b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_1593755801_koronavirus-1111.jpg

Azərbaycanda koronavirusla bağlı vəziyyət acınacaqlı həddə çatıb. Hökumət bütün mümkün varinatları tətbiq edir, cəmiyyət həyacan içindədir, vətəndaşlar sürətlə virusun cənginə düşürlər.

Yeganə və dəyişilməz xilas yolu budur: MƏSAFƏ - MASKA - GİGİYENA - İMMUNİTET. Qalır sağa, sola, arxaya dönmədən bu yolla işığa çatana qədər getmək. Ancaq düz getmək. 3 tərəf var: Hökumət, cəmiyyət, vətəndaş. "MƏSAFƏ - MASKA - GİGİYENA - İMMUNİTET" adlı xilas yolunda hansı tərəfin üzərinə öhdəlik düşürsə, ona məsuliyyətlə və MƏSULİYYƏTLƏ əməl etsin. 

Vəziyyət çox, həm də çox acınacaqlıdır. 

Statistikaya diqqətlə baxsaq, dəhşəti təsəvvür edəcəyik. "Taun" romanında bəhs olunan bəladan daha amansızı ilə iç-içəyik. Virus bütün varlığımıza hakim olub. 

Xilasımız məsuliyyətimizdədir. 

Qeyd: Bu fikirləri tanınmış dəyərli jurnalist Afaq Vasifqızının "SOS" təqdimatı ilə paylaşdığı statusu oxuyandan sonra yazdım. 

Həmin paylaşımı təqdim edirəm:  

"Yaponiya - 126 milyon əhalidən 18 874 xəstə
Azərbaycan - 10 milyon əhalidən 18 684 xəstə
Avstriya - 9 milyon əhalidən 17941
Serbiya 7 milyondan 15195
Cənubi Koreya - 51 milyondan 12967
Özbəkistan - 32 milyondan 9078
Avstraliya - 24 milyondan 8066
Macarıstan 10 milyondan 4166 xəstə

Yaponiyada əhali 10 dəfə bizdən çoxdu. xəstəlik göstəricilərimiz bərabərdir. Özbəkistanda əhali sayı 3 dəfə bizdən çoxdu, xəstə sayı 2 dəfə bizdən az. Macarıstan bizim boydadı, xəstə sayı az qala 5 dəfə bizdən az..

SOS demək vaxtıdı..
Özünü qoru, millət... qırıla-qırıla gedirsən axı..."

Ceyhun Musaoğlu
RUPOR.AZ


14 Avqust 2020 Ermənilərin Gəncəni vuracağı hədələri ilə bağlı nazirlikdən SƏRT REAKSİYA
14 Avqust 2020 Paşinyan BBC-də biabır oldu - Video
14 Avqust 2020 Azərbaycanda “Wi-Fi” şəbəkələrində yaranan problemlərin səbəbi açıqlanıb
14 Avqust 2020 Sabahdan temperatur aşağı düşür
14 Avqust 2020 Prezidentin diplomatlarla bağlı son çıxışı - “Dövlətə xəyanət və satqınlıq ediblər” - VİDEO
13 Avqust 2020 DTX-nin saxladığı Eldar Həsənov kimdir? - DOSYE
13 Avqust 2020 Azərbaycanla Türkiyə arasında viza sazişi qüvvəyə mindi
12 Avqust 2020 “WhatsApp”da yeni funksiya tətbiq olunacaq
12 Avqust 2020 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
12 Avqust 2020 Türkiyənin müdafiə naziri və Baş qərargah rəisi Azərbaycana gəlir
12 Avqust 2020 MİDA-nın keçirdiyi satışlarda mənzil alanların sayı artıb
12 Avqust 2020 Koronavirus peyvəndi ilə bağlı şad xəbər: Daha bir ölkə istehsala başladı
11 Avqust 2020 Çimərliklərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO
10 Avqust 2020 "Qarabağ" dayaq blokunun əhəmiyyəti nədir? - Prezidentin uzaqgörən neft strategiyası
10 Avqust 2020 Azərbaycanın xeyirinə dəyişən geosiyasi vəziyyət: Qafqazda Rusiya Türkiyə savaşı ola bilərmi?
10 Avqust 2020 İlham Əliyev Aleksandr Lukaşenkoya zəng etdi
10 Avqust 2020 Azərbaycanda daha bir general-leytenant vəfat etdi - FOTO
09 Avqust 2020 Bakıda polis onu bıçaqlayan oğruya atəş açdı
08 Avqust 2020 Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş... - RƏSMİ
08 Avqust 2020 TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama