b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1599820437_mailservice.jpg

8 yaşlı Həcər Zeynallının anası Leyla Quliyeva həyat yoldaşının günahsız olduğunu və qonşularının fikirlərini şər və böhtan adlandırır.

Missiya.Az xəbər verir ki, azyaşlının anası qonşuları ilə aralarında ədavət olduğu üçün onlara şər atıldığını deyib.

Leyla Quliyeva - Həcər Zeynallının anası: “Hansı ata öz uşağını tənbeh etmir, vurmur. Yalandan əlinin ucu ilə uşağı vurdu. Amma dursun, əlinə bıçağı alsın, qızdırsın, əlinin üstünə bassın, bu, ağ yalandır, böhtandır. Heç buna özüm icazə vermərəm. Bunu mən necə əzabla böyütmüşəm. Evdə qardaşı ilə oynayanda əlini qaz peçində yandırdı. Mənim yoldaşımla ədavətləri var, yalandan danışırlar”.

Mövcud məsələ ilə bağlı adı hallanan qızın atalığı Əliqulu Quliyev işdə olduğundan onunla telefon əlaqəsi yaratdıq. Əliqulu Quliyev ona qarşı səslənən ifadələrlə qətiyyən razılaşmadığını, uşağın əlini yandırmadığını deyir.

Əliqulu Quliyev - Həcərin atalığı: “Xeyr, qardaş, qonşular yanlış məlumat veriblər. Danışan qız da yalan deyib. Ağzı bağlı olan xanım da yalan danışıb. O heç bizim qonşu da deyil. Mənimlə ədavətləri var, bir neçə ay bundan öncə onların əli ilə kreditlə televizor götürmüşəm. Fəhlə işləyən adamam. Ödədiyim pulun çekini tələb edəndə, mənə o çeki vermədilər. Sonra kredit verən şəxsi tapdım. Bunların da əli həmin puldan çıxdı. Qardaş, onlar uşağı öyrədib danışdırıblar, yalandır”.

Məsələni dəqiqləşdirmək üçün 8 yaşlı Həcər Zeynallı ilə bir az söhbət etdik. O, öyrədildiyini və atalağının ona xəsarət yetirmədiyini deyib.

Həcər Zeynallı - işgəncə gördüyü iddia edilən qız: “Qardaşım Ümidlə oynayanda əlim qaz peçində yandı. Məni onlar öyrətdilər. Mən çəkilişdən qabaq onlara dedim ki, əlim peçdə yanıb, amma onlar belə çəkdilər. İstədilər ki, atama şər atım”.

Qeyd edək ki, məlum hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət olunduqdan dərhal sonra araşdırmalara başlanılıb. Ögey ata və adı hadisədə hallanan şəxslərin hər biri Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb və ekspertiza təyin olunub. Sumqayıt şəhər polis idarəsindən bildirilib ki, azyaşlının işgəncəyə məruz qaldığı iddiası təsdiqini taparsa, məsələyə hüquqi qiymət veriləcək.


29 Oktyabr 2020 Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN
29 Oktyabr 2020 Erməni hərbçiləri arasında atışma olub, ölən və yaralananlar var
29 Oktyabr 2020 Ermənistanla sərhəddə Rusiya zastavasının atəşə tutulması məlumatı yalandır - RƏSMİ
29 Oktyabr 2020 Düşmən Goranboya raket atdı: Ölən var - RƏSMİ
29 Oktyabr 2020 Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi
29 Oktyabr 2020 Düşmənin bu gecə məhv edilən döyüş texnikaları - SİYAHI
28 Oktyabr 2020 Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
28 Oktyabr 2020 Azərbaycanda xüsusi karantin rejimi bu tarixədək uzadıldı
28 Oktyabr 2020 Yeni ərazilər işğaldan azad edildi - Prezident elan etdi
28 Oktyabr 2020 Bərdədə ölənlərin sayı 20 nəfərə çatdı - Yenilənib
28 Oktyabr 2020 Bərdədə ölənlərin sayı 19-a çatdı
28 Oktyabr 2020 MN: Bərdə şəhəri "Smerç”lə vurulub
28 Oktyabr 2020 Bərdə şəhərinə yenə raket hücumu: Ölənlər var
28 Oktyabr 2020 Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini iki həftəlik dayandırıb
28 Oktyabr 2020 İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib
28 Oktyabr 2020 Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
28 Oktyabr 2020 Ceyhun Bayramov və Çavuşoğlu Qarabağdakı son vəziyyəti müzakirə etdi
28 Oktyabr 2020 Bu gün ermənilər Tərtərə 30-a yaxın mərmi atıb
28 Oktyabr 2020 Lük Koffi: "Eşitmişəm ki, Azərbaycan dəhlizə nəzarət edir"
27 Oktyabr 2020 Qarabağda separatçıların “müdafiə naziri” belə məhv edildi - ANBAAN VİDEO