b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dfdfdfdf.jpg

Azərbaycan hərbçilərinin Kəlbəcərdə Zod qızıl yatağı ətrafından yeni görüntüləri yayılıb. Məlumata görə, Azərbaycan, Ermənistan və Rusiya sülhməramlılarının zabit heyəti qızıl yatağının demarkasiya prosesini davam etdirir.

Missiya.Az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan Azərbaycan tərəfinin Zod qızıl yatağının mülkiyyəti və oradakı insanların təxliyyəsi barədə məsələ qaldırıb.

Xaçatryan bildirib ki, Azərbaycan hərbçiləri mədəndə fəaliyyət göstərən Rusiya şirkətinin nümayəndələri ilə danışıqlar aparıb. Danışıqlardan sonra şirkət əməkdaşları ərazini tərk ediblər.

Qeyd edək ki, qızıl mədənini Azərbaycan-Ermənistan dövlət sərhəddi iki yerə bölür. Erməni tərəfi Kəlbəcər rayonunu təhvil verərkən dövlət sərhəddini qeyri-qanuni olaraq, Azərbaycan ərazisinə tərəf çəkiblər. Məlumata görə, bununla qızıl yatağına tam nəzarət etmək niyyətində olublar. Amma Azərbaycan əsgərlərinin müdaxiləsindən sonra erməni tərəfi geri çəkilib və demarkasiya prosesinə start verilib.

Artıq iki gündür mədənin sərhədlərinin razılaşdırılma prosesi davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan bu gün xalqa müraciətində bildirib ki, Zod qızıl mədəninin yarısına Azərbaycan, digər yarısına isə Ermənistan nəzarət edəcək. Bildirilir ki, mədənin 3 hissəsi Azərbaycanın, 1 hissəsi isə Ermənistanın ərazisinə düşür: "Bölgü SSRİ dövründəki kimi aparılacaq".

Elvin
Missiya.Az



23 Yanvar 2021 Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru həkimlərin maaşını mənimsəyib
22 Yanvar 2021 "Erməni lobbisinin gücü ABŞ-ın dövlət maraqları ilə toqquşduğu yerdə bitir" - Bayden kimin tərəfində olacaq?
22 Yanvar 2021 Böyük Britaniya Qarabağdakı qələbə münasibətilə Azərbaycanı təbrik edib
22 Yanvar 2021 Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı - FƏRMAN
22 Yanvar 2021 Ali məktəblərin açılması barədə qərar veriləcək
22 Yanvar 2021 Dünyada “COVID-19”a yoluxanların sayı 98 milyonu ötdü
21 Yanvar 2021 Gürcüstan fevralın 1-dən müntəzəm beynəlxalq uçuşları bərpa edə bilər
21 Yanvar 2021 Millət vəkili İlham Məmmədov şəhid ailələrini ziyarət edib - FOTOLAR
21 Yanvar 2021 “Paşinyan müharibə vaxtı xaricdən göndərilən hərbi köməkdən imitna edib, Türkiyənin agentidir” - Şahnazaryan
21 Yanvar 2021 Azərbaycanın avtomobil yollarında hazırki vəziyyət açıqlanıb
20 Yanvar 2021 “Lavrov Paşinyanı ittiham etdi, İlham Əliyevin fikirlərini təsdiqlədi” – Erməni mediası
20 Yanvar 2021 Türkiyə səfirliyindən 20 Yanvar açıqlaması
20 Yanvar 2021 Mehriban Əliyeva “Instagram”da 20 Yanvarla bağlı paylaşım edib
19 Yanvar 2021 Paşinyanın arvadı döyüşlər vaxtı erməni komandirləri çətin vəziyyətə salıb: "Cinayət işi açılmalıdır"
19 Yanvar 2021 Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
19 Yanvar 2021 "Bakı və Ankara İrəvana daha çox təsir edəcək, bu hakimiyyət getməlidir" - Ohanyan
19 Yanvar 2021 TƏBİB sədri vətəndaşlara müraciət edib: "İnanmayın"
19 Yanvar 2021 Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
19 Yanvar 2021 Dünyada “COVID-19”a yoluxanların sayı 96 milyonu ötdü
18 Yanvar 2021 Vilayət Eyvazov: “İkinci Qarabağ müharibəsində Daxili Qoşunların 65 nəfər hərbi qulluqçusu şəhid olub”