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili, DOST Mərkəzlərindən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini görəcək. Həmçinin qeyri-leqal məşğulluğun aşkar edilməsi və qarşısının alınması sahəsində aidiyyəti orqanlarla fəaliyyət istiqamətlərinə uyğun birgə nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak edəcək. 
19 Fevral 2020 Gəncədə baş vermiş dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO
18 Fevral 2020 Onlar təkrar seçkidə eyni dairəni seçə bilməz?
18 Fevral 2020 Tovuzda bəy öz toyunda uşaqlıq arzusunu reallaşdırdı - VİDEO
17 Fevral 2020 MSK-nın iclası keçirilir - Bu dairə ilə bağlı qərar verildi
17 Fevral 2020 Baş prokuror rəisi işdən ÇIXARDI
17 Fevral 2020 Pərviz "Survivor"da komanda yoldaşını qorudu, DAVAYA DÜŞDÜ - VİDEO
14 Fevral 2020 Rasim Balayevdən üzücü xəbər - Ağır əməliyyat olundu
14 Fevral 2020 Eldar Əzizovdan YENİ TƏYİNAT - FOTO
13 Fevral 2020 Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: “İfadələri alınır”
12 Fevral 2020 Deputat seçilən Nigar Arpadarai istefa verir
12 Fevral 2020 Etiraz aksiyasında xəsarət alanlarla bağlı məlumatlara polisdən reaksiya
11 Fevral 2020 Türkiyənin 5 şəhid verməsindən sonra Əsəd ordusuna ağır zərbə vuruldu - VİDEO
11 Fevral 2020 DİN seçki ilə bağlı videogörüntülərə münasibət bildirdi
11 Fevral 2020 Cahangir Hacıyevin cəzası azaldıldı - QƏRAR
10 Fevral 2020 Milli Məclisin ilk iclasını Fəttah Heydərov aparacaq
10 Fevral 2020 Trampı öldürmək üçün Ağ Evə gələn şəxs saxlanılıb
09 Fevral 2020 Azərbaycanda ən çox qar hara yağıb? - FAKTİKİ HAVA
09 Fevral 2020 Səs verənlərin sayı açıqlandı
09 Fevral 2020 Prezident və xanımı səs verdi
08 Fevral 2020 Bakı Şəhər İcra Hakimiyyəti əhaliyə xəbərdarlıq etdi