b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_sfdsfdgd.jpg

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb.

Missiya.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.

Artıq minlərlə şəxsin cəriməni məcburi ödəməsi üçün qaldırılan iddialara məhkəmələrdə baxılır.

BDYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib ki, cəriməni ödəmək üçün qanunda nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra müvafiq qərarın verilməsi ilə bağlı məhkəməyə müraciət olunur:

“Bu zaman cərimənin məcburi ödətdirilməsi məqsədilə məhkəmə həmin şəxsin əmək haqqından, pensiyasından və digər gəlirlərindən tutulmasına qərar verə bilər. Eyni zamanda, cərimə olunan şəxslərin əmlakına həbs qoyula bilər. Artıq bununla bağlı məhkəmə qərar verəcək”.

Mayın 18-dək təkcə yol polisləri tərəfindən 55 min 678 sürücü karantinə görə cərimə olunub. Eyni zamanda, piyada naryadında xidmət aparan polis əməkdaşları da qayda pozan on minlərlə şəxs haqda protokol tərtib ediblər.

Lakin qərarla razılaşmayaraq protokol tərtib edən orqanlara qarşı da iddialar qaldıranlar var. Onlarla sürücü qərarla razılaşmayıb və protokolun əsassız yazıldığını iddia edərək məhkəməyə müraciət edib.

İyunun 1-dən başlayaraq məhkəmə orqanları hər iki tərəfin müraciətlərinə baxıb qərar çıxaracaq.

Xatırladaq ki, karantin qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur.

Buna görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan beş min manatadək cərimə edilir. Azərbaycanda yazılan cərimələrin əksəriyyəti fiziki şəxslərlə bağlı olub, məbləğ də bir çox hallarda 100 manat təyin olunub.



12 İyul 2020 Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı
10 İyul 2020 DTX-dən Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarının saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA
10 İyul 2020 İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ
10 İyul 2020 TƏBİB-dən rayona getmək istəyənlərə - CAVAB
10 İyul 2020 XİN-in Konsulluq İdarəsinin rəisi saxlanıldı
10 İyul 2020 Azərbaycanda reanimatoloq koronavirusa yoluxdu - FOTO
10 İyul 2020 Bakıda karantin postları yenidən qurulub - AÇIQLAMA
09 İyul 2020 Niyə Gürcüstan koronadan qurtulur, bizsə yox?..
09 İyul 2020 Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü
09 İyul 2020 SMS-siz küçəyə çıxan 3 nəfər həbs olundu - RƏSMİ
09 İyul 2020 Mehriban Əliyeva koronavirusa yoluxmuş həkimin səhhətini nəzarətə götürdü
09 İyul 2020 Yüzlərlə nəqliyyat vasitəsi postlardan geri qaytarıldı - RƏSMİ
09 İyul 2020 Avtomobillə icazəsiz hərəkət edənlərin diqqətinə - Bu yolla cərimələnəcəksiniz - VİDEO
09 İyul 2020 Daha 6 rayon və 3 şəhər üzrə 190 manat VERİLƏCƏK
08 İyul 2020 Azərbaycanda iki ildir axtarışda olan şəxslər ələ keçdilər - FOTO
08 İyul 2020 Yasamalın icra başçısı növbəti reyd keçirdi - FOTOLAR
08 İyul 2020 Azərbaycanda koronavirusa yoluxmuş şəxs ət satışı məntəqəsində tutuldu
07 İyul 2020 Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxub, 453 nəfər sağalıb
07 İyul 2020 "Azərbaycan Bayrağı" ordenli polis koronavirusdan ölüb
07 İyul 2020 Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı