b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1559108299_zamire.jpg

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda 16 milyon funt sterlinqi necə və hara xərclədiyi bəlli olub.

Missiya.Az BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, əvvəlcə o, çox ehtiyatla alış-veriş edirmiş - £842 uşaq kitablarına və £140 ətirlərə xərcləyib.

Sonra o, Cartier daş-qaş əşyaları dükanında £181, Miu Miu dizayner geyimlərinə £1,600 və Ferragamo ayaqqabılarına £1,539 ödəyib.

2007-ci ildə o, yenidən Miu Miu dükanına gedib və 25 ədəd American Express kartlarından £10,616 ödəyib.

Bundan sonra 55 yaşlı Zamirə Hacıyeva daha bahalı əşyalar almağa başlayıb.

Harrods-da naməlum əşyalara £66,000, Tom Dixon dizaynerinin əşyalarına isə £17,000 xərcləyib.

Zamirə Hacıyevanın 10 ildə çox pul xərclədiyi əsas Harrods mağazaları

Boucheron daş-qaş dükanı: £3.5 milyon

Cartier daş-qaş dükanı: 1.4milyon

Dennis Basso (ABŞ dəb dizayneri) dükanı: £402,000

Sandwich by Tom - "sendviç" barında: £332,000

Harrods ətir kassaları : £160,000

20 iyun 2008-ci ildə o, £925 funta alt paltarı və corab alır.

Düz 63 dəqiqə sonra o, sevimli dükanı olan Cartier-də £433,389.79 funt sterlinq xərcləyir.

Həmin günün axşamı isə 374 funt sterlinqə "kişi paltarları dizayneri"ndən əşya alır.

Günlər sonra o, Elie Tahari dizaynerindən 8,387 funt sterlinqlik bazarlıq edir və £847 məbləğində ətir alır.

26 iyunda isə lüks saat dükanında üç əşya üçün £17,000 xərcləyir.

Ən maraqlı ödəniş isə 99,000 funt sterlinqdir. Bu məbləğ Disney-in eksklüziv mağazasında Bibbidi Bobbidi Boo kassasında xərclənib.

Kimin üçün olması bəlli olmasa da, Disney dükanında, həmçinin uşaqlar üçün qız və oğlan şahzadə geyimlərinin bir saatlıq istifadəsinə görə £1,000 ödənilib.

Həmin gün o, Boucheron daş-qaşına £160,000 xərcləyib.

O, pulu təkcə özünə xərcləməyib, həmçinin hədiyyə də alıb. Bir dəfə o, kişi əşyaları dükanında hədiyyə bağlaması üçün £1,371 ödəyib.

Beləliklə, Zamirə Hacıyeva 29 sentyabr 2006-cı ildən 14 iyun 2016-cı ilədək Harrods-da 16,309,077.87 funt sterlinq xərcləyib və bu xərclərin 6 milyonu ərinin bankına məxsus 35 kredit kartındən ödənib.

Ümumilikdə isə o, 54 kredit kartından istifadə edib.

Milli Cinayət Agentliyindən (MCA) Nicola Bartlett deyir ki, ərinin Azərbaycan bankından ailə üzvlərinə heç vaxt geri qaytarılmamış kredit kartları verməsinə dair iddialar fonunda Zamirə Hacıyevanın xərcləri "əhəmiyyətlidir".

Onun alış-verişləri Azərbaycanda oğurlandığı iddia edilən zamandan bir il sonra, Hacıyevanın Britaniyaya yerləşmək istəyindən sonra başlayıb.

Zamirə Hacıyeva Britaniyada varlı sərmayeçi qismində viza almaq istəyib.

MCA bildirib ki, Zamirə Hacıyevanın hər hansı gəlirinin olması barədə dəlil tapa bilməyib. Pul ona ərindən gəlib və bir də Britaniya banklarında olan depozitlərindən 27000 funt sterlinq məbləğində mənfəət əldə edib.

O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub, sonra isə ev həbsinə buraxılıb.

Zamirə Hacıyeva dəfələrlə heç bir yanlış iş tutmadığını bildirib və Milli Cinayət Agentliyindən məhkəməyə şikayət edib.

O, məhkəməyə deyib ki, həyat yoldaşı həbsdə olduğu üçün onlar müdafiə edilə bilməyiblər və buna görə ərinin uğurlu biznes imkanlarını və qanuni yollarla pul qazanmasını göstərmək mümkün olmayıb.



08 Avqust 2020 Əli Əsədov nazirləri topladı: Nəzarət gücləndirilir - FOTO
08 Avqust 2020 Prezident Şahbaz Muradovu təltif etdi
08 Avqust 2020 Rayonlara gediş-gəliş bu tarixdən bərpa edilir
08 Avqust 2020 Kafe və restoranlar bu tarixdə açıla bilər
08 Avqust 2020 Dünyada ikinci dalğa təhlükəsi - Azərbaycanda isə sevindirici vəziyyət - VİDEO
07 Avqust 2020 SOCAR-dan Hacıqabulda qaz xəttində baş verən yanğınla bağlı AÇIQLAMA
07 Avqust 2020 SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə etdi
07 Avqust 2020 Dövlət şirkətləri ilə bağlı islahatlara başlanıldı - Fərman
07 Avqust 2020 Avqust ayı üzrə 190 manatın necə veriləcəyi bilindi - RƏSMİ
07 Avqust 2020 Polis xüsusi karantin rejiminə əməl etməyənlərə qarşı reyd keçirdi
07 Avqust 2020 Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama
07 Avqust 2020 Azərbaycanda koronavirusa yoluxmanın ən çox və ən az olduğu yerlər - SİYAHI
06 Avqust 2020 “AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bəs gəliri hardadır?” - Video
06 Avqust 2020 Azərbaycanda karantin rejiminin yenidən yumşaldılmasına hazırlıq görülür - Baş nazir
06 Avqust 2020 Rayonlara gediş-gəlişin açılması TƏKLİF OLUNDU - VİDEO
06 Avqust 2020 Bakı-Sumqayıt qatarı 3 aylıq bağlanır
06 Avqust 2020 Türkiyədə dollar kəskin bahalaşdı
06 Avqust 2020 Məktəblər açılsa, bu şərtlərə əməl edilməlidir
06 Avqust 2020 Polad Həşimovun adı verilən küçə ilə bağlı - Rəsmi açıqlama
06 Avqust 2020 Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər-RƏSMİ