b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfgdgfghf.jpg

Missiya.Az-ın müsahibi Jurnalist Ekspert Mərkəzinin sədri, yeni yaradılan “Rupor.az” saytının baş redaktoru, “Tərəqqi” mükafatçısı Ceyhun Musaoğludur.

Ceyhun bəylə “Rupor”un fəaliyyəti barədə söhbət etdik. Sayt yarandığı ilk günlərdə adından söz etdirə bilib.

-Artıq Rupor.az saytı bir neçə gündür fəaliyyətə başlayıb. Bu müddət ərzində saytınızın oxucu kütləsinin artımını hiss edirsinizmi?

- Biz öncə oxucu hörmətinin artdığını hiss edirik. Ölkədə “Rupor”dan əvvəl güclü saytlar olub və var. Təbii ki, biz onlardan bəhrələnirik. Başqa KİV orqanlarından demək olar fərqimiz yoxdur. Sadəcə çalışırıq daha səliqəli, dəqiq olaq. Bizim mühitdə bəzi hallarda dəqiqliyi operativliyə qurban verirlər. Jurnalist Ekspert Mərkəzi olaraq, həmişə bu tendensiyanın ziyanlı olduğunu demişik. Nə qədər operativ olursan ol, əgər yazdığın dəqiq deyilsə, artıq mənasızdır. “Rupor”un oxucu sayında da artım var. Hələ 10 gündür yaranmışıq, 10 ilin saytları var, biz yeni addımlayırıq.


b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_sdfdggfdgfggf.JPG


-Saytın fəaliyyəti gözləntilərinizi doğruldurmu?

-Əslində biz oxucudan yox, oxucu bizdən gözləyir. Olmasın “Rupor”. Oxumalı o qədər KİV orqanları var ki. Bizim fərqlərimiz qabarıq deyil, sadəcə bir nüansı qabarıq şəkildə qeyd edirik. “Rupor”un qapıları hər kəsin üzünə açıqdır: bütün QHT-lərin, dövlət orqanlarının, məmurların, iqtidar, müxalifət siyasətçilərinin, jurnalistlərin, ictimaiyyətin müxtəlif təbəqə təmsilçilərinin. Yetər ki, göndərdikləri məlumat, verdikləri xəbər peşə prinsiplərimizə, dövlətçilik ənənələrimizə xələl verməsin. Açıq danışaq, hər kəsin, istədiyi vaxt hansısa KİV orqanında çıxış etmək imkanları azdır. Biz mətbuat adamıyıq, buralıyıq, bir məhəllədə yaşayıb, işləyirik. Hətta mənim yazılarımı, rəhbərlik etdiyim Mərkəzin məlumatlarını dərc etməyən KİV orqanları olub, var. Biz bu dəbin tam əksinə gedəcəyik. “Rupor” adından da göründüyü kimi, ictimaiyyətin səsini gücləndirib, hökumətə, dövlətə, əks tərəfin də səsini gücləndirib ictimaiyyətə çatdıracaq. Jurnalistika körpüdür, biz bu körpünün dayaqlarının daha da möhkəmlənməsinə səy göstərəcəyik.

-İzləyirik, maraqlı rublikalar hazırlayırsınız. Gələcəkdə hansı tip rublikaların hazırlanmasını planlaşdırırsınız?

- Hələ ki, əsas bir rubrikamz var: “İstedadlı uşaqları aşkara çıxarmaq”. Təkamül nəzəriyyəsindən qaçmaq mümkün deyil. Nəzəriyyəyə görə, gələcək mütləq bu günün yeniyetmələri olan sabahın gənclərinindir. Sabah dövlətin idaretmə strukrurlarında, ictimai vəzifələrdə, vətəndaş cəmiyyətinin formalaşmasında rol ala biləcək insanları indidən seçməliyik. Məmurlarla bağlı baş verən son neqativ hadisələr bir daha göstərdi ki, təsadüfi insanların sükan arxasına keçməsi qəzaların yaranmasına səbəb olur. Gələcəyin söz sahiblərini indidən aşkara çıxarıb, onları düzgün istiqamətləndirsək, vətənə sevgi, dövlətə sədaqət, hakimiyyətə hörmət ruhunda tərbiyə etsək, istedadlarının düzgün idarə olunmasına dəstək versək, sabahın işıqlı olcağına indidən zəmin yaradarıq.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_sdfsfddgdgdg.JPG

Layihəyə maraq böyükdür. Artıq xeyli sayda valideyn müraciət edib və bir neçə yazı hazırdır. Biz həmin uşaqlardan götürdüyümüz müsahibələri kitab şəklində nəşr etdirməyi də planlaşdırırıq.

