AZ   |   RU
ABŞ məhkəməsi Trampın tariflərini bloklamaq qərarına gəlib

Mayın 28-də ABŞ federal məhkəməsi Prezident Donald Trampın səlahiyyətlərindən sui-istifadə etdiyini əsas gətirərək onun ticarət tarifləri tətbiq etməsinin qarşısını almaq qərarına gəlib.

Missiya.Az
xəbər verir ki, bu barədə "Reuters" məhkəməyə istinadən məlumat yayıb.


“Prezident öz səlahiyyətlərini aşaraq, ABŞ-yə satın aldıqlarından daha çox mal satan ölkələrdən idxala külli miqdarda gömrük rüsumları tətbiq edib”.


ABŞ Prezidentinin tarifləri tətbiq edərkən Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktını (IEEPA) rəhbər tutduğu bildirilir. Məhkəmə müəyyən edib ki, Tramp "IEEPA" çərçivəsində prezidentə verilən səlahiyyətləri aşıb.




Zərintac Mayisqızı
Missiya.Az



  • Dünən, 11:59