b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_15940359672144350151_1000x669.jpg
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycan iqtisadiyyatındakı geriləmələrdən və bütün bunlara baxmayaraq son 6 ay ərazində qeyri-neft sənayesində baş verən artımdan danışıb. 

Prezidentdən sitat:
 “Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və pandemiya bizim ölkəmizdə də iqtisadi vəziyyətə mənfi təsir göstərmişdir. Pandemiya gözəl nəticələr vəd edən iqtisadi planlara müdaxilə etdi. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı”.

Əlbəttə ki, Azərbaycanda iqtisadiyyatında yaşanan geriləmə təbii qarşılanmalıdır. Çünki dünya bazarında neftin qiymətinin düşməsi fonunda, “COVİD-19” infeksiyasının qlobal iqtisadiyyata gətirdiyi gərginlik ciddi maliyyə itkilərinə səbəb olur. Neftin ixracından gələn vəsaiti bir kənara qoyub, digər sektorlara nəzar salsaq görərik ki, yeni növ koronavirus ölkədaxili turizmi, Azərbaycana xaricdən gələn turist axınını, otelçiliyi, daxili ticarəti, toy biznesini, hava nəqliyyatını və bir çox sahələri iflic vəziyyətə salıb. Hava və quru sərhədləri bağlı olduğu üçün Azərbaycan fevral ayından demək olar ki, turist qəbul edə bilmir, həmçinin daxildə bölgələr arasında gediş-gəliş məhdudiyyətinin tətbiq olunması ilə bağlı istirahət məkanları boş qalıb. 

Həmçinin İran və Gürcüstanla sərhədlərin uzun müddətdir ki, bağlı qalması yeri əhalinin qonşu ölkələrlə ticarət əlaqəsi yaratmasına mane olur. Bütün bu kimi maneələrin Azərbaycan iqtisadiyyatında geriləmələrin baş verməsinə ciddi səbəb yaradır. İqtisadi proseslər təkcə Azərbaycanda deyil, bütün dünyada mənfi dinamika ilə inkişaf edir. Prezidentin də qeyd etdiyi kimi, pandemiya gözəl nəticələr vəd edən iqtisadi planlara müdaxilə edib.

Ölkə başçısı pandemiya dövründə Azərbaycan iqtisadiyyatında geriləmələrdən danışarkən qeyd edib ki, iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur.

Prezidentdən sitat: 
 “İqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur. Beş ayın yekunlarına görə kənd təsərrüfatında 3 faizdən çox artım vardır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində Azərbaycanın valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_15940359682918138754_1000x669.jpg

Belə çətin dövrdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində yaşanan ciddi artımların kökündə pandemiyadan əvvəl yürüdülən düzgün iqtisadi siyasət, qeyri-neft sektoruna, qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlara göstərilmiş dövlət dəstəyi dayanır. 

Məsələn, Dünya Bankının hazırladığı “Doing Business” reytinqində Azərbaycan hər il olduğu kimi bu il də irəliləyişlərə nail olub. Azərbaycan Dünya Bankının hazırladığı son “Doing Business 2020” hesabatında islahatları inkişaf etdirən 20 ölkə sırasında yer alıb. 

Həmçinin yaxın günlərdə ictimaiyyətə təqdim olunmuş “Davamlı inkişaf hesabatı - 2020” sənədində Azərbaycan dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi”nə görə, regional liderdir.

Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı təqdim olunan müsbət rəqəmlər 2000-ci illərin əvvəllərindən qarşıya qoyulan hədəflərin doğurduğu real nəticələrdir. Biz real sektora qoyulan sərmayənin əhəmiyyətini pandemiya dövründə daha çox hiss edirik. 

Hazırda neft ixracından əldə olunan vəsait kəskin azalıb və pandemiyanın gətirdiyi məhdudiyyətlər digər sektorların da işini ağır vəziyyətə salıb. Amma müşahidələr göstərir ki, Azərbaycanda maaşların, pensiyaların, sosial müavinətlərin, təqaüdlərin verilməsində heç bir problem yaşanmır. 

Məlumdur ki, pandemiya Azərbaycan dövlətinin üzərinə əlavə maliyyə yükü gətirib. Əhalinin sağlamlığının qorunması məqsədi ilə karantin rejimləri tətbiq olunur. Tətbiq olunan məhdudiyyətlər nəticəsində əhalinin iş yerləri müvəqqəti qapadılır, həmçinin sahibkarlar ciddi maliyyə itkisi ilə qarşılaşırlar. Amma dövlət bu itkini tam şəkildə öz üzərinə götürür və həm sahibkarın, həm də sadə vətəndaşın sosial müdafiəsi problemsiz həyata keçirilir. Məsələn, iqtisadi geriləmələrə baxmayaraq, heç bir sosial layihə təxirə salınmayıb. Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, sosial layihələrin bundan sonra da təxirə salınması planlaşdırılmır. 

Yəni dövlət vətəndaş qarşısındakı öhtəliklərini tam şəkildə yerinə yetirir. Həm xalqın sağlamlığı, həm də maddi təminatı dövlətin nəzarət altındadır. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_baku_banco.az__2.jpg

Təhlillər göstərir ki, ötən dövrlərdə olduğu kimi, pandemiya dövründə də Azərbaycan dövlətinin qarşısında duran əsas məqsəd əhalinin məşqulluğunun təmin edilməsi, sosial müdafiəsinin təminatıdır. Əldə olunan nəticələr göstərir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modeli istər pandemiya, istərsə də postpandemiya dövründə nümunəvi olacaq.

Sonda ekspertlərin də fikirlərinə diqqət yönəltmək istərdik. Maliyyə sahəsinin mütəxəssisləri mövcud vəziyyəti təhlil edərkən qeyd edirlər ki, Azərbaycanın hazırkı valyuta ehtiyatları, neft gəlirləri olmadan belə ölkədə iqtisadi tarazlığı uzun illər qoruyub saxlaya biləcək səviyyədədir. Yeri gəlmişkən, dövlət başçısı da öz çıxışında neftin dünya bazarlarında ucuzlaşmasından danışarkən, qiymətin minimum həddə düşəcəyi halda belə Azərbaycanın ayaqda duracağını xüsusi qeyd etdi. Bu isə heç şübhəsiz ki, zamanında atılmış doğru addımların və dəqiq ölçülərlə yürdülmüş iqtisadi siyasətin nəticəsidir.

Missiya.Az
 


12 Avqust 2020 İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış olub - VİDEO
11 Avqust 2020 Prezident yeni qanun imzaladı - İnzibati Xətalar Məcəlləsində yeni maddə
11 Avqust 2020 Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovla görüşdü - FOTO
11 Avqust 2020 Azərbaycanın yeni XİN rəhbəri ilk səfəri bu ölkəyə etdi
10 Avqust 2020 Prezident İlham Əliyev açılışda - FOTO
08 Avqust 2020 İşğal olunmuş ərazilərə erməni əsilli livanlıların köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
08 Avqust 2020 Baş nazirdən magistratura və rezidentura ilə bağlı QƏRAR
08 Avqust 2020 İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu
07 Avqust 2020 Türkiyə-Azərbaycan hərbi təlimlərinin yeni görüntüləri - VİDEO
07 Avqust 2020 Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
06 Avqust 2020 Prezident Tovuza dəyən ziyanla bağlı 1 milyon ayırdı
06 Avqust 2020 Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM
05 Avqust 2020 Azərbaycan Livana bir milyon dollar yardım edəcək
05 Avqust 2020 Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
05 Avqust 2020 Azərbaycan Livana maliyyə yardımı göstərəcək
04 Avqust 2020 Dövlət pandemiya ilə bağlı pul verəcək - Yeni iqtisadi paket hazırlanır
04 Avqust 2020 Tramp karantin tədbirlərinə qarşı olduğunu açıqladı: "Zərəri xeyirindən çoxdur"
03 Avqust 2020 Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partlayış baş verib
03 Avqust 2020 DİN Fuad Qəhrəmanlı ilə bağlı iddialara münasibət bildirdi
03 Avqust 2020 Ermənistanla Faşist Almaniyası arasında oxşarlıqlar nədir?