b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1603779751_vugar_iskandarov_deputat_300520.jpg
“Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur”.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində jurnalistin "Siz öz hərbi əməliyyatlarınızı hansı şərtlər daxilində dayandırmağa razı olacaqsınız? Siz dəfələrlə demisiniz ki, Ermənistan tərəfindən konstruktiv yanaşma zəruridir. Konstruktiv yanaşma necə olmalıdır?" sualına cavabında deyib.

“Prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır, həmin qətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik”, - ölkə başçısı qeyd edib.


26 Noyabr 2020 Rus hərbçilərin Şuşa yolunu minalardan təmizləmə - Videosu
26 Noyabr 2020 Daxili İşlər Nazirliyi əhaliyə çağırış etdi
26 Noyabr 2020 Türkiyə XİN Fransa Senatının qətnaməsini pisləyib
26 Noyabr 2020 Milli Məclisdə Fransa Senatına etiraz bəyanatı qəbul olunub
26 Noyabr 2020 Deputat: "Parisdəki səfirimizi geri çağırmalıyıq"
25 Noyabr 2020 İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - VİDEO
25 Noyabr 2020 Rusiya Qarabağdakı sülhməramlılarının sayını artırdığını təkzib edib
25 Noyabr 2020 TƏBİB-in sözçüsü koronavirusa yoluxub
25 Noyabr 2020 Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO
25 Noyabr 2020 Pentaqondan Qarabağ açıqlaması
24 Noyabr 2020 Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır
24 Noyabr 2020 Zəngilanda qiymətli metalların axtarışına başlanacaq
24 Noyabr 2020 Çavuşoğlu: “Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışırıq”
24 Noyabr 2020 Səhiyyə Nazirliyi koronavurisla mübarizə aparan həkimlərə əlavə pul ödəyib
24 Noyabr 2020 Cənab Prezidentin xalqa sonuncu müraciəti olduqca maraqlı məqamlarla yadda qaldı
24 Noyabr 2020 Azərbaycanda 51 COVID-19 xəstəsi barəsində cinayət işi başlanıldı
24 Noyabr 2020 Rus hərbçilər Qarabağda mina təmizləməyə davam edirlər - Video
24 Noyabr 2020 “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO
24 Noyabr 2020 BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
23 Noyabr 2020 DİN: Yaşadığı evin kandarına maskasız çıxan şəxs cərimələnəcək