b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_70415479_506784600111200_8927127118584741888_n.jpg

Dünyanın geoiqtisadi xəritəsinin yenidən dizayn olunmasını şərtləndirən “Əsrin müqaviləsi”ni strateji önəmi və nəticələrinə görə təkcə XX deyil, həm də XXI əsrin layihəsi kimi xarakterizə etmək olar. Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidməti olan bu hadisə - “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına xidmət etməklə yanaşı, çox mühüm geostrateji önəmə malikdir. Bu kontekstdə bir sıra nüanslara nəzər salmaq məqsədəmüvafiqdir:

- “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq iqtisadiyyata inteqrasiyasını sürətləndirdi, regional əhəmiyyətli, qlobal xarakterli yeni əməkdaşlıq platformalarının yaranmasını təmin etdi. Bu kontrakt həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində çox mühüm rola malikdir. 1994-cü ildən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanması, yeni neft kəmərlərinin (Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan ) tikilib istifadəyə verilməsi bu reallığın bariz ifadəsidir;

- 2014-cü ildə yeni sazişin imzalanması ilə “Əsrin müqaviləsi”nin müddətinin 2049-cu ilə qədər uzadılması, beləliklə, böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni dönəmə start verilməsi Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq platformasının, həmçinin həyata keçirilən enerji strategiyasının effektivliyini əks etdirir. Əlbəttə, qarşılıqlı etimad mühitinə əsaslanan səmərəli işgüzar münasibətlər “Yeni Əsrin müqaviləsi”nin imzalanmasında əhəmiyyətli rola malikdir. Ən əsası, “Yeni Əsrin müqaviləsi”Avrasiyada enerji təhlükəsizliyinin təmin olunması  və Azərbaycanın dayanıqlı inkişafı üçün çox mühüm strateji əhəmiyyətə malikdir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_71221644_981268692232170_3857150677876736000_n.jpg

Bütövlükdə, rasional və çoxvektorlu xarici siyasət kursunun tərkib hissəsi olan praqmatik enerji strategiyasının milli maraqlara və müasir qlobal çağırışlara uyğun icra olunması nəticəsində:

- Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayan  aktor kimi çıxış edir. Ölkəmiz enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir;

- Azərbaycanın praqmatik enerji siyasəti regionda çoxşaxəli əməkdaşlığın dərinləşməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması çoxşaxəli işbirliyinin səmərəli nəticələridir;

- Nəhayət, “Əsrin müqaviləsi” ilə start verilən transmilli enerji layihələrinin reallaşdırılması Xəzər hövzəsi regionunun geosiyasi statusunun yüksəlməsini, XX əsrdə geostrateji cazibə mərkəzlərindən biri olan Cənubi Qafqazın Avrasiyanın “heartland”ına çevrilməsini, Azərbaycanın isə müstəqil milli dövlət olaraq regional güc mərkəzi kimi çıxış etməsini şərtləndirib.

Nurlan Qələndərli



27 May 2020 Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı
27 May 2020 Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi
27 May 2020 Emmanuel Makron İlham Əliyevə təbrik məktubu göndərdi
27 May 2020 Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA
24 May 2020 “Şuşadakı “inaqurasiya” oyunu ermənilərin diqqətini böhrandan yayındırmaq və danışıqları pozmaq cəhdidir” – Deputat Aqil Məmmədov
24 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
23 May 2020 Rüstəm Usubova ağır itki
23 May 2020 Bayram namazı ilə bağlı QMİ-dən AÇIQLAMA
23 May 2020 SON DƏQİQƏ! "Alov Qüllələri"nin ətrafındakı meşəlik yanır - VİDEO
22 May 2020 Prezident xalqı təbrik etdi
22 May 2020 İlham Əliyevdən yeni SƏRƏNCAM
21 May 2020 ATV-nin koronavirusa yoluxan əməkdaşları danışdı - VİDEO
20 May 2020 Azərbaycanlı zabit koronavirusdan dünyasını dəyişdi
20 May 2020 Ramazan bayramında rayonlara gediş-gəliş açılacaq? - RƏSMİ CAVAB
19 May 2020 Prezidentdən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ
19 May 2020 Prezidentdən yeni təyinat – SƏRƏNCAM
19 May 2020 Sosial yardımın təyin olunması ilə bağlı - YENİLİK
18 May 2020 Prezident FƏRMAN İMZALADI
18 May 2020 Baş prokurordan yeni TƏYİNATLAR
15 May 2020 İşsizlər üçün VACİB XƏBƏR - Təklif edilən işlər açıqlandı - SİYAHI