b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1557397590_1557397264_ilham_aliyev_president_291217_2.jpg
Minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində DOST Agentliyinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşü zamanı deyib.

Dövlətimizin başçısı bildirib: "Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir.

Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin.

Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir.
 
Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir.

Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır.

Deyə bilərəm ki, bu ilin dörd ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar - 270 milyon manat vergi orqanları, 100 milyon manatdan bir qədər çox gömrük orqanları.

Yenə də şəffaflıq, yenə də islahatlar hesabına. Bu əlavə maliyyə resursu imkan verir ki, biz pensiyaları, maaşları, sosial müavinətləri artıraq və bunu edirik.

Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket hazırlanıb təsdiqləndi və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir.

Məşğulluğun inkişafı - yəni, qeyri-qanuni məşğulluqla mübarizə nəticə verir və beləliklə, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Bu, belə də olmalıdır. Ancaq biz bunu tam şəkildə icra etsək, ölkəmizin dayanıqlı uğurlu inkişafı təmin olunacaqdır".
17 İyul 2019 Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
17 İyul 2019 Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı
17 İyul 2019 Baş prokurorluq Elinanın ölümü ilə bağlı açıqlama yaydı
17 İyul 2019 Mühacir biznesi - AXCP fəalının sensasion səs yazısı - AUDİO
17 İyul 2019 Bu ərazilərdə gecəyə qədər su olmayacaq
17 İyul 2019 “Dövlətimizi aşağılamağa çalışanların milli qüruru yoxdur” – Ramin Əhmədov
17 İyul 2019 Azərbaycanda maraqlı toy – Hər kəsin gözü önündə ... – VİDEO
16 İyul 2019 "Ədavət toxumu səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək" - Əli Həsənov
16 İyul 2019 Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
16 İyul 2019 Aparıcı Fira uşaqlarının otağına kamera qurdu: baxanda ŞOKA DÜŞDÜ - VİDEO
15 İyul 2019 Saakaşviliyə Baş nazir postu təklif edildi - VİDEO
15 İyul 2019 Bakıda məşhur ticarət mərkəzi yanır
15 İyul 2019 DİN əhaliyə müraciət etdi - 30 manat cərimələncəksiniz
14 İyul 2019 Xan çinarının qırılması nəticəsində yaralananların adları açıqlandı - SİYAHI
14 İyul 2019 Prezident Şəkidə baş vermiş hadisəni nəzarətə götürdü, FHN helikopter göndərdi
13 İyul 2019 Vilayət Eyvazovdan daha bir - TƏYİNAT
13 İyul 2019 Goranboydakı atışma ilə bağlı - RƏSMİ MƏLUMAT
13 İyul 2019 Diaspor Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub
13 İyul 2019 Təhsil naziri əmr verdi - Dərs ili nə vaxt başlayıb, nə vaxt bitəcək?
12 İyul 2019 Əli Həsənov: "Müasir Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir"