b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_16032866454568419379_1000x669.jpg Otuz ildir hər sabahımızı zaman Qarabağ yağı düşməndən azad olacaq?” “ zaman Azərbaycan xalqı sülh, əminamanlıq, şəraitində yaşayacaq? zaman Şuşaya, Xankəndiyə yenidən qayıdacağıq?” cavabsız qalan suallar ilə açdıq.

Otuz il səbr etdik bəlkə yağı düşmən torpaqlarımızdan sakit şəkildə əl çəkib gedər deyə. Amma olmadı! İllərdi torpaqlarımızın sülh yolu ilə azad olması, qan tökülməməsi, analarımızın gözü yaşlı qalmaması üçün çalışsaq da erməni azğınları torpaqlarımızdan murdar ayaqlarını sülh yolu ilə çəkmədi. Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərdən birində deyilir ki, “işğal olunmuş Azərbaycana əraziləri; Dağlıq Qarabağın ərazisi və qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisi azad olmalı, qaçqın və məcburi köçkünlər işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlardır”. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi”. Zaman yetişdi, Azərbaycan xalqı itirilmiş torpaqlarını igid oğullarının qanı bahasına qaytarmaq məcburiyyətində qaldı. Artıq üç şəhərimiz Cəbrayıl, Füzuli və Zəngilan işğaldan azad olunub. Hər gün bir neçə kəndimizin düşmən tapdağından azad olması sevincini göz yaşları içərisində qarşılayırıq. Azərbaycan xalqı qan tökülməməsi üçün hər bir şansdan istifadə etməyə çalışır. Dövlət başçımız Ali Baş Komandan İlham Əliyev Rusiyanın təklifi ilə iki dəfə humanitar atəşkəs razılığına gəldi. Lakin birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistan oldu. Atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər, bir gün ərzində Tərtər şəhərinə 100-dən çox raket atildi. Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə ballistik raketlə hücum edildi, dinc əhali öldürüldü. Cənab Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Gəncə hadisəsi ilə bağlı fikrini sərt şəkildə bilidrərək “Bu hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq” demişdir. Azərbaycan höküməti bu gün də atəşkəs razılığına gəlməyə hazırdır. Bu şərtlə ki, “Ermənistan yeddi rayonu boşaltmağa öhdəlik götürməlidir!”. Torpaqlar sülh yolu ilə qaytarılarsa ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq. Baxmayaraq ki, 1990-cı illərin əvvəlində ermənilər etnik təmizləmə həyata keçirərək 40 mindən çox azərbaycanlı yaşayan Dağlıq Qarabağda, əsasən Şuşada, Xankəndidə, soyqırım törətdikləri Xocalı şəhərində və bir çox başqa şəhərlərdə insanları öldürdülər. Bu gün azərbaycan əsgəri torpağını qanı bahasına düşməndən azad etsə də, onlar dinc əhaliyə silah tutmurlar, onları öldürmürlər. Cənab Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var. O dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin həyat və siyasət məktəbinin yetirməsidir. 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". Bəli, o gün, bu gündur. Ölkənin əksər Siyasi partiyaları işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəkləyir və onun ətrafında sıx birləşiblər. Azərbaycan Prezidentinin siyasi kursunun ən başlıca istiqamətlərindən biri məhz ordunun hərbi qüdrətinin artırılmasıdır. Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bizim ordu bu gün regionun ən qüdrətli ordusudur və qarşısında dayanan tarixi vəzifəni – torpaqlarımızın ərazi bütövlüyünü təmin etməyə tam qadirdir. Bu günun Azərbaycan əsgəri 30 ildir Vətən sevgisi, Qarabağ həsrəti ilə böyüdü. Ermənilərin “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə ağ yalan idi. Döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların ordusu qaçır. Azərbaycan ordusu onları məğlub edir. Cənab Prezidentin söylədiyi kimi “2 milyondan az əhalisi olan Ermənistan məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər?!”

Ruhəngiz Heydərova
238 nömrəli tam orta məktəbin müəllimi

30 Noyabr 2020 Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
29 Noyabr 2020 İşğaldan azad olunmuş Kəlbəcərin kəndlərinin görüntüləri - VİDEO
28 Noyabr 2020 Füzulidə minaya düşən maşından geriyə qalan mənzərə - Foto
28 Noyabr 2020 “Qarabağa gedib Azərbaycana qarşı döyüşdük” - PKK-dan etiraf
28 Noyabr 2020 FRANCE-24 Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
28 Noyabr 2020 DİN-dən işğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq
28 Noyabr 2020 “Qarabağ”ın futbolçuları Ağdamda - Fotolar
28 Noyabr 2020 Azərbaycanda daha 4 212 nəfər koronavirusa yoluxub
27 Noyabr 2020 Ramin Əhmədovun erməni vandallığından bəhs edən məqaləsi ərəb mətbuatında
27 Noyabr 2020 Bakı polisinə yeni rəis təyin edildi
27 Noyabr 2020 Sabah hava yağışlı olacaq
27 Noyabr 2020 İcra başçısı ölməyib, vəziyyəti ağırdır - Xəstəxanadan açıqlama
26 Noyabr 2020 Rus hərbçilərin Şuşa yolunu minalardan təmizləmə - Videosu
26 Noyabr 2020 Daxili İşlər Nazirliyi əhaliyə çağırış etdi
26 Noyabr 2020 Türkiyə XİN Fransa Senatının qətnaməsini pisləyib
26 Noyabr 2020 Milli Məclisdə Fransa Senatına etiraz bəyanatı qəbul olunub
26 Noyabr 2020 Deputat: "Parisdəki səfirimizi geri çağırmalıyıq"
25 Noyabr 2020 İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - VİDEO
25 Noyabr 2020 Rusiya Qarabağdakı sülhməramlılarının sayını artırdığını təkzib edib
25 Noyabr 2020 TƏBİB-in sözçüsü koronavirusa yoluxub