AZ   |   RU
“Azərbaycanla Ermənistan arasında atılan addımları alqışlayırıq” - Ərdoğan

"Biz Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda aparılan yenidənqurma və inkişaf fəaliyyətlərini qətiyyətlə dəstəkləyirik”.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.


O bildirib ki, illərdir yaşanan iztirabların bir daha təkrarlanmamasına, Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın və rifahın bərqərar olmasına böyük əhəmiyyət veririk. 


“Biz Azərbaycanla Ermənistan arasında atılan addımları alqışlayırıq. Biz sülh sazişi mətni üzrə əldə olunan razılaşmanı da sabitliyə gedən yolda mühüm inkişaf kimi görürük. Ümid edirik ki, bu prosesi ən qısa zamanda yekunlaşdıracağıq. Müharibənin qalibi Can Azərbaycanın da bölgədə sülhün memarı kimi meydana çıxdığını görürük”, - deyə siyasətçi vurğulayıb.


Ərdoğan qeyd edib ki, Azərbaycana səfərimiz faydalı olacaq, regional sabitliyə və rifaha töhfə verəcək. Mən bir daha Azərbaycanı 28 May Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 14:22