b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fghfghfhgfhghghg.jpg
"Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi Qaydası” təsdiqlənib.
 
Missiya.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Nazirlər Kabineti Qaydaya əlavələr edilməsini qərara alıb.
 
Qərarla ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin saathesabı ödənilməsi məbləği bir saat üçün 15 manat müəyyən edilir.
 
Ekspertiza işlərinə cəlb edilən ekspertlərin əməyinin ödənilməsi üçün sərf olunan vaxta əsasən, saat normaları aşağıdakı kimidir:
 
- ekspert şurası üzvlərinin ekspert şurasının iclasında iştirakı - 3 saat;
 
- fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya və sənədlərin ekspertizası - 12 saat;
 
- elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya və sənədlərin ekspertizası - 16 saat;
 
- xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 8 saat;
 
- xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 12 saat;
 
- professor elmi adı almaq üçün təqdim olunmuş sənədlərin ekspertizası - 6 saat;
 
- dosent elmi adı almaq üçün təqdim olunmuş sənədlərin ekspertizası - 4 saat;
 
- xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 2 saat;
 
- xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 4 saat.
 
Ekspert şurasının sədri, sədr müavinləri və elmi katiblərinin ekspert şurasının iclasında iştirakına bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilən saat normasının ikiqat əmsalı tətbiq edilir.
 
Ekspertiza işlərinə cəlb edilən ekspertlərin əməyinin ödənilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
 
Ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin saathesabı ödəniş haqları Komissiyanın xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
 
"Ekspertiza işlərinə cəlb edilən ştatdankənar ekspertlərin əməyinin ödənilməsi haqqında” Nazirlər Kabinetinin 1999-cu il 16 iyun tarixli 99 nömrəli qərarının müddəaları Komissiyanın nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsinə şamil edilmir.
06 Dekabr 2019 Ümumxalq sevgisinin Şamaxı mənzərəsi - Prezidenti belə qarşıladılar - FOTO
06 Dekabr 2019 Prezident və birinci xanım Şahxəndan türbəsində - FOTOLAR
06 Dekabr 2019 Mehriban Əliyevanın təşəbbüsünə ölkə ictimaiyyəti də qoşuldu - FOTOLAR
06 Dekabr 2019 Mikayıl Cabbarov Bakıda erməni nazir müavininə cavab verdi
06 Dekabr 2019 İlham Əliyev: Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır
05 Dekabr 2019 YAP seçkilərə bu namizədlərlə GEDƏCƏK - Siyavuş Novruzov AÇIQLADI
05 Dekabr 2019 Hökumətdən “7 gün istirahət” qərarı ilə bağlı açıqlama - RƏSMİ
05 Dekabr 2019 Siyavuş Novruzov: "Fikrimdə qalıram, Azərbaycanda acından ölən yoxdur"
05 Dekabr 2019 İcra başçısı 25 yaşlı gəncə yüksək vəzifə verdi
05 Dekabr 2019 Bakıda maşın mağazaya belə girdi – ANBAAN VİDEO
05 Dekabr 2019 Bu şəxs qapınızı döyüb pul istəsə verməyin! - XƏBƏRDARLIQ
04 Dekabr 2019 Əli Əsədov yeni şöbə müdirləri təyin etdi
04 Dekabr 2019 Konstitusiya Məhkəməsi parlamentin buraxılmasına müsbət rəy verdi - CANLI
04 Dekabr 2019 BDU-nun tələbələri nədən zəhərlənib? - RƏSMİ AÇIQLAMA
04 Dekabr 2019 Hava ilə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ
04 Dekabr 2019 Partlayışdan sonra bina belə uçdu - ANBAAN VİDEO
04 Dekabr 2019 Partlayışdan sonra binanın uçma anı - ANBAAN VİDEO
04 Dekabr 2019 Fuad Muradov: "Azərbaycanlılara çox böyük dəstək hiss etdik" - MÜSAHİBƏ
04 Dekabr 2019 Vilayət Eyvazov yeni rəis təyin etdi
04 Dekabr 2019 Bu gün Konstitusiya Məhkəməsi Milli Məclislə bağlı qərar verəcək