Digər rubrikamız isə, əslində rubrika da deməzdim, yanaşmamız dəyərli həmkarlarımızla bağlıdır. Biz bütün həmkarlarımızın doğum gününü sayt vasitəsilə təbrik edir, onların bioqrafik təqdimatını verir və bir neçə cümləlik isti sözlər yazırıq. Mən jurnalistləri lap çox istəyirəm, onlar üçün çalışmaq, onların könlünü xoş etmək, rifahlarının yaxşılaşmasına çalışmaq amalımdır.

Jurnalistika çox çətin peşədir, bəlkə də ən çətin peşədir. Jurnalistlərimizi göz bəbəyimiz kimi qorumalıyıq. Heç kimə ehtiyac yoxdur, özümüz-özümüzü qoruyaq kifayətdir.

-Əsasən hansı oxucu kütləsinə uyğun yazılar, xəbərlər hazırlamağı düşünürsünüz?

- Bütün oxucular bizim yaxşı mənada hədəfimizdir. Biz hər kəsin ayağına getməyə hazırıq. Əməkdaşlarımıza tapşırmışam, heç kimə yox deməsinlər. Eybi yox, qoy yazdığı zəif olsun, içərisində xəbər yükü olmasın, bəs biz kimik, düzəldəcəyik, bəzəyəcəyik, elə edəcəyik ki, oxunaqlı yazı olsun.

Mətbuata xüsusi minnətdarlığımı bildirirəm, bizə çox böyük diqqət göstərirlər. Həm onların, həm dövlətimizin, həm də oxucuların rəğbətini qazanmağa çalışacağıq.

Missiya.Az


25 Oktyabr 2020 İlham Əliyevdən “Fox News”un qərəzli sualına SƏRT CAVAB
25 Oktyabr 2020 Ordumuz Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində yeni mövqelərə irəliləyib - RƏSMİ
24 Oktyabr 2020 İlham Əliyevin qoşulmama siyasəti və ATƏT-ə dəyən sərt şapalaq – Rəsmi Bakının diplomatik performansı
24 Oktyabr 2020 Hikmət Hacıyev: “Terrorun növbəti qurbanı Rusiya vətəndaşı olub” - FOTO
23 Oktyabr 2020 Arutyunyan Putinə yalvardı: Döyüşləri dayandırın
23 Oktyabr 2020 İsrail Azərbaycana humanitar yardım göndərdi
23 Oktyabr 2020 Ermənilərin xilas yolu: Ağ bayraqla təslim olmaq – Gedişat Ermənistanı məhvə aparır – ŞƏRH
23 Oktyabr 2020 Milli Birliyimizi pozmaq cəhdi: Paşinyanı qorumaq tapşırığı alanların hiyləgər planları baş tutmayacaq
23 Oktyabr 2020 Erməni təxribatları nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı
23 Oktyabr 2020 Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ
23 Oktyabr 2020 Dmitri Peskov: "Moskva Bakı ilə dostluğu yüksək qiymətləndirir”
22 Oktyabr 2020 Prezident: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq"
21 Oktyabr 2020 Cəbrayılın işğaldan azad olunan Çərəkən kəndi - VİDEO
21 Oktyabr 2020 Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi
20 Oktyabr 2020 Prezident: “Ermənistan rəhbərliyində nə ağıl var, nə mənəviyyat”
20 Oktyabr 2020 İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO
20 Oktyabr 2020 Ermənilər Tərtər və Ağdamı atəşə tutur - RƏSMİ
20 Oktyabr 2020 Ceyhun Bayramovun Mayk Pompeo ilə görüşü nəzərdə tutulub
20 Oktyabr 2020 İşğaldan azad edilmiş torpaqlarda yeni tədqiqat işlərinə başlanılır - RƏSMİ
20 Oktyabr 2020 Ağcabədidə kişi qardaşı oğlunu güllələdi