b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_270c1395-12c7-326f-8e7d-ea064c283a94_850.jpg Xarici İşlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosu qəbul edib.

Missiya.Az xəbər verir ki, XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan və Fransa arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, ölkələrimiz arasında Azərbaycanın müstəqilliyini bərpa etməsinin ilk illərindən başlayaraq əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Yüksək səviyyəli səfərlər də daxil olmaqla, iki ölkə arasında müxtəlif sahələr üzrə mövcud olan mübadilə və təmasların qarşılıqlı faydalı əlaqələrimizin daha da genişlənməsinə böyük töhfə verdiyi qeyd olunub. Səfir Zakari Qros Fransa Respublikasının Avropa və Xarici İşlər naziri Jan İv Lö Drianın səmimi təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. O, Fransanın Avropa və Xarici İşlər nazirinin Azərbaycanlı həmkarını Parisə rəsmi səfərə dəvət etdiyini bildirib. Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, enerji, ticarət, humanitar və digər sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıblar. Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi, iqtisadi sahədə mövcud potensialdan tam istifadə olunması, o cümlədən Hökumətlərarası Iqtisadi Komissiyanın fəaliyyətinin əhəmiyyəti, eləcə də təhsil sahəsindəki uğurlu əməkdaşlığın Fransa-Azərbaycan Universiteti (UFAZ) timsalında uğurlu nümunəsini qeyd edərək bu xüsusda əlaqələrin gələcəkdə daha da genişləndirilməsi məsələlərinə diqqət yetirilib. Nazir Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həm-sədr ölkəsi qismində Fransa Səfirinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış vəziyyət barədə ətraflı məlumat verib. Münaqişənin həlli üzrə danışıqlar prosesinin Ermənistan tərəfinin nümayiş etdirdiyi son dərəcə təxribatçı və məsuliyyətsiz davranış səbəbindən dalana dirəndiyi qeyd olunub. Ermənistan rəhbərliyinin bölgədə gərginliyin alovlanmasına xidmət edən təhrikçi əməlləri və bu kimi təxribatçı fəaliyyətə Minsk Qrupu həmsədrləri tərəfindən münasibət bildirilməməsi təəssüflə vurğulanıb. İşğalçı Ermənistan ilə, ərazilərə 30 ilə yaxındır ki, işğal altında saxlanılan Azərbaycana tarazlı mövqe nümayiş etdirilməsinin düzgün olmadığı bildirilib. Həmçinin son zamanlar Ermənistanın geniş şəkildə silahlanmasının bu ölkənin yeni təxribatlarda maraqlı olduğunun göstəricisi olduğu vurğulanıb. Səfir Zakari Qros Fransanın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayaraq, münaqişənin həlli üzrə danışıqlarda irəliləyişin əldə olunmamasından ökəsinin də narazı olduğunu qeyd edib. Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.


16 Sentyabr 2020 Rusiyaya getmək istəyənlərin nəzərinə: Qaydalar dəyişdi
16 Sentyabr 2020 Rəsmi Ankara Ermənistanı “ən böyük əngəl” adlandırdı
09 Sentyabr 2020 Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd: 2 nəfər ölüb, 7 nəfər yaralanıb
07 Sentyabr 2020 Fransada silahlı hücum: bir ölü, bir yaralı
05 Sentyabr 2020 ABŞ-ın koronavirus peyvəndi oktyabrda hazır ola bilər
04 Sentyabr 2020 Aİ Lukaşenkoya qarşı sanksiyalardan imtina etdi
03 Sentyabr 2020 Rusiya üç ölkə ilə uçuşları bərpa edir
21 Avqust 2020 ABŞ İrana sanksiya üçün təklif göndərdi - 3 ölkə rədd etdi
19 Avqust 2020 Mali prezidenti qan tökülməsin deyə istefa verdi
17 Avqust 2020 ÜST-dən gözlənilməz çağırış: "Bundan sonra “COVİD-19"a görə karantin tətbiq etməyin!”
08 Avqust 2020 Beyrutdan nümayişçilər XİN binasına girdilər, 100 nəfərdən çox yaralı var
07 Avqust 2020 Göyərtəsində 191 nəfər olan təyyarə qəzaya uğradı: Ölənlər var
07 Avqust 2020 Türkiyədə karantin yenidən bərpa edildi
05 Avqust 2020 Təhlükə geridə qaldı: Asteroid Yerdən yan keçdi
23 İyul 2020 Bill Qeytsdən COVID-19 peyvəndi ilə bağlı bədbin AÇIQLAMA
14 İyul 2020 Ərdoğan Ermənistanın Azərbaycana hücumunu qınadı - VİDEO
08 İyul 2020 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçdi
07 İyul 2020 ÜST-dən Çin və Monqolustandakı taun halları ilə bağlı AÇIQLAMA
24 İyun 2020 Moskvada Qələbə paradı başa çatıb - VİDEO
17 İyun 2020 Çin elan etdi: Koronavirusun yeni epidemiya riski çox yüksəkdir