b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_dfgdgfhgfhghg.jpg

ABŞ-da qaradərili George Floydun polis tərəfindən öldürülməsindən sonra bütün ölkəni bürüyən etirazlarla bağlı sirli məqamlar ortaya çıxıb.

Məlumat üçün bildirək ki, 46 yaşlı qaradərili dələduzluq şübhəsi ilə polis tərəfindən saxlanılarkən işgəncələrə məruz qalmışdı. Polisə dəfələrlə “nəfəs ala bilmirəm!” desə də, onun yalvarışlarına məhəl qoyulmayıb və nəticədə Floyd həyatını itirib. 

ABŞ cəmiyyəti isə polis vəhşiliyinin acığını Ağ Evdən çıxmağa çalışır. Bir növ bacarıblar. Çünki ölkənin bütün şəhərlərində sosial həyat iflic olub. Bu gərginliyin üzərinə koronavirusla bağlı karantin tədbirlərini də gəlsək, super gücün həm siyasi, həm də iqtisadi vəziyyətinin heç də yaxşı olmayacağını deməyə əsaslarımız yaranır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_5ed7327755428215c401b3c3.jpg

Bəs, ABŞ-da baş verənlərdən kimlər yararlanmaq və prosesləri daha gərgin məcraya yönəltmək istəyir? Onların məqsədi nədir?

Etirazların arxasındakı güc və ya güclərlə bağlı müxtəlif iddialar var. "BBC Türkcə"də dərc olunan araşdırmada qeyd edilib ki, ABŞ-dakı aksiyaların arxasında Açıq Cəmiyyət İnstitutunun rəhbəri, milyarder Corc Soros dayanır.

İddialara görə, Soros etirazlara ciddi maliyyə dəstəyi göstərir. Məqsəd isə ABŞ-da “irq savaşı” başladıb Trampı devirməkdir. 

Soros da səsləndirilən iddialara reaksiya verib. Rəhbəri olduğu Açıq Cəmiyyət İnstitutu “Twitter” hesabından ABŞ-dakı ixtişalaşlarla dəstək olmadıqlarını bəyan edib: “Cənab Soros və Açıq Cəmiyyət İnstitutu şiddətə qarşıdır və insanlara aksiyalarda iştiraka görə heç bir ödəmə edilməyib”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_5ed7327855428215c401b3d3.jpg

Digər iddialara görə ixtişaşlar xaricdən təşkil olunur. Qeyd edilir ki, ABŞ-dakı qarşıdurmanın arxasında Rusiya dayanır.

Minlərlə dəfə paylaşılan “Twitter” mesajlarında qeyd edilib ki, Floydun ölümünün arxasında Rusiyanın gizli maraqları var.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_5ed7327755428215c401b3c5.jpg

Həmçinin ixtişaşlarla bağlı yayılan saxta və köhnə videolar cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Polisin şiddət göstərməsi ilə bağlı yayılan köhnə videoları bir gün ərzində 10 milyonlarla insan izləyib. Amma həmin videolar Şimali Kaliforniyada aprel ayında çəkilib. Yəni ABŞ-da bir neçə gündür davam edən ixtişaşlara heç bir aiddiyyəti yoxdur.

Belə saxta və yalan informasiyaların kimlərsə tərəfindən sosial şəbəkələrə sızdırılması isə aksiyaların daha da alovlanmasına səbəb olur. Aydın olur ki, etiraz aksiyalarında gərginliyin artması hansısa qrupların maraqlarına xidmət edir.

Elvin
Missiya.Az



07 İyul 2020 Ağdərənin işğalından 27 il ötür
07 İyul 2020 Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş - Baş infeksionist danışdı
07 İyul 2020 Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - Həkimdən açıqlama
06 İyul 2020 Prezident: “Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”
06 İyul 2020 Prezident “Fairmont”dakı hadisədən danışdı
06 İyul 2020 BDU-da virtual elmi seminar keçirilib - FOTO
06 İyul 2020 Prezident bu nazirliyə yeni səlahiyyət verdi
06 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
06 İyul 2020 AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxdu - FOTO
06 İyul 2020 Mirşahin Ağayev koronavirusa yoluxdu
06 İyul 2020 Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb - VİDEO
06 İyul 2020 Hovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi - VİDEO
05 İyul 2020 Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
04 İyul 2020 “Sobsan” boya fabrikində güclü yanğın - VİDEO
04 İyul 2020 Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT
04 İyul 2020 İş icazəsi ilə Qəbələyə istirahətə gedənlər cərimələndi - VİDEO
03 İyul 2020 Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
03 İyul 2020 Bakıda ekspress xətlərin fəaliyyəti bərpa olunur
03 İyul 2020 Azərbaycanda daha bir kanalın əməkdaşlarında koronavirus aşkarlandı
03 İyul 2020 DTX əməliyyat keçirdi - Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxsləri saxlanıldı